23
bolluğundan irəli gəlir. Həmçinin müxtəlif istiqamətlərdən
yanaşmalar müxtəlif predmetlərin yaranmasını (müxtəlif baxış
bucaqlarının formalaşmasını) təmin edir. Elm müstəvilərində
başlanğıc və sonluqlar çoxdur. Məlumdur ki, bütün istiqamətlər
sistemliliyə tabedir. Sistemin tərkibini açmaq olmazsa, elmlər də
yarana bilməz.
Əslində vahid kainat sistemində mütləq məkan başlanğıcı
nisbiləşir. Məntiq universal və məxsusi qaydada, yəni hər bir
məxsusi əlamətləri ortaya çıxarmaqla sonsuz sayda cəhətləri,
əlamətləri müəyyən edə bilər. Bu baxımdan da məntiqin məhdud
məkanı yoxdur. Hər bir məkan özü bir məntiqin predmetidir,
məntiqin obyektidir; çünki əlaqəli elementlərdən ibarət oldu-
ğundan tərkib və nəticədir. Sonsuz məkanda deduktiv mühakimə
istiqamətləri elmi istiqamətlərin say çoxluğunu meydana gətirir.
Məhdud məkanda, yəni kiçik məkanda da çoxlu sayda məntiqi
nəticələrə
gəlmək
mümkündür.
Çünki
məkanda
uzun
məsafələrin başlanğıcları və sonluqları birləşir. Burada məntiq
daxili şəbəkənin, bütöv sisteminin daxili mahiyyətini axtarmaq
funksiyasını yerinə yetirir. İstənilən dərk prosesi, düşünmə
prosesi, kəmiyyəti müəyyən şeyləri, vasitələri özünə obyekt
seçir. Obyektlərsiz dərketmə yoxdur. Obyektlərsiz düşüncələr
mümkün deyil. İnsan və onun fəaliyyəti, təbiətlə təmasları
hüquqi düşüncənin, hüquq fəlsəfəsinin obyekti rolunu oynayır.
Qeyri-aşkar şeylər haqqında düşünmələr də həmin şeylərin
mövcud olması haqqında xəbər verir, çünki insan təbiətdən,
fövqtəbiətdən kənar heç nə düşünə bilməz. Eləcə də ətraf aləm
həm də təbiətdən və fövqtəbiətdən ibarətdir. (Qeyd: belə hesab
etmək olar ki, düşüncə öz obyektindən elementlər axınını qəbul
edir. Bir şey haqqında çox düşünmək həmin şeydən enerjini çox
çəkməyə gətirıb çıxarır. Bu anda insanın daxili enerjisi artır,
artım əvvəlki balansı pozur (obyektdə və subyektdə) və yeni
balansın meydana gəlməsinə qədər müəyyən problemlər
yaşanır. Buna görə də düşüncələrdən doymaq, razılaşmaq kimi
cəhətlər meydana gəlmiş olur). Burada obyektlər həm mücərrəd,
24
həm də konkret ola bilər. Bütün hallarda tərkiblər parçalanır, ya
da tərkiblərdən bütövlər əmələ gəlir. Fəlsəfə həm mücərrəd, həm
də mütləq şeyləri özünə obyekt seçir. Bütöv və tərkib elə
bütövdur. Tərkib həm zərrəcikdir, hissədir-vahiddir, həm də
bütövdür- vahiddir.
İnsan hüquqları mücərrəd –mənəvi anlayışdır. Lakin həm
də konkret olaraq maddi-mənəvi vəhdətin ifadə olunmasıdır,
anlayış kimi eləcə də maddi-material aləmin təcəssümüdür.
