63
NƏTİCƏ
Bu gün dəmir yolu ən təmiz nəqliyyat növlərindən biri hesab edilir.
Elektrikləşdirilmiş dəmir yollarında sabit və dəyişən cərəyandan istifadə edilir ki, bu
da lokomotiv və vaqonların elektrik təchizatında müxtəliflik yaradır. Elektrik qatarları
ilə yanaşı ölkəmizdə dizel qatarlarından da istifadə olunur. Bakı – Sumqayıt sürət qatarı
fasiləsiz sərnişin daşımalarını həyata keçirir. Bu tədqiqat işində araşdırılan məsələlər
təkcə Bakı – Sumqayıt qatarına deyil, onun nümunəsində digər yollarda yük və sərnişin
qatarlarına və dəmir yollarına tətbiq edilə bilər. Dissertasiya işindən aşağıdakı mühüm
nəticələr alınmışdır:
1. Bakı – Sumqayıt dəmir yolunun inkişaf xüsusiyyətləri araşdırılmış,
həmçinin
Abşeronda günəş enerjisindən istifadə verilmişdir. Dəmir yollarının elektrik yükləri
təyin edilmişdir. Əsas yük lokomotivlərin qəbul etdiyi cərəyanlardır. Bundan başqa,
aşağı gərginlikli avadanlıqlar da mövcuddur ki, bu avadanlıq və cihazlar kiçik gec tələb
etməsinə baxmayaraq, elektrik təlabatçılarının əsas
hissəsini təşkil edir və I
kateqoriyaya aiddir. Bu işlədicilər müəyyən edilmiş və onların bərpa olunan enerji ilə
təmin edilməsinin mümkünlüyü göstərilmişdir. Beləliklə, bu işlədiciləri BOEM-in
hesabına elektrik şəbəkəsindən qismən ayırmaq mümkündür.
2. Bərpa olunan enerji mənbələrinin nəqliyyatda tətbiqi məsələləri araşdırılmış, digər
nəqliyyat növləri ilə yanaşı dəmir yol nəqliyyatında da tətbiq olunması
müəyyən
edilmişdir. Biz dünya praktikasından nümunələr götürməklə ölkəmizdə bu sistemin
inkişaf etdirməyin əlverişli olduğunu təyin etmişik. İlk öncə yollarda günəş
panellərinin quraşdırılması araşdırılmışdır. Bu yollar dəmir yolları və avtomobiil
yolları, körpülər,
keçidlər, yolların zolaqları arasındakı boş sahələrdə, dəmiryol
stansiyaları və qovşaqlarında günəş panellərinin quraşdırılması və onların
şəbəkəyə
qoşulması təyin edilmişdir. Günəş enerjisi haqqında çoxlu elmi araşdırmaları nəzərə
alıb, onun dəmir yollarında istifadəsi zamanı mövcud sistemin optimallaşdırılması və
bununla enerji effektivliyinin yüksəldilməsi verilmişdir. Amerika və Hindistan
təcrübəsindən günəş qatarı texnologiyası öyrənilmiş və onun Bakı – Sumqayıt
qatarında tətbiqinin əlverişli olması göstərilmişdir.
64
3. Bakı – Sumqayıt qatarında günəş panellərinin dam örtüyünə tətbiqi və bu məsələ
haqqında məlumatlar toplanmış, PV panellər layihələndirilmişdir. Dissertasiya işində
iki müxtəlif stansiya üçün gələcəkdə quraşdırılması planlaşdırılan günəş
batareyalarının tətbiqi təsvir olunmuşdur. Burada Azərbaycan Dəmir Yollarının “Bakı
– Sumqayıt” yolunun “Biləcəri”və “Güzdək” stansiyalarında quraşdırılması plandadır.
İlkin məlumatlar ADY QSC-indən əldə olunmuş və layihədə istifadə edilmişdir.
Elektrik qatarı ilə yanaşı dizel qatarlarında da
günəş panelləriinin tətbiqi
araşdırılmışdır. Burada enerji effektivliyinin artırılması və dünya təcrübəsindən
nümunələr təqdim olunmuşdur. Ölkəmizdə günəş enerjisinin potensialını nəzərə alaraq
əminliklə demək olar ki, araşdırma mühüm töhvə verəcəkdir.
Dəmir yoolunun
avtomatika, telemexanika və İMB qurğularının enerji təchizatı üçün günəş
panellərindən istifadə enerji səmərəliliyinin yüksəlməsinə səbəb olacaqdır.
Müasir texnologiyadan və günəş panellərindən istifadə edərək, Bakı – Sumqayıt
dəmir yolunda 25%-dək enerjiyə qənaət olunmasına nail oluna bilər. Nəzərə alsaq ki,
Azərbaycan Dəmir Yolları enerji təchizatı baxımından, tamamilə enerjisistemdən
asılıdır. Bu layihələrin yerinə yetirilməsi ilə verilmiş rəqəm mövcud vəziyyətdə çox
əlverişlidir.