Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə16/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   12   13   14   15   16   17   18   19   ...   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

55 


Dirğəm 

– kl. 


əd-da: muğam şöbəsi. 

 

Diringi (diring



ə) 

– bax: R


əng. 

 

Divan 

– 

ər. oktava (diatonik səsdüzümünün  –  7, xromatik səsdüzümünün  –  12, 



klassik Şərq musiqisinin isə 17-24 pilləsini qavrayan səs sahəsi). 

a) divani-

əvvəl – birinci otava 

b) divani-sani – ikinci oktava v

ə s. 

 

Divani 



– 

xalq aşıq yaradıcılığının vokal-instrumental formalarından biri. 

 

Dixul 

– 

ər. müqəddimə, giriş. 



 

Dodaqd

əyməz 

– 

aşıq musiqi – şeir yaradıcılığına xas olan təcnislərin ən mürəkkəb və çətin 



forması.  Aşıq  oxuduğu  mahnıda  elə  sözlər seçib  işlətməlidir ki, orada 

dodaqlanan s

əslər (yəni dodağın bir-birinə dəyməsi nəticəsində əmələ gələn, 

m

əsələn: b, m, p) olmasın. Dodaqdəyməz formasında cinas sözlərdən geniş 



istifad

ə olunur. 

 

Dövr 

– 

ər. nəğmə, mahnı. 



 

Dumbul 

– iki t


ərəfli, enli, girdə sağanaqlı təbil. Üzərinə ya buzov, ya da qoyun dərisi 

ç

əkilir. Çalğıçı dumbulu hər iki tərəfinə ağac vuraraq səsləndirir. 



 

Dübeyti 

– D


əşti muğamında Nəğmeyi-Dəşti ilə Giləyi arasındakı şöbə. 


 

Az

ərbaycan musiqi terminləri 



56 

Düdük 

– bax: Balaman. 

 

Dügah 

– 

1. Guşeyi Bayatı-Qacar, Ruh-ül-ərvah, Mavərənnəhr, Hüseyni, Şikəsteyi-



fars, Dilrüba, Əraq, Zəngi-şütür və Rak şöbələrindən ibarət dəstgah

2. Mahur d

əstgahında Dilkəş ilə Zəngi-şütür arasındakı şöbə. 

 

Dümb



ək 

– 

sağanağı çiçək vazasına bənzər biçimdə zərbli musiqi aləti. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dütar 

– 

iki simli, zahiri görünüşü ilə saza bənzəyən dartımlı musiqi aləti. 



 

 

 

 

 

 

 

 

Saxsı dümbək 


Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

57 


 

Ə 

Əbəh 

– 

ər. xırıltılı səslə, boğuq səslə. 



 

Əbu-əta 

– 

Şur  muğamına  mənsub  şaxələrdən biri. Tərkibinə  Hicaz, Çahar-bağ, 



S

əyyahi, Səlmi (Səlmək) kimi şöbələr daxildir. 

 

Əbül 

əvvəllər Mahur dəstgahına mənsub olan şöbələrdən biri. 



 

Əbülçəsp 

– far. mürd

əşirlərin (ölü yuyanların) oxuduqları yanıqlı mahnı. 

 

Əfşarı 

(Ovşarı) 

– 

1. Şur kökündə olan zərbli muğamlardan biri;  



2. Aşıq musiqi – şeir yaradıcılığında Şur kökündə gedən vokal-instrumental 

musiqi forması. Əsas ölçüsü zərbli muğamda olduğu kimi 2/4-dir. Melodik 

v

ə ritmik cəhətdən Divani (bax) formasına çox oxşayır;  



3.  İran  musiqisində  Şur  dəstgahına  mənsub  şaxələrdən biri. Tərkibinə 

Cam


ədəran,  Bayatı-race, Muyə,  Şikəstə, Nəhib, Qərai, Məsnəvi və  Şah 

X

ətai şöbələri daxildir. 



 

 


 

Az

ərbaycan musiqi terminləri 



58 

Əmiri 

– 

Şur, Şüştər muğamlarının başlanğıcında ifa olunan kiçik bir şöbə. 



 

Əraq 

– 

1.Yaxın və Orta Şərq  xalqları klassik musiqisinin əsasını təşkil edən 12 



muğamdan beşincisi;  

2. Rast, Segah, Mahur-hindi v

ə Rəhab dəstgahlarının kulminasiya nöqtəsini 

(bax: Ovc) özünd

ə  əks etdirən və  öz bədii təsir qüvvəsi  etibarı  ilə  adları 

yuxarıda  qeyd  olunan  dəstgahların  olduqca  gümrah  və  əzəmətli səslənən 

əsas şöbəsi. 

Qeyd:  Bu 

muğam  şöbəsinin  “Əraq”  yoxsa  “İraq”  adlandırılmasında  hansı 

sözün  daha  düzgün 

olduğu  məsələsi  muğamat  ifaçıları  arasında  çox  vaxt 

mübahis


əyə  səbəb  olur.  Son  illərdə  respublikamızda  çıxan  musiqi  kitab-

larında  bu  sözün  hər  nə  qədər  təkid  və  israrla  “İraq”  yazıldığına  bax-

mayaraq, bu k

əlmə əvvəllərdə olduğu kimi, yenə də “Əraq” deyə işlədilir. 

Z

ənn  etmək  olar  ki,  “İraq”  sözü  çox  işlədilmə  nəticəsində  tədricən  təhrif 



olunaraq  “

Əraq” sözünə çevrilmişdir. Həm də düşünmək olar ki, bu sözün 

iki növ söyl

ənməsinin səbəbi onun ərəb əlifbası ilə eyni şəkildə, bir cür, bir 

t

ərzdə transkripsiyasından irəli gəlir. Bu hər iki ehtimal hər nə qədər məntiqi 



görüns

ə  də,  bu  məsələdə  bir  vacib  cəhəti  də  nəzərdən  qaçırmaq  olmaz.  İş 

burasındadır ki, muğamatın şöbə və guşələrindən bir çoxunun adı, bilindiyi 

kimi, 


coğrafi  adlarla  əlaqədardır,  həm  də  belə  hallarda  muğam  adları  çox 

vaxt  ölk

ə,  məmləkət  adı  ilə  yox,  məhz  şəhər  adları  ilə  adlanır.  Belə  olan 

sur


ətdə,  hamıya  məlum  olan  “İraq”  ölkəsi  olduğu  kimi,  həm  də  Şiraz, 

İsfahan, Zabol, Nişapur, Nəhavənd şəhərlərinin “qonşuluğunda” “Əraq” adlı 

şəhərin  də  olduğunu  nəzərə  arsaq,  muğamın  ifaçılar  və  musiqi  ictimaiy-

y

ətimiz  tərəfindən  “İraq”  deyil,  “Əraq”  adlandırılması  tamamilə  düzgün 



sayıla bilər.  

 

Ərğənun 

– 

klavişli  (dilli)  üfləmə  musiqi aləti.  Ərğənun bir-birinə  yanaşı  düzülmüş 



müxt

əlif ölçüdə borular və bu borulara körüklər vasitəsi ilə hava nəql edən 

xüsusi pnevmatik konstruksiyadan ibar

ətdir. Ərğənun ən qədim Şərq musiqi 




Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə