20
hüququn
fəlsəfəsi
daha
çox
subyektivlikdə,
həm
də
subyektivliyin müştərəkliyi olan obyektivlikdə öz əksini tapır.
Məntiq düşüncənin konstruksiyasını yaradan, sistemli
yaradıcılığı əks etdirən əsas vasitədir. Düşüncələrin tərkibini,
obrazların (elementlərin siqnallar yolu ilə beyin mərkəzlərində
əks olunmuş formaların) əhatəli və sistemli əsaslarını məntiq
müəyyən edir, nəticələri üsul olaraq məntiq ortaya çıxarır.
Məntiqin funksiyası əlaqələri nəticələrə, təsdiqedici faktlara
söykəməklə, müəyyən etməkdən ibarətdir. Deməli, məntiq
tərkibi aşkarlayır, bağlayıcılığı müəyyən edir, məkanları tapır.
Onun əsas funksiyası tərkiblərə parçalamaq və tərkibləri
birləşdirməkdən ibarət olduğu üçün proses insan hüquqlarının
dəyərlər tərkibini meydana gətirən elementlər arasındakı
əlaqələri özündə ehtiva edir.
İstənilən istiqamətlərdə düşüncələri həyata keçirmək olar.
Hər bir istiqamət bir müstəvi və axındır, cərəyandır, ona görə ki,
siqnallar toplusundan ibarətdir. İstiqamətlərin genişlənməsi
kəmiyyəti artırır və müstəvini genişləndirir. İstiqamətlər arasında
əlaqələr mövcuddur. İstiqamətlər genişlənən məkanda meydana
gəlir və cəhətlərdən şaxələnir. Burada məntiq şaxələnməni
müəyyən edir. Düşüncələr bağlayıcılığını şərtləndirici və törə-
dici əsaslarla məntiq əməliyyatlar yolu ilə həyata keçirir. Düşün-
cənin sistemdaxili və sistemxarici mütləq son həddi yoxdur. Son
hədsizlik məkanın ardıcıl qaydada genişlənməsini meydana
gətirir. Düşüncə həm daxilə keçir, daxili böyüdür, həm də
ətraflara doğru şaxələnir. Düşüncələr burada bağlayıcı törəmə
funksiyasını yerinə yetirir, bu bağlayıcılıqdan da müstəvisini
genişləndirir. Düzgün düşüncələr rəvan müstəvini formalaşdırır
və şəffaf, tərkibində makro qatqılar olmayan (müxtəlif
istiqamətlərə yönələn qabaritlər olmayan) plazmanı yaradır.
Deməli, düzgünlük sadəlikdən, həm də təkmillikdən meydana
gəlir. Düzgünlük birbaşa yönələn istiqaməti yaradır. Birbaşa
istiqamət uzandıqca düzgünlük də uzanır. Aşakrlanmaların
miqdarı artır. Qarışıqlıqda mövcud olan çoxistiqamətli yollar və
21
elementlərin birləşməsi məhz tərkibində əyrilikləri, yəni dönən
istiqamətləri çox olan müstəvini formalaşdırır. Bu aspektdə belə
bir fikir meydana gəlir ki, çoxlu döngələr dönən istiqamətdə olan
düzlükləri yaradır. Müstəvidə nə qədər əyrilik varsı, bir o qədər
də düzgünlük mövcuddur. Əyrilik özündə düzgünlüyü
cəmləşdirir. İnsan hüquqlarının mənfi aspektləri öz-özlüyündə
başqa istiqamətlər üzrə müsbətliklərdən ibarət olur. Mənfi
cəhətlər müsbətliklərin müstəvidə qorunmasına xidmət edir.
Ən kiçik bölünənə qədər, ən kiçik məkana, məsafəyə qədər
düşünmə var. Ondan sonra isə bölünməzlik, yəni artan məkan
başlayır. Bölünməzlik onu deməyə əsas verir ki, ümumiyyətlə,
elementsizlik və enerjisizlik yoxdur. Sadəcə dəyişmələr var,
formaların bir-biriniə keçməsi, həmçinin enerjinin artıb-azalması
mövcuddur. Düşüncələr də böyüməyə doğru, kəmiyyətini
artırmağa doğru gedir, çünki siqnal verən elementlərin və
onların enerjisinin kəmiyyəti çoxalmış olur. Buradan da belə bir
məntiqi nəticələrə gəlmək olur ki, insan qeyri-müəyyən şeyləri
düşünə bilir, onları axtarır. İnsan təfəkkürü qeyri-müəyyənliyin
əlamətlərinin çoxlu sayda aşkarlanması ilə nurlanır, yəni
işıqlanır, enerjisini artırır.Bu aspektdə hüququn genişlənməsi
insanların özünüdərk fəlsəfəsini meydana gətirmiş olur.
