26
gerçək biliklər haqqında təlim) və aksiologiya (müəyyən şeylərə
dəyərlər
vermək
haqqında
təlim)
da
ontologiya
və
qnoseologiyanın tərkibidir. Varlıq və idrak təlimləri elə dəyərlər
olmaqla, həqiqi biliklərin əsasında qərarlaşır. Deməli, episte-
mologiya ontologiya və qnoseologiyanın vəhdətində mövcud
olur. Həqiqi biliklər dəyər olaraq təlimləri meydana gətirir.
Təlim inkişafa xidmət edir. Deməli, insan yanaşmaları ümumən
dəyərlidir. Dəyərsizliyi şərti olaraq müəyyən məkanlar və
bucaqlar meydana gətirir. Konkretlilik kimi, mücərrədlik də
təlimlərin obyekti olur. Lakin mücərrədliyi də həqiqətdən kənar-
da axtarmaq düzgün olmaz. Çünki insanın intuisiyası
(intuisiyaya ali duyğu hissləri kimi baxmaq olar), duyğu orqan-
larının müəyyən mərhələdə ali fəaliyyəti ilə yanaşı, mühüm
əhəmiyyət kəsb edir və siqnalların qəbulundan yüksək hədlə
hesablanır. Mücərrədlik haradasa “gizlənmiş” olan konkretliliyə
söykənir, onu ifadə edir. Qeyd olunduğu kimi, anlayışı dərk edən
üsulları özündə əks etdirən təlimlərin sayı çox olmalıdır, çünki
dərk etmək istiqamətləri də çoxdur. İstiqamətlər üzrə
ümumiləşdirmə elə təsnifatı meydana gətirir. Keyfiyyətin və
estetikliyin seçim amilini zəruri edir. Məsələn, insanların
müxtəlif yaş dövrlərində olan hüquqi vəziyyətləri hüququn
keyfiyyətini ortaya qoyur. Varlıq və idrak təlimləri öz
bazalarında digər təlimləri də əks etdirir. Bütün təlimlər varlıq
və idrak təlimlərinin tərkibinə çevrilir; çünki insanlar olan
şeyləri öz düşüncələrinin obyekti edirlər. Olmayan şeylər isə
qeyri-müəyyən olurlar, həmçinin müəyyən əlamətli, yəni,
yarımgerçək, yarımaşkar olurlar. Qeyri-müəyyənlik müəyyən-
likdə olduğu kimi hər kəsə eyni dərəcədə aşkar oluna, hər kəs
üçün dəyər ola bilməz. Bu baxımdan da insan hüquqları daha
çox subyektivlikdən meydana gələn obyektivlikdən ibarətdir.
Tam görünə bilməyən şeylər, varlıqlar, mövcudluqlar bəzən
müəyyən kiçik əlamətlər formasında siqnallar buraxırlar. Bu
siqnallar aşkarlayıcı funksiya daşıyır və ümumi siqnallardan
fərqli olur. İnsanların gündəlik olaraq adət etdikləri obrazlardan
27
fərqli olaraq görünürlər və yaxud da hiss olunurlar. İnsanların
hüquqları onların gözləmədiyi şəraitlərdə reallaşır və gerçəkləşir.
Dəyərlər müəyyən olmaqla həqiqiliyə çevrilir. (Qeyd: insan
hüquqlarının insanların bioloji xüsusiyyətləri ilə əlaqəliliyi
varlıq, düşüncə ilə əlaqəliliyi isə idrak təlimlərini meydana
gətirir. İdrak təlimi elə varlıq təlimi üzərində qərarlaşır). Varlıq
və idrak təlimləri həm universaldır, həm də məxsusidir,
konkretdir. İdrak təlimləri, varlıq təlimləri mahiyyətlərin və
formaların çoxluğunun meydana gəlməsini təmin edir. Çünki
beyinin düşüncə istiqamətləri çoxluq təşkil edir və demək olar
ki, tükənməzdir, hesab etmək olar ki, beyin mikrokainatdır.
Beyin obyektin dərk olunmasının konseptual əsaslarını
formalaşdırmış olur. Beyin həm də kainatla təmasdadır və onun
tərkib hissəsidir. Beyin kainatın hərəkət və qüvvə cərəyanları ilə
siqnallar qəbul edir. Ona görə də təbiətdə məkandan asılı olaraq
müəyyən tərkibli siqnallar qəbul etmək iqtidarında olur. Beyin
müəyyən təbii şəkildə mövcud olan sadə birləşmələrdə daha çox
mürəkkəblik axtarır. Bu mürəkkəblik məhz insan fəaliyyətinin
təkmilləşməsinə istiqamətlənir. Qəbul edilən və emal olunan
siqnallar öz mürəkkəbliyi ilə quruculuq və yaradıcılıqda mürək-
kəbliyi meydana gətirir. Beyinin yaradıcılıq funksiyası quru-
culuqda və nəzəri yaradıcılıqda (konstruktiv düşüncələrdə) öz
əksini tapır. İnsanlar çoxtərəfli şeyləri özləri üçün faydalı edirlər.
İnsanlar məhz öz hüquqlarından istifadə edərək özlərinə çoxlu
istiqamətlər üzrə fəaliyyətlər axtarırlar. Şaxələnmə hüquqların
obyekt kimi digər istiqamətlərini meydana gətirir. Aksiologiya
əhəmiyyətli dərketmənin, mənalı dərketmənin, idrak nəticələri
olaraq mənalı düşüncələrin əsaslarını aşkarlayır. Aksiologiya
əxlaqı, mənəviyyatı əlaqə və münasibətlərdə təhlil edir.
Aksiologiya tənzimləmə təlimi kimi xüsusi önəm kəsb edir.
İnsan hüquqları ona görə ümumiləşmiş mənanı özündə əks
etdirir ki, anlayış daima şaxələnməyə məruz qalır. Ancaq
məhdudlaşma prosesləri də həyata keçirilir. “İnsan harada,
hansı cəmiyyətdə və dövlətdə- hüquq orada” prinsipi əsas rol
28
oynayır. İnsanlar yalnız cəmiyyətlərdə, nəzarət və tənzimləmə
imkanları mövcud olan məkanlarda, sosial quruluşlarda
hüquqlara malik olurlar. Sosial əlaqələr, mədəni və məişət
əlaqələri müstəvisində hüquq yaranır. Tərəflər olanda hüquq
gerçəkləşir. Bu baxımdan da hüquq həm fərdi, həm də müayisəli
obyektiv əsaslarda meydana gəlir. Hüquq digər hüquq tərəfi
olduğuna görə meydana gəlir, fikirlər həqiqətə çevrilir. Enerji
mübadiləsi sayəsində hüquqların gerçəkliklərə çevrilməsi pro-
sesləri yaşanır. Hüququn mütləq qaydada tərəfləri-enerji
mübadiləsində iştirak edən tərəfləri- olmalıdır. Bu tərəflər maraq
sferalarını və fəaliyyət müştərəkliliyini yaradır. Məsələn, yaşayış
yerlərindən kənarda, ucqar dağlarda və keçilməz, vəhşi təbiətli
meşələrdə tək olan insanın hüquqları ətraf aləmdən qoruna
bilməz. Həmin məkanlarda insanın özünü və hüquqlarını
qorumaq vasitələri və mexanizmləri yoxdur. Burada insan öz-
özü ilə təkbaşına ətraf aləmlə mübarizə aparmağa məcbur qalar.
Lakin cəmiyyətlər daxilində, ictimai quruluşlarda, yaşayış
məskənlərində (hansılarda ki, təbiətdəki resurslar insanların
maraqlarının təmin olunmasına yönəlir) hüquqlar qorunur və
tanınır. Hüquqları təmin edən güc tərəfi mövcud olur. Hüquqları
qoruyan tərəflərin əllərində resursları mövcud olur və onlar
gücləri və potensialları ilə təmsil edirlər. Dövlətin isə əsas
funksiyası insanları qorumaq üçün onları nəzarətdən kənarda
olan yerlərə, təhlükəli məkanlara buraxmamaqdan ibarət olur.
Dövlət insanlara harada olmalarını müəyyən edən əsas qüvvə,
güc mərkəzidir, tənzimedici qurumdur, məkan müəyyən edəndir.
Buna görə də dövlətin hüquq və vəzifələri məhz vətəndaşların
hüquq və vəzifələrini qorumaqdan, onlar üçün hüquq və
vəzifələri realizə məkanlarını təmin etməkdən ibarətdir. Dövlət
öz funksional dəyəri ilə insanların hüquqi dəyərlərinin vəhdətini
yaradır və öz dəyərlərini insanların dəyərlərinə çevirir. Hüquq
üçün məkan həm mütləq-konkret olur- məsələn, iş yerləri, ev
şəraiti, parklar, küçələr və digər materilal konkret məkanlar buna
nümunədir. Həm də hüququn nəzəri baxımdan daxilə
Dostları ilə paylaş: |