Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər


Əməyin mühafizəsinə ictimai nəzarət



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə19/66
tarix26.05.2022
ölçüsü1,4 Mb.
#88074
1   ...   15   16   17   18   19   20   21   22   ...   66
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr)

Əməyin mühafizəsinə ictimai nəzarət 
Əmək qanunvericiliyinə və əməyin mühafizəsi sahəsindəki qaydalara və 
normalara riayət olunmasına ictimai nəzarət həmkarlar ittifaqı komitələri 
tərəfindən yerinə yetirilir.
Əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilməsinə ictimai nəzarəti 
əmək kollektivinin müvəkkil etdiyi şəxslər və həmkarlar ittifaqı təşkilatlarının 
nümayəndələri həyata keçirirlər.Əmək mühafizəsi üzrə əmək kollketivinin 
müvəkkil etdiyi şəxsin həmkarlar ittifaqı təşkilatının nümayəndələrinin iş 
yerlərində əməyin mühafizəsi vəziyyətini maneəsiz yoxlamaq, aşkara çıxarılmış 
pozuntuların aradan qaldırılmasını vəzifəli şəxslərdən tələb etmək, habelə təqsirkar 
şəxslərin məsuliyyətə cəlb edilməsi barədə işə götürən qarşısında məsələ 
qaldırmaq hüququ vardır. 
Əmək mühafizəsi üzrə müvəkkilin öz vəzifələrini yerinə yetirməsi üçün işə 
götürən ona hər həftə əmək haqqını ödəməklə iş vaxtında azı iki saat vaxt ayırır. 
Əmək məcəlləsinə görə işçilərin və işə götürənlərin əmək hüquqlarının və 
qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarət «Həmkarlar İttifaqları 
haqqında» Azərbaycan Respublikası qanununda və məcəllədə nəzərdə tutulmuş 
qaydaya müvafiq həmkarlar ittifaqları orqanları, habelə işə götürənlərin 
nümayəndəli orqanları tərəfindən həyata keçirilir. 


İşə götürən tərəfindən həmkarlar ittifaqlarının məcəlləyə və digər normativ 
hüquqi aktlara əsaslanmış ictimai nəzarətinin həyata keçirilməsinə mane olunması, 
habelə onların qanuni və əsaslı tələblərinə əməl edilməməsi yol verilməzdir. 
Əmək mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyətlər 
Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun 
növləri Əmək məcəlləsinin 186-cı maddəsinə uyğun nəzərdə tutulur. Belə ki, işə 
götürən və işçi normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə 
yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud əmək müqaviləsi 
üzrə ohdəlikləri icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə 
tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
İşçi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisə daxili 
intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən 
birini verə bilər.
a) töhmət vermək 
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək
c) kollektiv müqavilədə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının
25% -i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək və s.
Əmək məcəlləsinin 310-cu maddəsinə görə istər işçilər, istərsədə işə 
götürənlər, istərsə də başqa fiziki şəxslər əmək qanunvericiliyi sisteminə daxil olan 
digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər 
hansı şərtlə və ya qayda ilə məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə 
etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyalarını 
yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, 
intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
İnzibati məsuliyyət
. Əmək məcəlləsinin 312-ci maddəsinə müvafiq əmək 
qanunvericiliyini pozan işçi, işəgötürən və digər fiziki şəxslər, inzibati hüquq 
pozmalar haqqında nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş qaydada 
məsuliyyətə cəlb edilirlər.
İnzibati məsuliyyət vəzifəli şəxsin müəyyən edilmiş qaydada cərimə 
olunmasıdır. Dövlət əmək müfəttişləri, həmkarlar ittifaqının texniki əmək 
müfəttişləri, Dövlətdağnəzarət, sanitariya nəzarəti orqanları inzibati qaydada 
cərimə etmək hüququna malikdirlər.
Dövlət nəzarəti orqanları əməyin mühafizəsi qaydalarının pozulmasına görə 
qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə cərimə edə bilərlər. Cərimə olunmuş 
vəzifəli şəxs on gün müddətində xalq məhkəməsinə şikayət edə bilər. Məhkəmənin 
şikayətlər barədə hökmü qətidir və bu hökmdən şikayət verilə bilməz. 
Əmək qanunvericiliyinə görə inzibati məsuliyyətə yalnız istehsalatda sağlam 
və təhlükəsiz əmək şəraitinin yaradılmasına cavabdeh olan vəzifəli şəxslər kimi 
müəssisə rəhbərliyi, sahə rəhbərəri, baş mütəxəssislər, iş icraçıları, briqadirlər və 
başqaları cəlb olunurlar.
İnzibati cəzalar əməyin mühafizə qaydalarının pozulması faktı aşkara 
çıxarılan vaxtdan bir ay keçənə qədər verilə bilər.
Cinayət məsuliyyəti
. Əmək məcəlləsinin 313-cü maddəsinə görə müvafiq 
ictimai – təhlükəli əməlləri ilə qanunvericiliklə müəyyən edilmiş əməyin 


