32
mənasını bütöv görmək funksiyasını qarşıya qoyur. Fəlsəfə və
elm birlikdə təfəkkürdə aləmlər arasında vəhdət yaradır, aləmləri
təsnif edir, yəni, tərkibinə görə seçir, əlamətinə görə ayırır. Bu
baxımdan da dəyərlərin tərkibi genişlənir. Dəyərlər şüur və
materiyanı vəhdətləşdirir və insanın ümumi hüquqlarının
əsaslarını meydana gətirir. İnsanlar elm və fəlsəfə yolu ilə bütün
şeylərin mənalarını dərin edir. Əlamət və tərkib bir-birini
şərtləndirir, əlamət tərkibdən ibarət olur, tərkibin təzahürünü
yaradır. Fəlsəfə məhz ümumiləşdirilmiş və xüsusiləşdirilmiş
məzmunda dəyərlərdən ibarətdir. Buna görə də dəyərlərin
konseptuallığı və əhatəliyi-geniş məkanı əhatə etməsi- fəlsəfənin
obyektidir. Fəlsəfə dəyərlərin əsaslarını, forma və məzmununu,
mahiyyətini elm yolu ilə məntiqi mühakimələr çıxarmaq üsulu
ilə öyrənir. Bu halda fəlsəfə öz-özünü sübuta yetirmiş,
təsdiqləmiş olur. Fəlsəfəni elm həm dəyərli edir, həm də aşkar-
lanmanın qeyri-düzgün istiqamətləri mövcud fəlsəfi fikirlərin
əhəmiyyətini endirmiş olur. (Yanaşma subyektiv olduğundan
daha çox həmin yanaşmanı edən şəxs üçün həqiqi və real
görünür. Başqası üçün isə aşkarlanma, aydınlaşma proseslərində
həqiqilik meydana gəlir). İnsan hüquqlarının qarşılıqlı şərtlən-
diriciliyi də dəyərlərin əsaslarını meydana gətirmiş olur. İnsan
hüquqlarının universal mahiyyətində və tərkibində elementlər
olaraq dəyərlər toplandığından da hüquqlar dəyərlər sistemini
özündə cəmləşdirir. İnsan hüquqları insanların daxili aləmləri ilə
onların xarici aləmlərinin vəhdətini meydana gətirir. Dəyər
insanların bütün varlığının (məxluqun tərkibinin, yəni
substansiyanın atributlarının) əsaslarını təşkil edir. İnsan
fikirləri, maddi-mənəvi, mücərrəd və konkret vasitələr üzərində
əlaqələr formalarıdır və bundan meydana gələn yollar,
istiqamətlər dəyərlərdir. Buna görə də bütün mövcudluqlar
(məxluqlar), yaranışlar, hətta yaradanın (xaliqin) özü dəyər
olaraq fəlsəfənin, dərin və xeyirli düşüncənin obyektidir.
İstənilən bir şeydə böyük məna, geniş məzmun dəyər verməkdə
əksini tapır. Fəlsəfə insanları geniş məna etibarilə özünə
33
məzmun edir. Yəni, insan özünüdərk düşüncəsini yaşayır.
İnsanın hüququ dəyər kimi insanın özünü təsdiqinə şərait
yaradır. Dərin düşünmə ətraflara və dərininə doğru siqnalları
qəbul etməkdən ibarət olan bir prosesdir. İnsan fəaliyyətinin
nəticələri, onların quruculuq və yaradıcılıq qabiliyyətləri bir
dəyərdir. Əldə olunan nəticələr də dəyərdir. Başlanğıclar və
sonluqlar dəyərlərdir. İnsanların inancları və hadisələrə
subyektiv baxışları da insanların müstəqil varlıq kimi dəyərlərini
meydana gətirir. İnsanların fəaliyyət sxemləri, bu baxımdan
yolları, hərəkət üsulları dəyərlərdir. Əldə olunan məhsullardan
düzgün istifadə qaydaları da dəyərlərdir. Hüquq normalarla ifadə
olunaraq əldə olunan məhsullardan istifadə üsullarını, normalar
və qaydalarını meydana gətirir və istifadəçilərə haqlar verir. Bu
baxımdan da dəyərlərdən təşkil olunur. Haqq dəyərləri müdafiə
edir. Dəyərlər də haqqın müdafiəçisi rolunda çıxış edir. Haqqın
özü də dəyər rolunu oynayır, əsasən dəyərin özüdür, çünki
insanlar üçün lazımdır. İnsanlar üçün etalon rolunu oynayır və
dəyər ölçüsü kimi əhəmiyyət kəsb edir.
