Əmək mühafizəsi və təhlükəsizliyi fənni, onun məqsədi və toxunduğu əsas məsələlər



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə46/66
tarix26.05.2022
ölçüsü1,4 Mb.
#88074
1   ...   42   43   44   45   46   47   48   49   ...   66
Əməyin mühafizəsi və təhlükəsizliyi ( Mühazirələr)

MÜHAZĠRƏ 11 
 
 
ġÜALANMALARDAN MÜHAFĠZƏ MƏSƏLƏLƏRĠ 
 
 
P L A N 
 
 
1. İonlaşdırıcı şüalanmalar və onlardan mühafizə 
2. Elektromaqnit şüalanmaları və onlardan mühafizə 
3. Lazer şüalanmaları və onlardan mühafizə 
4. Ultrabənövşəyi şüalanmalar və onlardan mühafizə 


İonlaşdırıcı şüalanmalar və onlardan mühafizə 
Müasir elmi-texniki tərəqqi dövründə, atom energetikasının, kosmik 
tədqiqatların, radioloji müalicə praktikasının və s. sürətlə inkişafı ilə əlaqədar 
olaraq mühəndis-texniki işçilərin, hətta hər bir ziyalının zərərli şüalanmaların 
mahiyyətini, orqanizmə təsirini, bu sahədə gigiyenik normaları və mühafizə 
üsullarını öyrənməsi zəruridir.
Mühitin ionlaşmasına (yüklənmiş atom və ya molekulların-ionların 
yaranması) səbəb olan hər hansı şüalanma 
ionlaşdırıcı şüalanma
adlanır. Kosmik 
şüalar, təbii surətdə yayılmış radioaktiv maddələr ionlaşdırma xassəsinə malikdir. 
Süni ionlaşdırıcı şüalandırma mənbəyi xalq təsərrüfatında tətbiq edilən süni 
radioaktiv izotoplardır.
Radioaktiv maddələrlə (uran, radium, torium və s) işləmək insan həyatı üçün 
təhlükəlidir. Həddindən artıq radioaktiv şüalanma çox ağır nəticələr verir. Lakin 
müəyyən texniki və təşkilatı tələblərə riayət edildikdə radioaktiv maddələr 
təhlükəli deyil. 
Canlı hüceyrələrə ionlaşma təsiri nəticəsində orqanizmdə müxtəlif 
birləşmələrin kimyəvi quruluşu dəyişir və molekullar arasında rabitə pozulur, 
hüceyrələr məhv olur. Canlı orqanizmdə 70%-ə qədər su olduğu üçün şüalanma 
zamanı bioloji proseslərə suyun radiolizi böyük təsir göstərir.
Radioliz məhsulları orqanizmdəki başqa molekullarla kimyəvi reaksiyaya 
daxil olub, sağlam orqanizmə xas olmayan yeni birləşmələr yaradır. Bioloji 
proseslərin belə pozulması dönən olduqda bədən hüceyrələri yenidən bərpa olunur, 
dönməyən olduqda isə pataloji dəyişikliklər müxtəlif xəstəliklərə, xüsusən şüa 
xəstəliyinə əlverişli şərait yaradır. 
Bədəndə gedən bu bioloji pozulmalar şüalanma miqdarından, şüalanma 
müddətindən asılıdır. 400-500 rad şüalanma insan üçün öldürücü təsirə malikdir. 
1000 rad ani ölümə səbəb olur. 
Radioaktiv şüalanma buraxılabilən həddən artıq olduqda uzun müddətli təsir 
nəticəsində xroniki şüalanma xəstəliyi yaranır. 
Şüa xəstəliyinin əlamətləri yuxunun pozulması, baş ağrıları, dərinin 
quruması, iştahanın pozulması və s. (ilk mərhələ). Sonra həzmetmə orqanları, 
maddələr mübadiləsi pozulur, ürək-damar dəyişiklikləri, qanaxma, dırnaqların 
tökülməsi (ikinci mərhələ) və nəhayət, beyin damarlarına və ürək əzələlərinə qan 
sızması, tüklərin tökülməsi, cinsiyyət xəstəliyi, irsi nəticələr (ücüncü mərhələ) 
əmələ gəlir. 
İnsan bədəninin birdəfəlik ümumi şüalanmasında udulmuş şüalanma 
dozasından asılı olaraq aşağıdakı bioloji pozulmalar baş verə bilər. 
0,25 qreyə qədər - pozulma müşahidə olunmur 
0,25…0,50 qrey - qanda dəyişikliklər yarana bilər. 
0,5-1,0 qrey - qanın dəyişməsi, normal əmək qabiliyyətinin pozulması baş 
verir. 
1,0…2,0 qrey - normal vəziyyətin pozulması, əmək qabiliyyəti itirilə bilər 
2,0…4,0 qrey - əmək qabiliyyətinin itirilməsi ölümlə nəticələnə bilər. 
4,0…5,0 qrey zədələnmələrin 50% -ə qədəri ölümlə nəticələnir. 
6,0 qrey və daha çox zədələnmələrin 100% qədəri ölümlə nəticələnir. 


İonlaşdırıcı şüalanmanın xassələri
. Elektromaqnit-alfa, beta, qamma, 
rentgen, neytron və s. şüalanması maddə ilə bilavasitə, yaxud dolayı qarşılıqlı 
təsirdə olub atom və molekulları ionlaşdırır.
Nüvənin radioaktiv şualanması əsasən 





şüalanmaya səbəb olur. 

şüalanma müsbət yüklü helium atomunun nüvələrindən ibarət hissəciklər 
selidir. 

şüalanma elektron, yaxud pozitronlar selidir.

şüalar nüvədaxili energetik dəyişmələri elektromaqnit şüalanmasıdır. 
Bəzi radioaktiv maddələr eyni zamanda 

və 

şüalar buraxır. Rentgen 
şüalanması maddənin elektroionlarının çox tez tormozlanması nəticəsində yaranan 
qısa elektromaqnit dalğalarından ibarətdir.
Neytron şüalanması neytronlar selindən ibarətdir. Neytron elektrik yükünə 
malik olmadığı üçün atom nüvəsi ilə asanlıqla əlaqəyə girib, nüvə reaksiyası 
yaradır.
Radioaktiv şüalanma hissəcikləri ionlaşdırıcı və nüfuzetmə qabiliyyəti ilə 
xarakterizə olunur. 

hissəciklər maksimum ionlaşdırıcı və minimum nüfuzetmə qabiliyyətinə 
malikdir. 

hissəciklər üçün bu göstəricilər əksinədir. 

şüalar ən çox nüfuzetmə 
qabiliyyətinə malikdir.
İonlaşdırıcı şüalanmaların canlı orqanizmə bioloji təsiri, ilk növbədə
udulmuş şüalanma enerjisindən asılıdır. Udulmuş şüalanma dozasının ölçü vahidi 
Coul/kq-dır. Sistemdən kənar olçü vahidləri isə qrey, rad, millirad, mikrorad və 
s.dir.
1 rad =0,01qrey 
Bəzən doza vahidi rad-ın bioloji ekvivalenti olan 

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə