11
təfəkkürdən, dərin dərk etməkdən yaranır. Enerji qəbulu ədaləti
və bərabərliyi meydana gətirir. Enerji qəbulu sayəsində meydana
gələn müəyyən olunma prosesi hüququn fəlsəfi düşüncəsini
qaydalar və normalara çevirir. Yüksək dərk etmək hüququn ali
səviyyədə təminatını meydana gətirir. Normalar və qaydalar
yüksək səviyyədə tələblərə cavab verə bilir. Buna görə də fəlsəfə
(burada müdrikliklə meydana gələn fikirlər) əslində qeyri-
müəyyənliyin müəyyənliyə, qaranlığın işıqlığa, aydınlaşmağa
keçməsi prosesini, həm də pozitiv prosesini təsdiq edəndir.
Müdriklik hüququn geniş və faydalı fikirlərini, normalarını
yaradır. Hüquq fəlsəfəsi insanların qeyri-müəyyən hüquqlarını
müəyyənliyə, həm də aliyə doğru aparır. Burada sadələşmə
prosesləri gedir. Sadələşmə də təkmilləşmiş mürəkkəblikdən
meydana gəlir ki, nəticə etibarilə açılma, aşkar olunma prosesləri
baş verir. “Romb”un ucları mürəkkəbliyin sadəliklə əvəz
olunmasıdır. Fəlsəfi yanaşma keyfiyyətlə yanaşı, kəmiyyəti də
artırır. Bu baxımdan da mənalar çalarını özündə cəmləşdirir.
Fikirləri çoxkoordinatlı, çoxaspektli, çoxbucaqlı, çoxmüsətvili
edir. Təzahür, nəticə fəlsəfi məzmundur. Hüquq normaları
fəlsəfi aspektdə şərtləndirici əhəmiyyət kəsb edir. Hüquq
anlayışının ümumiləşmiş xüsusiyyətlərinin genişliyi həmin
anlayışı fəlsəfənin obyektinə çevirir.
İnsan hüquqları tərkib baxımından daha çox qeyri-
müəyyəndir, yəni elm və fəlsəfənin köməkliyi sayəsində məntiqi
təfəkkür əməliyyatları həyata keçirməklə insan hüquqlarının
qeyri-müəyyənlik tərkibini (burada genişlənən müstəvisini)
müəyyənliyə çevirir. Müəyyənetmə prosesi də aşkarlama istiqa-
mətlərinin çoxluğunu meydana gətirir. Fəlsəfənin funksiyası
(elm və məntiqlə birlikdə) bu qeyri-müəyyənliyi müəyyənliyə
çevirməkdən ibarətdir. Fəlsəfənin obyekti müəyyən əlamətləri
olan aləmin əlamətləridir. Hüquqların maraqlar çərçivəsində
sərhədlənməsi (burada qorumaq üçün genişlənmə) prosesləri
məhz hüquqların pozitiv mənalarını aşkarlayır. Müəyyənliyə
çevirmə prosesləri tərkibi ardıcıl qaydada aşkar edir. Deməli,
12
sistem açılır, açılma ilə sistem daxilən və xarici əlaqələr üzrə
müəyyənləşir. Qeyd olunduğu kimi, əlaqəli sahələrdə düşünmə
proseslərinin genişliyi məhz fəlsəfənin özünü meydana
gətirəndir. Bu baxımdan da hesab etmək olar ki, fəlsəfi təfəkkür
enerji qəbulu sayəsində zamanla formalaşır. Siqnallar enerjinin
əsaslarını təşkil edir. Fəlsəfi fikirlər sistemlilikdə daha çox
büruzə verir; çünki dərinləşmə və aşkar olunma əlaqəlilikdə,
bağlayıcılıqda və ardıcıl yaradıcılıqda və quruculuqda daha çox
meydana gəlir. Əlaqəlilik və bağlayıcılıq da fəlsəfi fikirlərin
bazasını təşkil edir. Məsələn, vahid elmi təlimlər və prinsiplər,
bu prinsiplər tərkibində olan bağlayıcılıq məhz bir çox fəlsəfi
predmetlərdə tətbiq olunur. Fəlsəfi mahiyyət müəyyən
obyektlərdən kəmiyyətcə artan siqnallardan ortaya çıxır. Obyekt
sistemli olur, bu baxımdan da siqnalları da sistemli forma alır və
məzmunlu olur. Qeyri-müəyyənliyin müəyyənliyə çevrilməsi
prosesləri də əslində zamanla və ardıcıllıqla sistemli qaydada
həyata keçirilir. Bu anda fəlsəfi məzmunluluq ardıcıllıqla aşkar
olunur. Hüquq fəlsəfəsinin mahiyyəti hüquq sistemlərinin
formalaşmasının əsaslarını meydana gətirir. Hüquq müstəvisi
üzrə müəyyən üfiqi və şaquli məkanda nə qədər element və
onların qarşılıqlı əlaqələri aşkar olunursa, bir o qədər dərin
mənalar üzə çıxır. Burada aşkarlama prosesləri kəmiyyəti və
keyfiyyəti artırır. Kəmiyyət və keyfiyyət artımı artan müstəvidə
yeni cəhətləri və istiqamətləri meydana gətirir. Hüquq nəzəri
fikirlərdə genişlənir, normalar çoxalır. Hər çoxalan norma yeni
tənzimləmə qaydalarını meydana gətirir. Hüquq normaları
tənzimləmə məkanlarını aşkarlayır və tətbiqini təmin edir.
Sistemlərin tərkibini təşkil edən alt sistemlər və tərkib sistemlər
elmin yolu ilə aşkar edilir. (Qeyd: hüquq mənəvi aləmin tərkibi
olan əxlaq, davranış, münasibət, eyni zamanda həm də maddi-
material aləmin tərkibi olan fəaliyyət sistemləri və fəaliyyəti
şərtləndirən resurslarla əlaqəlidir. Bu sistemlərə şərtlər verir və
sistemlərin mexanizmlərini formalaşdırır. Həmçinin fəaliyyət
mexanizmləri, mənəvi aləmin tərkibi hüququn əsasını meydana
13
gətirir. Mənəvi aləmə sahiblik, daha doğrusu sahibliyin yerinə
yetirilməsi təfəkkürdə hüquq normaları ilə ifadə olunur.
Fəaliyyət, hərəkət və geniş sfera (müstəvi, məkan) hüquq
anlayışının fəlsəfi məzmununu yaradır. Geniş fəaliyyət eyniliyi
və fərqliliyi genişləndirməklə yanaşı, tərkibləri aşkar edir və
bundan da təkmilləşmə meydana gəlir. Hüququn fəlsəfi
məzmunu həm də vahid və universal kateqoriya kimi bütün
münasibətlərdə və əlaqələrdə təzahür olunur. Hər bir şəxs
hüquqlarına onu qoruyan vasitə kimi baxır. Mənəviyyat hüququ
müşayiət edir, hüquq mənəviyyatı qoruyur. Mənəviyyat zəngin və
sistemli tərkiblərdən yaranır. Bu baxımdan da hüququn
konseptual məzmunu mövcud olur və konseptuallıq və geniş
şəkildə əhatə olunma fəlsəfənin özünü meydana gətirmiş olur.
Ona görə fəlsəfə ki, mənəviyyat və hüquq pozitivlikdən ibarətdir.
Hüquq da mənəvi-maddi, konkret və mücərrəd aləmin
əlaqələrdə və münasibətlərdə ixtiyar, sahiblik, məxsusluq kimi
əsaslarını meydana gətirmiş olur. Fəlsəfə də özündə xeyirxah
məqsədləri daşıyır. Hüquq da məzmun etibarilə xeyirxahlığın
əsasından ibarətdir. Fəlsəfi müstəvidə düşüncə normaları çox
olduğuna görə zamanı uzatmış olur. Bu baxımdan da həqiqətin
tam aşkar olunması üçün çoxbucaqlı normalar zamanın
uzunluğunu tələb edir). Fəlsəfi fikirlərdə paralelliklər, müəyyən
bucaqlarda kəsişmələr və toqquşmalar yaranır. Kəsişmələrin,
toqquşmaların və paralelliklərin əsaslarının müəyyən olunması
elmi aspektdə həyata keçirilir.Yəni, tərkibi, bağlayıcılığın
istiqamətlərini elm öyrənir. Hər bir tərkib elm yolu ilə aşkar
olunur. Burada elm və fəlsəfə çulğaşır, bir-birinə xidmət edir.
(Bu cür təbii formalaşma sistemliliyə aparıb çıxarır). Elmin cəmi
(burada açılmalar cəmi) fəlsəfəni meydana gətirir. Çünki hər bir
tərkib elementi hissə olduğuna görə özünə istiqamətlər verir.
Tərkib başlanğıc və sona çevrilir. Elm müəyyən başlanğıc və
sonları müəyyən etmək, üzərə çıxarmaq funksiyasını yerinə
yetirir. Hər iki tərəf- fəlsəfə və elm - sistemlilik prinsiplərini
yaradır və konstruktivliyi, əməliyyat üsulu olan bağlayıcılığı
Dostları ilə paylaş: |