33
III BÖLMƏ
AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ ĠLK DÖVLƏTLƏR
VIII FƏSİL.
AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ ĠLKĠN SĠYASĠ
QURUMLAR. MANNA DÖVLƏTĠ
Urmiya gölü hövzəsində ilk siyasi qurumlar - İqrar Əliyev,
S.M.Qaşqay
Manna çarlığının meydana gəlməsi. Aşşurlulara və urartululara qarşı
mübarizə - İqrar Əliyev, S.M.Qaşqay
Mannanın təsərrüfat həyatı: əkinçilik, maldarlıq, sənətkarlıq
-
S.M.Qaşqay
Mannanın şəhərləri və şəhər həyatı -
S.M.Qaşqay
Mannanın dövlət quruluşu - S.M.Qaşqay
Manna çarlığının qüvvətlənməsi və genişlənməsi - İqrar Əliyev,
S.M.Qaşqay
Mənəvi mədəniyyət və dini etiqadlar - S.M.Qaşqay
IX FƏSİL.
KĠMMER VƏ SKĠF (ġKUDA) TAYFALARININ
AZƏRBAYCAN VƏ ÖN ASĠYA ƏRAZĠSĠNƏ BASQINLARI. MĠDĠYA
(MADA) VƏ SKĠF ÇARLIQLARININ YARANMASI
- İqrar Əliyev
X FƏSİL.
CƏNUBĠ AZƏRBAYCANIN MĠDĠYALILAR
(MADALILAR) TƏRƏFĠNDƏN ĠġĞALI. MANNA
ÇARLIĞININ SÜQUTU
- İqrar Əliyev
XI FƏSİL.
AZƏRBAYCAN TORPAQLARI FARS ƏHƏMƏNĠ
(NAXAMANĠġĠLƏR) DÖVLƏTĠNĠN TƏRKĠBĠNDƏ
- İqrar Əliyev
34
IV BÖLMƏ
HELLĠNĠZM DÖVRÜNDƏ AZƏRBAYCAN
ƏRAZĠSĠNDƏ DÖVLƏT QURUMLARI
XII FƏSİL.
MADA-ATROPATENA (*At
a
/
u
rpatakan) DÖVLƏTĠ
-
İqrar Əliyev
Madanın satrapı Atropat. Azərbaycan ərazisində müstəqil Mada-
Atropatena - Kiçik Mada dövlətinin yaradılması - İqrar Əliyev
Atropatenanın etnik mənzərəsi. Mada-Atropatena etnosunun təşəkkül
tapması - İqrar Əliyev
Təsərrüfat həyatı - K.H.Əliyev
Atropatena hellinizm dövlətləri sistemində - İqrar Əliyev
Atropatena eramızın ərəfəsində. Yadelli istilaçılara qarşı mübarizə
İqrar Əliyev
XIII FƏSİL.
ATROPATENANIN MADDĠ MƏDƏNĠYYƏTĠ VƏ DĠNĠ
- İqrar Əliyev
XIV FƏSİL.
ANTĠK ALBANĠYANIN ƏRAZĠSĠ VƏ ƏHALĠSĠ,
TƏSƏRRÜFAT HƏYATI. ĠCTĠMAĠ MÜNASĠBƏTLƏR
VƏ SĠYASĠ QURULUġ
Qədim Albaniyanın ərazisi və əhalisi - İqrar Əliyev
Əkinçilik. Bağçılıq. Üzümçülük - K.H.Əliyev
Maldarlıq, balıqçılıq. - K.H.Əliyev
Sənətkarlıq - K.H.Əliyev
Ticarət. Ticarət yolları - K.H.Əliyev
Pul tədavülü - İ.Ə.Babayev
Şəhərlər və başqa məskənlər - İqrar Əliyev [Bu paraqrafda
F.L.Osmanovun təqdim etdiyi bir sıra materiallardan istifadə edilmişdir]
Sosial münasibətlər - K.H. Əliyev
Qoşun və hərbi iş - K.H.Əliyev
XV FƏSİL.
ANTĠK ALBANĠYANIN SĠYASĠ HƏYATI
Eramızdan əvvəl IV-II əsrlərdə Albaniyanın siyasi həyatı. Albaniya
dövlətinin meydana gəlməsi
- İqrar Əliyev
35
Albaniya eramızın hüdudlarında və ilk əsrlərində. Parfiya və
Romaya qarşı mübarizə -
K.H.Əliyev
Eramızın hüdudunda və ilk əsrlərində şimaldan Albaniyanın və
bitişik vilayətlərin ərazisinə köçərilərin girməsi – İqrar Əliyev
XVI FƏSİL.
ANTĠK ALBANĠYANIN MƏDƏNĠYYƏTĠ
Albaniyanın maddi mədəniyyət abidələri - F.L.Osmanov
Antik Albaniyanın incəsənəti - F.L.Osmanov
Din - K.H.Əliyev
XRONOLOGİYA GÖSTƏRİCİSİ - S.M.Qaşqay
ƏDƏBİYYAT - İqrar Əliyev, R.S.Məlikov
36
AZƏRBAYCANIN TƏBĠĠ-COĞRAFĠ ġƏRAĠTĠ
Azərbaycanın tarixi ərazisi Şərqi Zaqafqaziya və İranın şimal-qərb hissəsində
yerləşir. Sahəsi 221,6 min km
2
, əhalisinin sayı isə 30 mln nəfərdən artıqdır.
Hazırda bu tarixi ərazinin bir hissəsini tutan Azərbaycan Respublikasının
sahəsi 86,6 min km
2
, əhalisi 8,5 mln nəfərdir (2006-cı il), Cənubi Azərbaycanın
ərazisi 135 min km
2
, əhalisi 25 mln nəfərə qədərdir.
Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olub, mütləq yüksəkliyi
28 m-dən (Xəzərsahili düzənlik) 4821 m-ə (Savalan dağı) qədərdir.
Azərbaycan Respublikasının ovalıq və düzənlik relyefi Gəncə, Qazax,
Qarabağ, Mil, Muğan, Şirvan, Salyan, Lənkəran, Samur-Dəvəçi, Arazyanı və
Şərurdan ibarətdir.
Azərbaycan Respublikasının ərazisi beş coğrafi vilayətə bölünür: onlardan
dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-
Araz və ya Mərkəzi Aran) ovalıqdır.
Böyük Qafqazın Azərbaycan hissəsi hüdudunda iki əsas dağ silsiləsi-Baş
Qafqaz (Bazardüzü dağı - 4466 m) və Yan silsilə (Şahdağ - 4243 m) uzanır. Dağlıq
Şirvan, Qobustan və Abşeron yarımadası Cənub-şərqi Qafqazda yerləşir.
Baş Qafqaz dağ silsiləsinin cənub yamacı ətəyi boyunca Qanıx-Əyriçay
dağarası çökəkliyi, ondan cənuba isə geniş Ceyrançöl və Acınohur öndağlığı uzanır.
Baş Qafqaz silsiləsi Bazardüzü dağından şərqə Azərbaycan ərazisi daxilində
şimal-qərbdən (Tinovroso dağı) cənub-şərqə doğru uzanmaqla 4000 metrdən 1026
metrə qədər (Kəmçi dağı) alçalır. Azərbaycan və Dağıstan xalqları arasında tarixən
gediş-gəliş, o cümlədən də ticarət əlaqələri Baş Qafqaz silsiləsinin Tinovroso (2800
m), Maçxalroso (2900 m), Malarasa (2865 m), Qudurdağ (2500 m), Dindidağ (2992
m), Attaqay (2657 m), Ağbulaq (3200 m), Qərbi Salavat (2832 m), Nohurlar (3250 m),
Qdım (2906 m), Fiy (3104 m) və bir çox başqa aşırımlar vasitəsilə saxlanılmışdır.
Kiçik Qafqazın Azərbaycan hissəsində Şahdağ (Qara-arxac -2901 m, Hinaldağ -
3367 m), Murovdağ (Gamışdağ - 3724 m), Qarabağ (Böyük Kirs - 2725 m) sıra dağları və
Qarabağ vulkanik yaylası (Böyük İşıqlı - 3552 m, Dəlidağ - 3616 m) relyefdə üstünlük
təşkil edir.
Naxçıvan MR ərazisində Dərələyəz (Küküdağ - 3120 m) və Zəngəzur sıra dağları
(Qapıcıq dağı - 3904 m) uzanır. Hər iki sıra dağların qovuşağında Biçənək aşırımı (2346
m) yerləşir.
Lənkəran ovalığı cənub-qərbdə Talış sıra dağları ilə (Gömürgöy - 2493 m)
sərhədlənir. Bu dağların ön hissəsi boyu Burovar silsiləsi (914 m), mərkəz hissəsi boyu
isə Peştəsər (2200 m) sıra dağları uzanır.
Cənubi Azərbaycanın relyefi bir neçə dağ silsilələrindən və dağarası
çökəkliklərdən ibarətdir.