İnsan hüquqları insana xas olan bütün tərkib və xarakterik
cəhətlərin bazasında dayanır (təbii ki, maddi-mənəvi ehtiyac-
lardan ibarət olmaqla) və bu cəhətlərin aşkarlanmasını, təsdiq-
lənməsini təmin edir. İnsan insanlara cəmiyyətdə və dövlətdə
ictimai-siyasi statuslar verir. İnsan hüquqları ümumiləşmiş ifadə
olaraq, konseptual və bu baxımdan bütün sahələri əhatə edən
dərin düşüncə obyekti kimi fəlsəfənin predmetidir. İnsan
hüquqları həm də xüsusiləşmiş, konkretləşmiş anlayışdır,
ifadədir. Bu baxımdan da elmin obyektidir və problemin həll
olunmasına istiqamətlənir. İnsan hüquqlarının insanın yaşadığı
cəmiyyətdə və dövlətdə təmin olunması problemləri məhz bu
anlayışın elmin obyekti olmasına səbəb olur. Maraqlar özü ilə
insan hüquqlarını daşısa da, maraqların fərqliliyi və güc amili
insan hüquqları sahəsində çarpazlaşmanı və “pozuntuları”
(başqa istiqamətlərə yönəlməni) meydana gətirir. Bir istiqamətdə
hüquqlar böyüyür, digər istiqamətdə isə məhdudlaşır. Güclülərin
və zəiflərin məkan uğrunda mübarizəsi sayəsində çox zaman
fərdin hüquqları tamamilə itir və fərdin həyatdan “vaxtsız” (əgər
biz alın yazısına, tale qismətinə inansaq, onda hesab edə bilərik
ki, tənzimləmənin tərkibi olaraq vaxtında) getməsi ilə
nəticələnir. Onda hər şey zərurət amilinə tabe olur. Çünki təsa-
düflük fikir olaraq yalnız görünməyən, əvvəlcədən hiss
olunmayan hadisələrin, lakin olmalı hadisələrin ifadəsidir.
Nizamdan kənar heç nə yoxdur. Dövlətdə və siyasi əlaqələr
müstəvisində nizamın rəsmi və normallaşdırıcı vasitəsi hüquq
normalarıdır. İnsan hüquqları da zərurətin məhsuludur. İnsanlar
25
cəmiyyətdə və dövlətdə yaşayırlar, bu bir zərurət formasıdır,
zəruri əlaqə və münasibət məkanıdır. Burada insanların
hüquqları da zəruri olaraq meydana gələndir; çünki insan dövlətə
onun azadlığını müəyyən qədər təmin edən qurum kimi baxır.
Fərqli subyektlərə görə insan hüquqlarının zaman və
məkanda,
imkanlar
daxilində
təmin
olunmasının
əsas
problemləri meydana gəlir. Bu problemlərin aşkarlanması və
həll olunması funksiyasını elm həyata keçirir. Elm sistemin
tərkibində olan elementin xassəsini öyrənir və elementin xassə-
sini onun funksiyasında bağlayır. Elm fəlsəfəyə xidmət etmiş
olur. Elm (burada fəlsəfi hüquqşünaslıq –insan hüquqlarının
fəlsəfəsi anlayışını sistemləşdirən elm və fənn istiqaməti) insan
hüquqlarının insanlararası münasibətlər və əlaqələrdə, insanların
cəmiyyətlə və dövlətlə əlaqə və münasibətlərində, insanların
inkişafa müvafiq olaraq hüquqları ilə bağlı problemlərini,
ümumiyyətlə isə fəlsəfi kateqoriyalarla bağlı problemlərini
aşkarlamaq funksiyasını həyata keçirir. Həyata keçirmə daha
çox məzmun üzərində yüklənir. Mahiyyətin aşkar olunması
məqsəd kimi çıxış edir. Bu istiqamətdən çıxış edərək hesab
etmək olar ki, insan hüquqlarının dəyərliliyi amili onun problem
kimi həll olunmasında (həll olunma elə aydınlaşma prosesidir və
təminatı özündə əks etdirir) universal etalonlar kimi istifadəsini
zəruri edir. Dövlət, cəmiyyət, hakimyyət, vətəndaş, idarəetmə
(onun subyekti və obyekti, obyektinin meydana gətirdiyi
predmet), tənzimləmə (obyekt və subyekt), müşahidə (obyekt və
subyekt) məhz dəyərlərdən ibarət olur.
İnsan hüquqları alidir, çünki dəyərlidir, bütün tərkib
dəyərlərin özüdür və bu baxımdan da onun dərk olunmasında
ontoloji (varlıq) və qnoseoloji (idrak) təlimləri mühüm rol
oynayır. Varlıq təlimi insanı və onun maraqlarını obyekt edir,
məna axtarır, bioloji-fiziki mahiyyəti üzərə çıxarır, idrak
təlimləri isə insanların şüuru fəaliyyətlərinin əsaslarını, müəyyən
obyektlərə müxtəlif yanaşma tərzlərini öyrənir, sistemləşdirir,
ümumiləşdirir və baxışları təhlil edir. Epistemologiya (həqiqi,
Dostları ilə paylaş: |