mühafizəsi qaydalarını və ya işçilərin, işə götürənlərin hüquqlarını və qanuni 
mənafelərini, habelə Əmək məcəlləsinin tələblərini hər hansı formada kobud 
şəkildə pozan şəxslər Azərbaycan Respublikasının Cinayət məcəlləsində nəzərdə 
tutulmuş hallarda və müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə cəlb 
edilirlər.
Əmək qanunvericiliyinin qəsdən pozulmasında, işçilərin qeyri-qanuni işdən 
çıxarılmasında, qeyri-qanuni işdən çıxarılmış işçilərin işə qaytarılması haqqında 
məhkəmənin qərarı pozulduqda, işə qəbulun inkar edilməsində, hamilə qadınların 
və yaxud südəmər uşağı olan qadınların işdən qanunsuz azad edilməsində rəhbər 
və s. işçilər cinayət məsuliyyətinə cəlb olunurlar.
Əməyin mühafizəsi qaydalarının pozulması ilə bədbəxt hadisələr 
yarandıqda, yaxud yarana bilərsə, habelə ağır nəticəli hallar baş verdikdə vəzifəli 
şəxslər cinayət məsuliyyəti daşıyırlar. Cinayət məsuliyyətində təqsirkar vəzifəli 
şəxslərə cəza formaları müəyyən edilir: cərimə, işdən çıxarmaq, bir ilə qədər 
azadlıqdan məhrum edilmə, islah-əmək işlərinə cəlb edilmə, vəzifədən kənar 
edilmə.
Əməyin mühafizəsi qaydalarının pozulması işçinin zədələnməsinə və ya 
əmək qabiliyyətinin itirilməsinə səbəb olmuşdursa, üç ilə qədər azadlıqdan 
məhrum edilmə və ya bir ilə qədər islah əmək cəzası verilir. Əməyin mühafizəsi 
tələblərinin pozulması ölüm və bir neçə şəxsin ağır zədələnməsi ilə 
nəticələnmişdirsə, beş ilə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur. 
Vəzifəsi olmayan şəxsin əmək mühafizəsi qaydalarını pozması nəticəsində 
işçi bədbəxt hadisəyə düçar olmuşdursa, həmin şəxs müqəssir kimi cinayət 
məsuliyyətinə cəlb edilə bilər.
Maddi məsuliyyət
. Əmək məcəlləsinin 191-ci maddəsinə müvafiq əmək 
münasibətləri prosesində əmək müqaviləsi üzrə işə götürən və işçi öhdəliklərini 
yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə Əmək məcəlləsinə və ya 
müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət 
daşıyırlar.
Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə 
qəsdən və ya ehtiyatsızlıqdan vurduqları ziyana görə maddi məsuliyyət yaranır.
a) ziyanın həqiqətən vurulduğu aşkar olunduqda
b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda
c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə 
olduqda 
Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri Əmək məcəlləsinin 
194-cü maddəsində nəzərdə tutulmuşdur. Yəni, ziyan vurmaqla təqsirli olan tərəf 
cinayət məsuliyyətinə, habelə digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq 
müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar 
tərəfi maddi məsuliyyətdən azad etmir. 
İşə götürən işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar 
Əmək məcəlləsinin 195-ci maddəsində, işçiyə dəyən maddi ziyanın məbləğinin 
müəyyən edilməsi və ödənilməsi qaydası 196-cı maddədə nəzərdə tutulmuşdur. 
Əmək məcəlləsinin 197-ci maddəsinə uyğun işçiyə dəymiş maddi ziyanın 


ödənilməsinə baxılma qaydası göstərilmişdir. İcra ona vurulmuş maddi ziyanın 
məbləğinin ödənilməsi barədə işə götürənə ərizə ilə müraciət etməlidir. İşə götürən 
işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq 
qərar qəbul edərək ona yazılı cavab verməlidir.
İşçi bütövlükdə və ya qismən işə götürənin qərarı ilə razılaşmadıqda, habelə 
müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın 
ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
Əmək məcəlləsinin 200-cü maddəsinə görə tam maddi məsuliyyət barədə 
müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna 
olunmaqla qalan hallarda işə götürənə vurulan ziyana görə işçi yalnız orta əmək 
haqqı məbləğində maddi məsuliyyət daşıyır. 
İşə götürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox 
deyildirsə, onun tutulması işə götürənin əmri ilə həyata keçirilir.
Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda 
vurulmuşdursa, onun məbləği işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi 
onu könüllü olaraq ödəməkdən imtina edərsə, onda işəgötürənin müraciəti əsasında 
həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə