29
Ü ç ü n c ü bölmə - "Azərbaycan ərazisində ilk dövlətlər" adlanır. Burada
müxtəlif yazılı qaynaqlardan istifadə edilmişdir. Bu dövr tarixinin öyrənilməsində
mühüm rol həm də arxeoloji materiallara məxsusdur.
Bölmədə ilkin siyasi birləşmələrin taleyi nəzərdən keçirilir. Bütöv bir fəsil bu
bölgədə ilk böyük dövlətin - Manna dövlətinin tarixinə, Mannanın şəhərlərinə və
şəhər məişətinə, mədəniyyətinə həsr edilmişdir. E.ə. VIII əsrin sonu - VII əsrin
əvvəllərində Manna bu dövrün ən qüdrətli dövlətlərindən birinə çevrilir.
Yadelli qəsbkarlara qarşı mübarizəyə bölmədə xeyli yer verilir.
Mannanın madalılar tərəfindən qəsb edilməsi ilə əlaqədar məsələlər nəzərdən
keçirilir. Bu dövrdən etibarən bir sıra əsrlər ərzində Mada etnik elementi bölgədə
mühüm rol oynamış, yerli tayfalar tədricən qəsbkarlarla qovuşmağa başlamış, bununla
da bu ərazidə yeni etnik birliyin - atropatenalıların əsası qoyulmuşdur.
Bölmə İran Əhəməni dövlətinin tərkibinə daxil olmuş o dövr Azərbaycan
tarixinin işıqlandırılması ilə başa çatır.
D ö r d ü n c ü bölmə - "Hellinizm dövründə Azərbaycan ərazisində dövlət
qurumları" adlanır.
Bölmənin iki fəsli Mada Atropatenasına, onun etnik, təsərrüfat, siyasi, mədəni
tarixinə, habelə dininə həsr edilmişdir. Qeyd olunur ki, e.ə. IV əsrin son rübünün
başlanğıcında keçmiş fars canişini Atropat, - öz mənşəyinə görə onun madalı
olduğunu güman etməyə əsas var - əsasən Cənubi Azərbaycan, İran Kürdüstanı və
qismən də müasir Azərbaycan Respublikası ərazisində yerləşmiş yeni dövlətin - Kiçik
Madanın müstəqil hökmdarına çevrilir. Sonralar bu şahlıq tez-tez öz banisinin adı ilə
Atropatena adlandırılırdı.
"Azərbaycan" məfhumunun özü də məhz Aropatena// At
a
/
u
rpatakanla
əlaqədardır. "Azərbaycan" adı öz kökü ilə bu dövrə gedib çıxır və qədim
At
a
/
u
rpatakanın qanunauyğun dəyişmiş formasıdır.
Sonuncu üç fəsil antik Qafqaz Albaniyasının ərazi hüdudlarının və əhalisinin
nəzərdən keçirilməsinə, onun təsərrüfat həyatına, sosial münasibətlərinə, siyasi
tarixinə və mədəniyyətinə həsr olunub.
Alban dövlətinin meydana çıxmasına, Albaniyadakı şəhərlərə, ticarət, pul
dövriyyəsinə, mədəniyyətə, albanların qonşularına, Parfiya və Romaya qarşı
mübarizəyə xeyli yer verilmişdir.
Bizi maraqlandıran ərazi sakinlərinin inkişaf prosesi minilliklər boyu qonşu,
bəzən isə uzaq ərazilərdə yaşayan əhalinin tarixi ilə sıx əlaqədar getmişdir.
Azərbaycanın ən qədim və qədim tarixi Zaqafqaziyanın digər rayonları, Qafqaz, Kiçik
Asiya, Mesopotamiya, İran, Orta Asiya və Cənubi rus çölləri sakinlərinin tarixi ilə
qırılmaz surətdə bağlıdır. Ona görə də diyarımızın tarixini şərh edərkən bu ərazilərdə
məskunlaşmış tayfa və xalqların da tarixinə toxunmalı olmuşuq.
30
İnstitutun böyük bir qrup tarixçi və arxeoloqlarının vətənimizin ən qədim tarixi
məsələləri üzrə kollektiv tədqiqatının nəticəsi olan bu cild metodoloji cəhətdən elm
klassiklərinin əsərlərinə, konkret-tarixi cəhətdən isə arxeoloji və müxtəlif dilli yazılı
qaynaqlara əsaslanır.
Kitabın hazırlanması Azərbaycanın ən qədim və qədim tarixi üzrə Azərbaycan
EA Tarix İnstitutunda həyata keçirilmiş, çətin və çox zəhmət tələb edən tədqiqat
işlərinin aparılmasından sonra mümkün olmuşdur.
31
FƏSĠL VƏ PARAQRAFLAR AġAĞIDAKI
MÜƏLLĠFLƏR TƏRƏFĠNDƏN YAZILMIġDIR
Giriş - İqrar Əliyev
Azərbaycanın təbii-coğrafi
şəraiti - B.Ə.Budaqov
I BÖLMƏ
DAġ DÖVRÜ. ĠBTĠDAĠ ĠCMA QURULUġU
I FƏSİL.
PALEOLĠT DÖVRÜ. ĠBTĠDAĠ OVÇULAR – YIĞICILAR
Daş dövründə Azərbaycanın təbii şəraiti - Ə. V.Məmmədov
İnsan cəmiyyətinin ən qədim inkişaf mərhələləri -
M.M.Hüseynov,
Ə. Q. Cəfərov
Azərbaycanın paleolit dövrü sakininin mənəvi aləmi haqqında
- İqrar Əliyev
II FƏSİL.
MEZOLĠT VƏ NEOLĠT DÖVRÜ. AZƏRBAYCAN
SAKĠNLƏRĠ ĠSTEHSALEDĠCĠ TƏSƏRRÜFATIN MEYDANA
ÇIXMASI DÖVRÜNDƏ
Giriş qeydləri - İqrar Əliyev
Mezolit abidələri. Əmək alətləri. Ox və yay. Ovçuluq. Yığıcılıq.
Balıqçılıq - C.N.Rüstəmov
Neolit dövrünün əkinçi-maldar qəbilələri. Əmək alətləri. Keramika
- C.N.Rüstəmov
İctimai quruluş - C.N.Rüstəmov
Mənəvi mədəniyyət - C.N.Rüstəmov
III FƏSİL.
AZƏRBAYCANDA ENEOLĠT DÖVRÜNÜN
ƏKĠNÇĠ-MALDAR TAYFALARI
Abidələrin icmalı - İ.H.Nərimanov
II BOLMƏ
AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ TUNC DÖVRÜ.
32
ĠBTĠDAĠ-ĠCMA QURULUġUNUN DAĞILMASI
IV FƏSİL.
ĠLK TUNC DÖVRÜ. KÜR-ARAZ MƏDƏNĠYYƏTĠ
- İ.H.Nərimanov
V FƏSİL.
ORTA TUNC DÖVRÜ
- İqrar Əliyev, İ.H.Nərimanov
VI FƏSİL.
SON TUNC VƏ ERKƏN DƏMĠR DÖVRÜ. ĠBTĠDAĠ-
ĠCMA QURULUġUNUN DAĞILMASI. ERKƏN SĠNĠFLĠ
CƏMĠYYƏT ƏRƏFƏSĠNDƏ AZƏRBAYCAN TAYFALARI
Tayfalar və tayfa qrupları - İqrar Əliyev
Abidələrin icmalı - İ.H.Nərimanov
Yaşayış yerləri və qalaçalar - İ.H.Nərimanov
Təsərrüfat – İ.H.Nərimanov
Sənətkarlıq – İ.H.Nərimanov
İctimai və mülki bərabərsizliyin güclənməsi. İbtidai icma
quruluşunun dağılması - İ.H.Nərimanov
Qəbilələrarası mübadilə. Xarici əlaqələr - İ.H.Nərimanov
Mənəvi mədəniyyət və ideologiya – İ.H.Nərimanov
Aşşurluların və elamlıların Zaqros vilayətlərinə yürüşləri -
İqrar Əlivev
VII FƏSİL.
E.ə. II MĠNĠLLĠYĠN SONU - I MĠNĠLLĠYĠN
BAġLANĞICINDA AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ
ƏHALĠNĠN TƏRKĠBĠ
- İqrar Əliyev