Əmək mühafizəsi norma və qaydalarına dövlət nəzarəti



Yüklə 23,11 Kb.
səhifə2/2
tarix24.12.2023
ölçüsü23,11 Kb.
#159686
növüQaydalar
1   2
Serbestis4

Texniki əmək inspeksiyaları. Müəssisələrdə işlərin təhlükəsiz görülməsi üzərində dövlət nəzarətini yerinə yetirən orqan həmkarlar ittifaqının texniki əmək inspeksiyasıdır. Texniki əmək inspeksiyaları xidmət etdiyi təsərrüfat sahələrində işlərin təhlükəsiz aparılmasına, istehsalat sanitariyasının vəziyyətinə və əmək qanunvericiliyinə riayət olunmasına nəzarət edir və müəssisələrin həmkarlar ittifaqı komitələrinə bu sahədə köməklik göstərir.Texniki əmək müfəttişi istehsalatda baş vermiş bədbəxt hadisə və qəzaları təhqiq edir, bu barədə hüquqitəhqiqat orqanlarına texniki rəy verir. Texniki əmək müfəttişinin rəyi hüquqi qüvvəyə malik olan aktdır ki, onun əsasında müəyyən inzibati və ya cinayət-hüquq xarakterli tədbirlər görülür. Həmin aktın əsasında bədbəxt hadisə nəticəsində sağlamlığın pozulmasına görə zərərin və eləcə də bədbəxt hadisə ilə əlaqədar olaraq həmkarlar ittifaqı təşkilatının sərf etdiyi ictimai sığorta vəsaitinin ödənilməsi üçün müəssisəyə vətəndaşlıq iddiası verilə bilər.
Texniki əmək müfəttişləri maneəsiz olaraq istədikləri vaxt xidmət etdikləri müəssisə ərazisini gəzmək, əməyin mühafizəsi məsələləri üzrə müdiriyyətdən lazımi sənədləri, arayışları, izahatları və s. tələb etmək; əməyin mühafizəsi haqqında qanunvericiliyin texniki təhlükəsizlik və istehsalat səviyyəsi qaydalarının pozulması hallarını aradan qaldırmaq barəsində məcburi göstərişlər vermək, lazım gəldikdə texniki ekspertiza aparılmasını tələb etmək səlahiyyətinə malikdirlər.
Dövlət sanitariya nəzarəti. Müəssisələrdə sanitariya- gigiyena normalarına, epidemiyaya qarşı sanitariya norma və qaydalarına düzgün riayət olunması üzərində dövlət sanitariya nəzarəti haqqında əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sanitariya – epidemiologiya orqanları və idarələrin bəzilərində isə müvafiq nazirliklərin və idarənin tibbi xidmətləri həyata keçirilir.
Dövlət energetika nəzarəti. Elektrik qurğularına təhlükəsiz xidmət göstərilməsini təmin edən tədbirlər üzərində dövlət nəzarətini respublika ərazisində dövlət energetika nəzarəti haqqında əsasnaməyə uyğun olaraq Energetika Nazirliyinin Dövlət Energetika Nəzarət Sisteminin inspeksiya nəzarətçiləri həyata keçirirlər.
Dövlət energetika nəzarəti sisteminin əsas vəzifəsi nəzərdə tutulan nazirliyə tabe olan elektrik stansiya və şəbəkələrinin texniki vəziyyətinə, elektrik qurğularında təhlükəsiz xidmətin təmin olunmasında tədbirlərin aparılmasına, elektrik enerjisinin düzgün istifadə olunmasına və verilən enerjinin keyfiyyətli olmasına nəzarəti düzgün yerinə yetirməkdən ibarətdir.
Dövlət yanğın nəzarəti. Dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. Dövlət yanğın nəzarəti tikinti normalarının və standartlarnın yanğına qarşı tədbirlərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun bölmələrinin vəzifəli şəxsləri tərəfindən aparılır.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri öz vəzifəsinə görə eyni zamanda Azərbaycan Respublikası yanğın nəzarəti üzrə Baş Dövlət inspektorudur.
Dövlət dağ-mədən texniki nəzarəti. Sənaye müəssisələrində və bəzi obyektlərdə işlərin təhlükəsiz görülməsi qaydaları üzərində dövlət nəzarətini Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ - Mədən Nəzarəti Komitəsi və onun yerli orqanlar bu komitə haqqında əsasnaməyə uyğun olaraq həyata keçirirlər.
Sənayedə dövlət dağ mədən texniki nəzarəti filiz- mədən, neft və qaz çıxarma, neft və qaz emalı sənayesi, habelə qaldırıcı qurğuların, təzyiq altında işləyən qazan qurğularının, boruların, bixar, isti su boru kəmərlərinin, qazın nəql etdirilməsi, saxlanması və ondan istifadə edilməsi ilə əlaqədar olan obyektlərin inşa edilməsində və istifadəyə verilməsində, partlayış işlərinin aparılmasında və s. qüvvədə olan əməyin mühafizəsi qayda və normalarının düzgün həyata keçirilməsinə nəzarəti yerinə yetirir.
Dövlət dağ - mədən texniki nəzarət orqanları öz işlərinin aparılmasında əməyin mühafizəsinə dair bütün tələbatlara, avadanlıqların düzgün istismarına və texniki vəziyyətinə, işçilərin attestatsiya olunmasına və təhlükəsizlik texnikası qaydalarına işçi yerlərində riayət olunmasına nəzarət edilir.
Yüklə 23,11 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə