Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti
55
Dirğəm
– kl.
əd-da: muğam şöbəsi.
Diringi (diring
ə)
– bax: R
əng.
Divan
–
ər. oktava (diatonik səsdüzümünün – 7, xromatik səsdüzümünün – 12,
klassik Şərq musiqisinin isə 17-24 pilləsini qavrayan səs sahəsi).
a) divani-
əvvəl – birinci otava
b) divani-sani – ikinci oktava v
ə s.
Divani
–
xalq aşıq yaradıcılığının vokal-instrumental formalarından biri.
Dixul
–
ər. müqəddimə, giriş.
Dodaqd
əyməz
–
aşıq musiqi – şeir yaradıcılığına xas olan təcnislərin ən mürəkkəb və çətin
forması. Aşıq oxuduğu mahnıda elə sözlər seçib işlətməlidir ki, orada
dodaqlanan s
əslər (yəni dodağın bir-birinə dəyməsi nəticəsində əmələ gələn,
m
əsələn: b, m, p) olmasın. Dodaqdəyməz formasında cinas sözlərdən geniş
istifad
ə olunur.
Dövr
–
ər. nəğmə, mahnı.
Dumbul
– iki t
ərəfli, enli, girdə sağanaqlı təbil.
Üzərinə ya buzov, ya da qoyun dərisi
ç
əkilir. Çalğıçı dumbulu hər iki tərəfinə ağac vuraraq səsləndirir.
Dübeyti
– D
əşti muğamında Nəğmeyi-Dəşti ilə Giləyi arasındakı şöbə.
Az
ərbaycan musiqi terminləri
56
Düdük
– bax: Balaman.
Dügah
–
1. Guşeyi Bayatı-Qacar, Ruh-ül-ərvah, Mavərənnəhr, Hüseyni, Şikəsteyi-
fars, Dilrüba, Əraq, Zəngi-şütür və Rak
şöbələrindən ibarət dəstgah;
2. Mahur d
əstgahında Dilkəş ilə Zəngi-şütür arasındakı şöbə.
Dümb
ək
–
sağanağı çiçək vazasına bənzər biçimdə zərbli musiqi aləti.
Dütar
–
iki simli, zahiri görünüşü ilə saza bənzəyən dartımlı musiqi aləti.
Saxsı dümbək
Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti
57
Ə
Əbəh
–
ər. xırıltılı səslə, boğuq səslə.
Əbu-əta
–
Şur muğamına mənsub şaxələrdən biri. Tərkibinə Hicaz, Çahar-bağ,
S
əyyahi, Səlmi (Səlmək) kimi şöbələr daxildir.
Əbül
-
əvvəllər Mahur dəstgahına mənsub olan şöbələrdən biri.
Əbülçəsp
– far. mürd
əşirlərin (ölü yuyanların) oxuduqları yanıqlı mahnı.
Əfşarı
(Ovşarı)
–
1. Şur kökündə olan zərbli muğamlardan biri;
2. Aşıq musiqi – şeir yaradıcılığında Şur kökündə gedən vokal-instrumental
musiqi forması. Əsas ölçüsü zərbli muğamda olduğu kimi 2/4-dir. Melodik
v
ə ritmik cəhətdən Divani (bax) formasına çox oxşayır;
3. İran musiqisində Şur dəstgahına mənsub şaxələrdən biri. Tərkibinə
Cam
ədəran, Bayatı-race, Muyə, Şikəstə, Nəhib, Qərai, Məsnəvi və Şah
X
ətai şöbələri daxildir.
Az
ərbaycan musiqi terminləri
58
Əmiri
–
Şur, Şüştər muğamlarının başlanğıcında ifa olunan kiçik bir şöbə.
Əraq
–
1.Yaxın və Orta Şərq xalqları klassik musiqisinin əsasını təşkil edən 12
muğamdan beşincisi;
2. Rast, Segah, Mahur-hindi v
ə Rəhab dəstgahlarının kulminasiya nöqtəsini
(bax: Ovc) özünd
ə əks etdirən və öz bədii təsir qüvvəsi etibarı ilə adları
yuxarıda qeyd olunan dəstgahların olduqca gümrah və əzəmətli səslənən
əsas şöbəsi.
Qeyd: Bu
muğam şöbəsinin “Əraq” yoxsa “İraq” adlandırılmasında hansı
sözün daha düzgün
olduğu məsələsi muğamat ifaçıları arasında çox vaxt
mübahis
əyə səbəb olur. Son illərdə respublikamızda çıxan musiqi kitab-
larında bu sözün hər nə qədər təkid və israrla “İraq” yazıldığına bax-
mayaraq, bu k
əlmə əvvəllərdə olduğu kimi, yenə də “Əraq” deyə işlədilir.
Z
ənn etmək olar ki, “İraq” sözü çox işlədilmə nəticəsində tədricən təhrif
olunaraq “
Əraq” sözünə çevrilmişdir. Həm də düşünmək olar ki, bu sözün
iki növ söyl
ənməsinin səbəbi onun ərəb əlifbası ilə eyni şəkildə, bir cür, bir
t
ərzdə transkripsiyasından irəli gəlir. Bu hər iki ehtimal hər nə qədər məntiqi
görüns
ə də, bu məsələdə bir vacib cəhəti də nəzərdən qaçırmaq olmaz. İş
burasındadır ki, muğamatın şöbə və guşələrindən bir çoxunun adı, bilindiyi
kimi,
coğrafi adlarla əlaqədardır, həm də belə hallarda muğam adları çox
vaxt ölk
ə, məmləkət adı ilə yox, məhz şəhər adları ilə adlanır. Belə olan
sur
ətdə, hamıya məlum olan “İraq” ölkəsi olduğu kimi, həm də Şiraz,
İsfahan, Zabol, Nişapur, Nəhavənd şəhərlərinin “qonşuluğunda” “Əraq” adlı
şəhərin də olduğunu nəzərə arsaq, muğamın ifaçılar və musiqi ictimaiy-
y
ətimiz tərəfindən “İraq” deyil, “Əraq” adlandırılması tamamilə düzgün
sayıla bilər.
Ərğənun
–
klavişli (dilli) üfləmə musiqi aləti. Ərğənun bir-birinə yanaşı düzülmüş
müxt
əlif ölçüdə borular və bu borulara körüklər vasitəsi ilə hava nəql edən
xüsusi pnevmatik konstruksiyadan ibar
ətdir. Ərğənun ən qədim Şərq musiqi