İşıqlanma qeyri-müəyyən tərkibi tədricən aşkarlayır. Siqnal
axınları güclü olduqda və qəbuledici mərkəz güclü olduqda
kəmiyyət də genişlənir, güclənir. Bu baxımdan da Ulu Tanrı öz
əlamətləri ilə insanlarda hiss olunur, insanlar onu duyurlar.
Çoxlu siqnal qəbul edənlər Onu daha çox hiss edirlər. Bu
prizmadan yanaşdıqda belə qərara gəlmək olur ki, gözəgörün-
məz varlıqlar, yəni qeyri-müəyyən varlıqlar vardır. Bu varlıqlar
öz-özlüyündə sonsuz nəhənglikdən və kiçik elementlərdən
ibarətdir. Allah insanlarla və digər canlılarladır. Onun əlamətləri
elə təbiətin, kainatın əlamətləridir. Lakin tam əlamət insana
aydın ola bilməz. Çünki insan onun daxilindədir və ondan çox
kiçikdir. Tam əlamət sərhədlərin görünməsidir ki, bu da mövcud
olarsa, kainatın Ulu Tanrıdan kənarda qalması demək olar.
22
Düşüncələr enişli və yoxuşlu olur, hər bir pik nöqtəsindən
sonra enişlər və yoxuşlar bir-birini əvəz edir. Düşüncələr
müstəvisi cərəyanlardan formalaşır və cərəyanlar da aşkar
olunmuş və aşkar olunan hadisələr və obrazlanmalar ardıcıl-
lığından meydana gəlmiş olur. Buradan da düşüncələrin
mürəkkəb mahiyyəti meydana gəlir. İnsan hüquqlarına dair
düşüncələr artıb-azalır. Bu artma və azalma real gerçəkliklərdən
meydana gəlir. Səbəb isə fəaliyyətin özünü təşkil edir. Resurs-
ların mövcudluğu, əlaqələrin tərzi hüquqi düşüncələrin tərkibini
müəyyən edir. İnsan hüquqları insanın bütün pozitiv düşün-
cələrinin bazasında, predmet və obyektində dayanır. Pozitiv
düşüncələrin reallıqlarla vəhdəti real və gerçəkləşən hüquqların
meydana gəlməsini təmin edir. Pozitiv düşüncələrin bol çeşidi
müəyyən xətlərdə və koordinatlarda qarşılaşmış olur. Fəlsəfi
aspektdə insan hüquqları anlayışı və hüquq normalarının sahələr
üzrə sistemli əsasları daha çox mərkəzləşmiş və ətraflara doğru
yayılmış obyekt və predmet rolunu oynayır. Düşüncələr
konstruksiyası müxtəlif quruluşların formalaşmasını təmin edir.
Bu baxımdan da istənilən bir məsələyə mikro konstruktiv
formada yanaşmaq olur, həm də məkan üzrə makro konstruktiv
yanaşma meydana gəlir. Bu iki şərti miqyas arasında keçidlər də
bir-birini əvəz edir. Deməli, düşüncənin son həddi yoxdur.
Artıb-azalması var. Əsas funksiyası əlaqələndiricilikdə böyümə
və məhdudlaşmanı təmin etməkdən ibarətdir. Fəlsəfi əsaslarla
yanaşma bütün istiqamətlər üzrə dərin düşüncə proseslərini
həyata keçirməkdən ibarətdir. Düşüncənin zamanı var. Təbii ki,
ardıcıl düşüncə axtarış sisteminin formalaşmasını təmin edir.
Burada zaman amili meydana gəlir. Müəyyən istiqamətlər üzrə
ardıcıl düşüncə düşünmə kəmiyyətlərini meydana gətirir.
Kəmiyyət artdıqca elementlər də artır. Elementlərin aşkar
olunması kəmiyyətin çoxalmasını təmin edir. Düşüncənin
istiqamətləri sonsuzdur və bu baxımdan da elmin istiqamətləri
də saysız-hesabsızdır. Müxtəlif istiqamətlərdən yanaşma
müxtəlif predmetlərin mövcudluğundan və qeyri-müəyyənliyin
Dostları ilə paylaş: |