İnsan həyatının nizamlanması prosesləri dəyərlərdən
ibarətdir. Nizamlama prosesləri dəyərlərin mexanizmlərinin
əsaslarını təşkil edir. Hüquq normaları tənzimedici və ölçülər
müəyyənedici olduğundan dəyərlərdən ibarət olur. İnsanlar
arasında əlaqələri tənzim edən dövlət, dövlət hakimiyyəti, o
cümlədən hüquq normalarını yaradan, onların icrasını təmin
edən və hüquq normalarını qoruyan (hüquq normaları nəzəri
olaraq mövcud olur və tətbiq zamanı qorunur, ümumi tətbiq
olunan qayda rolunu oynayır) hüquq normaları sistemi dəyər-
lərdən ibarətdir. Dövlət siyasətinin bütün pozitiv istiqamətləri
dəyərlərdən təşkil olunur. İnsanların, cəmiyyətin dəyərlərini
qoruyan üst qurumlardır. Çünki dövlətin əsas funksiyası elə
xidmətlər göstərməkdən ibarətdir. Dövlət dəyərli qurumdur,
həmçinin dəyərləri təmin edən əsas potensial tərəfidir. Dövlət
insan fəaliyyətinin nəticələri olaraq əldə olunan resursların
istifadə qaydalarını və normalarını meydana gətirən, aşkar edən
34
dəyərə çevrilir. Dəyərlər insanların özlərinə xidmət edən bütün
vasitələr: alətlər və subyektlərdir. Buna görə də nizamlama
qaydaları, nizamlama mexanizmləri, nizamlama üsulları,
nizamlama prosesləri dəyərləri özündə cəmləşdirir. Dövlət
quruluşu və dövlətin funksiyası dəyərlərdən ibarətdir və
dəyərlərin özlərini meydana gətirir.
Bütün hüquqi (qanunvericilikdə) proseslər gerçəkliklərdən,
həqiqiliklərdən ibarətdir. Həqiqilik də dəyərdir. Həqiqiliyin də
öz nisbəti (aşkar olunma miqdarı) vardır. Çünki gerçəkliyin,
aşkar olunmanın da öz nisbəti mövcuddur. Həqiqi məzmun
dəyərlərin epistemoloji əsaslarını ortaya qoymuş olur. (Qeyd:
hüququn pozitiv mənada normalarda və qaydalarda öz əksini
tapması hüququn subyektivlikdən obyektivliyə keçidini təmin
edir. Obyektivlik hər kəs tərəfindən qəbul edilməli olan
normalarda və qaydalarda əksini tapır. Hüquqi münasibətlərdə
“hər kəs normaya tabedir” prinsipi normanın özünü obyektiv
və həqiqi edir. Burada subyektivlik də obyektivlikdən çıxış edir.
Hüquqda epistemoloji biliklər məhz hüquq normalarının
qanunvericilik halında mövcud olmasından irəli gəlir). Müəyyən
qədərdə olan dəyərin özü də həmin qədərli gerçəklikdir.
Gerçəklik də duyğu orqanları ilə qəbul olan bütün şeylərdir,
varlıqlardır. Gerçəkliyin aşkar olunması dərəcəsi məhz
dəyərlərin dərəcəsini, miqdarını, kəmiyyətini ortaya çıxarır.
Dərketmənin, duyğu orqanları vasitəsilə qəbul etmənin həddi
dərk edən üçün dəyərlərin həddini müəyyən edir. İnsan üçün
müəyyən bir şeyin dəyəri həmin insanın dərketmə dərəcəsi və
səviyyəsi ilə müəyyən olunur. Əhəmiyyət və faydalılıq
dərketmənin dərəcəsi ilə əlaqəlidir.
Hüquq normaları dəyər olaraq mövcud olur, yaranır,
fikirlərin məhsulu kimi meydana gəlir. Hüquq normaları
maraqları qoruyur və toqquşmaların (maraqlar sferasında,
maraqlar müstəvisində) qarşısını almaq funksiyasını yerinə
yetirir. Deməli, hüquq normaları qoruyucu dəyər vasitəsi rolunu
oynayır. Dəyər olduğundan da məqsədli şəkildə nizamlamanın
Dostları ilə paylaş: |