42
Konstruktivlik bütün obyektlərdə tərkib və bütövün əsaslarını
ortaya çıxarır. Düşüncələrin ardıcıllığı dərketmənin ardıcıllığını
yaradır. Düşüncə və dərketmə ardıcıllığı dəyərlər şəbəkəsini
formalaşdırır. Dərketmə konkretlilik və mücərrədliliyi meydana
gətirir. Duyğu orqanları və onların meta əsaslı fəaliyyəti, fövqəl
hissiyyatlar dərketməni bir qədər fövqə qaldırır. Fövqə qalxma
dərketmənin qeyri-müəyyənliyi ilə müəyyənliyini vəhdətdə
birləşdirir. Dərketmənin genişlənməsi həm də fikirlər ardı-
cıllığından və şərtlənmənin ardıcıllığından meydana gəlir. Fikir
fikirləri şərtləndirir, burada emal proseslərinin artımı elə
dərketmənin sahəsini böyüdür. Dərketmənin istiqamətləri və
obyektləri genişlənir. Dərketmə insanlar arasında qarşılıqlı fikir
mübadilələri apararkən, eləcə də diskussiyalar həyata keçirərkən
böyüyür. Böyümə də siqnal mübadilələri zamanı enerji axınları
sayəsində mövcud olur. Dərketmə böyüdükcə elementlər
arasında əlaqələr də daha çox aşkar olunur.
Hüquq ümumi və humanitar sahə olmaqla, universal
dərketmə obyektinə çevrilir. Hüququ dərk etmək üçün onun
müxtəlif sahələrini obyektə cəlb etmək lazımdır. Hüququn
dərketmə sahələri insanların fəaliyyət istiqamətlərindən asılıdır,
eləcə də müxtəlif bucaqlardan olan
düşüncələr hüququn müxtəlif
dərketmə obyektlərini formalaşdırır. Dəyər özü bir dərketmə
istiqamətidir. Dəyərlər həm universal, həm də fərdi əsaslarla
dərk oluna bilir. Hər bir dəyərin öz obyekti var. Hüququn dəyəri
onun bütün sahələrində mövcuddur, çünki hüquq özü elə bir
nemətdir, hər bir sahədə mövcuddur. Dəyər hüquq anlayışını
həm universal, həm də fərdi qaydada dərk etdirir. Dəyərlər
hüquq anlayışı üzərində mühafizəkarlığı meydana gətirir. Dəyər-
lərin dərk olunması üsulları onun metodologiyasını, dərketmə
əsaslarını ortaya çıxarır. Eyni zamanda dəyərlərin məzmununu
aydınlaşdırır. Dəyərlər fəlsəfi kateqoriyalara uyğun olaraq
aydınlaşır, əhəmiyyəti aşkar olunur.
Hüquqlar dəyərdir, vəzifələr də dəyərdir. Onların hər ikisi
vəhdətdədir. Hər ikisi dəyərləri özündə daşıyır. Vəzifələrlə bağlı