9
tarazlaşdırma yaradır. Şərti boşluq olan mənfini doldurur. Həyat
fəaliyyəti genişləndikcə, resurslar artdıqca yeni istiqamətləri
nizama salmaq üçün hüquq normalarının qəbulu zəruri amilə
çevrilir. Bu nöqteyi-nəzərdən də hesab etmək olar ki, enerjinin
artımı əslində tənzimləmə funksiyasını yerinə yetirmək üçündür.
Düşüncələrin dərinləşməsi və genişlənməsi düşüncə sistemini və
müəyyən məkan üzrə və müvafiq ölçülər əsasında müstəvisini
meydana gətirir. Hər bir düşüncə öz məqamında dərinləşməyə
doğru getdikcə açılma sayəsində müstəvisini genişləndirir.
Hüquq fəaliyyət və düşüncə sayəsində genişlənir. Düşüncələr
burada mövcud olan obyektlərin müxtəlif bucaqlardan
işıqlanmasını təmin edir. Buradan da belə nəticələrə gəlmək olur
ki, düşüncələr təbii (obyektiv və subyektiv) olaraq, yəni
insanların iradələrindən tam asılı olmayaraq da mövcuddur.
Ancaq insanlar duyğu orqanları vasitəsilə qəbul etdikləri
siqnallarla mövcud olan düşüncə müstəvisinə müxtəlif
bucaqlardan işıqlar sala bilirlər. Buradan da yenə o nəticəyə
gəlmək olur ki, əslində Ulu Tanrı və təbiət insanlara bütün
mümkün siqnalları, əlamətləri, obrazları əvvəlcə verib. Lakin
düşüncələr üçün çox şey qaranlıqdır, qeyri-müəyyəndir. İnsanlar
onları müxtəlif məkanlar üzrə duyğu orqanlarının siqnalları ilə
aşkar edə bilirlər. Bu baxımdan da hesab etmək olar ki,
insanlara
çox şeylər (müxtəlif miqdarda) qeyri-aşkar formada bəxş edilib.
Onları aşkar etmək üçün müxtəlif istiqamətlər üzrə müəyyən
miqdarda düşünmək, ardıcıl şəkildə siqnalları qəbul etmək
lazımdır. İstedad, qabiliyyət, məharət, cürət, risq, cəhd və s. kimi
keyfiyyətlərin hərəkətlərlə culğaşması, müşayiət olunması
insanlarda qeyri-müəyyənliyi müəyyənliklə əvəzləyir. İnsan öz
hüquqlarının mahiyyəti üzərində ardıcıl düşünməklə özünü
hüquq müstəvisində aşkarlaya və təsdiq edə bilər. Hər bir
insanın hüququ onun təbii mövcudluq xassəsinə bağlıdır. Hüquq
haqq formasında, özündə bərabərliyi və ədalətliliyi əks etdi-
rməklə, insanlarladır. İnsanların cəmiyyət və dövlət qurmaları da
onların təbii xassələrinə bağlıdır.