Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə15/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   11   12   13   14   15   16   17   18   ...   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

51 


m

əsi (ya da ümumiyyətlə qolunun çanağa yaxşı oturulmaması) nəticəsində 

tar qolunun s

əviyyəsinin düzgün olmaması. Bu qüsur çox vaxt tarın “pərdə 

vurması” ilə nəticələnir. 

 

Çığırtma 

– zurnayab

ənzər qədim Azərbaycan üfləmə musiqi aləti. 

 

Çıncıq 

– 

qarğıdan  qayrılmış,  bir  neçə  müxtəlif uzunluqda neyin (ya tütəyin) bir-



birin

ə  bağlanması  yolu  ilə  əldə  edilən qədim Azərbaycan üfləmə  ağac 

musiqi al

əti. Olduqca güclü səsi olduğu məlumdur. 

 

Çırtıq 

–  dan.  -  xalq r

əqslərinin bəzilərində oyun zamanı barmaqları şıqqıldatmaq 

yolu il


ə əlləri səsləndirmə priyomu. 

 

Çırtma 

– 

əl ilə  vurularaq  (ağacsız)  səsləndirilən zərbli musiqi alətlərində  (nağara, 



d

əf və s.) xüsusi çalğı priyomu



 

Çoğor 

– 

beş simli qədim Azərbaycan musiqi aləti. 



 

Çoban-

bayatı 

– 

heyvandarlıq  sahəsində  çalışan  mütəxəssis 



çobanların  tütəkdə  çaldıqları  Bayatı.  Melodik 

m

əzmununda  bir  növ  çağırış  və  sual-cavab səda-



ları  eşidilir.  Çobanlar  otardıqları  mal-qara ya da 

qoyun sürüsünü çox vaxt Bayatı sədaları ilə otlağa 

aparır, otlaqdan yatağa qaytarırlar. 

 

Çupani 

(far., az

ərb. çobanı) 

– 1. XIX 

əsr Azərbaycan musiqisində muğam şöbələrindən biri; 

2. İran mus-də: Dəşti muğamının tərkibində olan bir guşə. 

Çoğor 



 

Az

ərbaycan musiqi terminləri 



52 

 



Dad 

(far. haraya çağırmaq) 

– 

Mahur muğamının ilk guşələrindən biri. 



 

Dair

ə 

- z


ərbli musiqi aləti. Sağanağının diametri dəf (qaval) sağanağındakından bir 

q

ədər (təxminən 10-15 mm) böyük olur. Həm də  üzərinə  qavalda  olduğu 



kimi balıq dərisi deyil, keçi ya dana dərisi, bəzi hallarda isə qoyun qarnın-

dan üz ç


əkilir. 

 

Dağıstani 

– 

aşıq yaradıcılığındakı qədim musiqi formalarından biri. 



 

Dastan 

– 

aşıq yaradıcılığında öz həcmi etibarı ilə ən geniş olan musiqili epik əsər. 



M

əzmununa görə iki növə ayrılır:  

a) Q

əhrəmanlıq dastanları (epik dastan);  



b) M

əhəbbət dastanları (lirik dastan). 

 

Deyişmə 

aşıqlar yarışının ən geniş intişar tapmış formalarından biri. Deyişmə adətən 



bir neç

ə  hissədən ibarət olur. Hər  bir  sonrakı  hissə  özündən  əvvəl gələn 

şöbəyə nisbətən daha gərgin və daha maraqlı səslənir. 



Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

53 


Dramaturgiya 

etibarı  ilə  deyişmənin  kulminasiyası  qıfılbənd hissəsidir ki

burada aşığın hər hansı bir sahədə nə qədər, nə dərəcədə dərin bilik və geniş 

m

əlumat sahibi olduğu aşkara çıxır. Deyişmələr musiqinin vəzni 2/4 ilə 6/8-



nın ardıcıl surətdə növbələnməsi ilə səciyyələnir. 

 

D

əf 

– bax: Qaval. 



 

D

əmanə 

(d

əman – çevik, qıvraq, güclü) 



– Mahur d

əstgahına mənsub şöbələrdən biri. 

 

D

əmkeş 

– 

zurnaçı ya da düdükçünün (usta) çaldığı hava-



nın əsas kök səsini uzadaraq müşayiət edən çalğıçı. 

 

D



əmsaz 

– 

çalınan hava kökünə (məqamına) münasib əsas səsin başqa çalğıçı tərəfin-



d

ən uzun müddət uzadılaraq davam etdirilməsi. 

 

D

əraməd 

– 

muğamın əvvəlində ifa olunan kiçik instrumental müqəddimə. 



 

D

əstan 

– 

ər. dartımlı simli musiqi alətlərinin qoluna bağlanan pərdələr. 



 

D

əstgah 

(

ər., far. dəst – komplekt + gah – mövqe, məqam, məkan) 



–  mü

əyyən  muğam  tərkibinə  daxil  olan  bütün  şaxələr,  şöbələr,  guşələr, 

r

ədiflər, rənglər və  təsniflərin  küll  halında,  məntiqi  inkişaf  qaydası  üzrə 



müt

əşəkkil məcmusu. 

Muğam dəstgahlar bunlardır: 

Rast 


Sümükl

ə işlənmiş dəf 


 

Az

ərbaycan musiqi terminləri 



54 

Mahur-Hindi 

Orta-Mahur 

Bayatı-Qacar 

Şur 

Segah 


Zabul-Segah 

Mirz


ə Hüseyn Segahı 

Şüştər 


Çahargah 

Bayatı-Şiraz 

Hümayun 

 

Dil



əngiz 

– kl. 


əd-da: muğam şöbəsi. 

 

Dil



ənvaz 

– kl. 


əd-da: muğam şöbəsi. 

 

Dilk



əş 

(far. cazib

əli, xoşagələn, valehedici) 

– 1. Az


ər. mus-də: 

a) 


Şahnaz muğamında əsil Şahnaz ilə Şədd-Şahnaz arasındakı şöbə; 

b) dinl


əyicidə dərin lirik təsir oyandırdığına görə xanəndələr çox vaxt Rast 

v

ə Mahur muğamında Vilayəti şöbəsini Dilkəş ilə əvəz edirlər;  



c) Mahur d

əstgahında Əşiran ilə Dügah arasındakı şöbə;  

2. 

İran mus-də: Mahur dəstgahında Xosrovani ilə Xavəran arasındakı şöbə. 



 

Dilq

əm 

– 

aşıq vokal musiqisində lirik məzmunlu mahnı forması. 



 

Dilrüba 

(far.  füsunkar, m

əftunedən) 

– Dügah d

əstgahında Şikəsteyi-fars ilə Əraq arasında yerləşən şöbə. 

 



Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə