Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə145/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   137   138   139   140   141   142   143   144   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

505 


qalan 

şagird kimi pərt,  karıxmış vəziyyətdə dayanmışdım. Nəhayət, bir  az 

c

əsarətlənib dedim: - “Daisi” nə deyən sözdür, axı, mən bilmirəm? - “Daisi” 



y

əni,  rusca  “sumerki”  -  deyə,  Paliaşvili  özü  izah  etdi.  Soruşdum:  -  Bəs 

Bakıda nə sayaq tərcümə etmişdilər? Paliaşvili cib dəftərçəsini çıxarıb gürcü 

h

ərfləri ilə yazdığı “qaş qaralan vaxt”, “alaqaranlıq” sözləini çətinliklə, həm 



d

ə  təhrif  edərək  oxudu.  Mən  bir  qədər  düşündükdən  sonra  Üzeyir  bəyə 

müraci

ətlə dedim: - Müəllim, məncə, “daisi” sözünü bizim dildə bircə kəlmə 



il

ə  ifadə  etmək  istəsək,  “toran”  deməliyik.  Lakin  belə  hallarda  tərcüməyə 

ehtiyac 

varmı?  Mənə  belə  gəlir  ki,  biz  öz  dilimizdə  də  elə  “daisi”  desək, 

yaxşı  olar.  Həm  də,  kim  bilir,  bəlkə  də  müəllif  bu  sözü  məcazi  mənada 

işlətmişdir ...Hiss etdim ki, böyük bəstəkarlar sözlərimdən razı qalmışlar...”. 

Lakin  t

əəssüf  ki,  bu  gözəl  niyyət,  yəni  “Daisi”  operasını  Tbilisidə 

Az

ərbaycan  dilində  oynamaq  arzusu  baş  tutmadı.  “Teatrda  “asudəliyi” 



z

əhmətə qatlaşmaqdan üstün tutan bəzi adamlar buna mane oldular”. 

1969-cu  ild

ə  “Elm”  nəşriyyatı  tərəfindən  Əfrasiyab  Bədəlbəylinin 

İzahlı  monoqrafik  musiqi  lüğəti”  kitabının  buraxılmasını  istər  peşəkar 



musiqiçil

ər  və  istərsə  də  musiqi  incəsənətimiz  ilə  az-çox  maraqlananlar 

böyük r

əğbətlə qarşıladılar. Bəs bu rəğbət nə ilə izah edilirdi? 



Əvvəla, qeyd etmək lazımdır ki, o dövrdə musiqi sənətinin tarixinə və 

n

əzəriyyəsinə  aid  Azərbaycan  dilində  ədəbiyyatın  azlığı,  ikincisi,  mövcud 



musiqi  d

ərsliklərində  terminlərin  işlədilməsindəki  qarışıqlıq,  dolaşıqlıq 

halları,  bu  və  ya  digər  musiqi  məfhumlarının,  anlayışlarının  yerli-yersiz 

işlədilməsi, xüsusən xalq musiqisi ilə bağlı istər tarixi və istərsə də nəzəri 

bilikl

ərin  məhdudiyyəti  və  sair  belə  nöqsan  hallar  baş  alıb  gedirdi.  Buna 



gör

ə  də  musiqi  terminlərinin  unifikasiya  işinin  sahmanlanması,  qaydaya 

salınması musiqi həyatımızın ən zəruri və təxirəsalınmaz vəzifəsi kimi irəli 

sürülürdü.  Görk

əmli  sənətkarın  “Musiqi  lüğəti”  bu  yolda  atılan  ilk 

addımlardan, ilk təşəbbüslərdən biri olmuşdur. 

Görk

əmli  sənətkar  musiqi  yaradıcılığı  ilə  yanaşı,  bu  yolda  geniş 



t

əbliğat  işlərinə  də  böyük  həvəs  göstərirdi.  Ümumittifaq  “Bilik” 

c

əmiyyətinin  üzvü  olan  Əfrasiyab  Bədəlbəyli  bir  çox  elmi  konfranslarda, 



iclaslarda musiqi s

ənəti haqqında maraqlı məruzələrlə çıxış edirdi. 




İbrahim Quliyev 

506 


1970-ci ild

ə bəstəkarın “Söyüdlər ağlamaz” operası tamaşaya qoyulur. 

Operanın  mövzusu  Böyük  Vətən  müharibəsi  illərində  azərbaycanlı 

döyüşçünün şücaəti və arxa cəbhənin həyatına həsr olunmuşdu.  

Bu  dövrd

ə  xalq  musiqisinə  bir  növ  biganəliyi  hiss  edən  bəstəkar, 

h

əmin  sənətin  xüsusən  cavan  və  gənc  nəslin  nümayəndələri  arasında 



t

əbliğinə ciddi fikir verirdi. Təkcə bunu demək kifayətdir ki, 1964-1965-ci 

ill

ərdə  Əfrasiyab  Bədəlbəyli  pioner  və  məktəblilərin  bədii  özfəaliyyətinin 



XVIII v

ə XIX respublika olimpiadasının təşkilatçılarından biri və münsiflər 

hey

ətinin  sədri, 1964-cü  ildə  Azərbaycanın  şəhər  və  kənd  texniki-peşə 



m

əktəbləri  bədii  özfəaliyyətinin  XXIII  respublika  baxışında  isə  münsiflər 

hey

ətinin üzvü seçilmişdir. 



Başqa bir maraqlı müsabiqə-festival 1969-cu ildə Azərbaycan Dövlət 

Neft v


ə Kimya institutunda təşkil olunmuşdu. 

Bu 


yarış-konsertdə  Bakıda  təhsil  alan  xarici  ölkə  tələbələri 

Az

ərbaycan  xalq  musiqisi,  rəqsləri  və  şeir  ifası  üzrə  bacarığını  nümayiş 



etdirirdil

ər.  Müsabiqənin  münsiflər  heyətinə  başçılığa  isə,  institutun 

rektorluğu tərəfindən, Əfrasiyab Bədəlbəyli dəvət olunmuşdu. Müsabiqənin 

t

əşkili, keçirilməsi hamı tərəfindən yüksək qiymətə layiq görülmüş, münsif-



l

ər heyətinin rəhbəri Ə.Bədəlbəyliyə isə xüsusi təşəkkür elan edilmişdir.  

Bu 

m

ənada  bəstəkarın  “Muğam-68”  müsabiqə-festivalının 



keçirilm

əsində sərf etdiyi əməyini ayrıca qeyd etmək vacibdir. 

Əfrasiyab  Bədəlbəyli  müsabiqənin  təşkilinə  böyük  diqqət  yetirmiş, 

münsifl


ər  heyətinə  respublikanın  görkəmli  sənətkarlarını  -  Əhməd 

Bakıxanovu, Şövkət Ələkbərovanı, Sara Qədimovanı, Bəxtiyar Vahabzadəni 

v

ə başqalarını cəlb etmiş, müsabiqənin müvəffəqiyyətlə keçməsi, yeni-yeni 



istedadlı  xalq  musiqisi  və  muğam  ifaçılarının  aşkara  çıxarılması  üçün 

əlindən gələni əsirgəməmişdir. Bunun nəticəsi kimi, vətənimizin demək olar 

ki, bütün 

rayonlarından müsabiqədə iştirak etmək üçün Bakıya gəlmiş gənc 

müğənnilər,  incəsənət  xadimləri  “Muğam-68”  festivalının  təşkilini  yüksək 

qiym


ətləndirmiş  və  bu  cür  lazımlı  tədbirin  keçirilməsini  ənənə  şəklində 

davam etdirm

əyi tövsiyə etmişlər. 

Bu ill


ərdə Əfrasiyab Bədəlbəylinin Azərbaycan televiziyası və radiosu 

il

ə xalq musiqisi və muğamlar haqqında silsilə çıxışları da geniş tamaşaçı və 



dinl

əyici kütləsinin böyük rəğbətini qazanmışdı. Musiqisevərlər sənətkarın 




Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

507 


h

ər verilişini səbirsizliklə gözləyirdilər. Əfrasiyab Bədəlbəyli sadə və eyni 

zamanda  göz

əl  bədii  dildə  apardığı  bu  verilişlərdə  xalq  musiqisinin 

xüsusiyy

ətləri, janrları haqda söhbət açır, milli folklorun keçmişi, XIX-XX 

əsr  xalq  musiqisi  ifaçıları,  müğənnilər  barədə  maraqlı  məlumatlar  verirdi. 

Söhb


ətlərində  bəstəkar,  tamaşaçılara  bu  və  ya  digər  sənətkarın  təkcə 

yaradıcılığının özünəməxsus cəhətlərindən deyil, həm də onun yaşadığı dövr 

v

ə  mühit  haqqında  da  ətraflı  danışırdı.  Mövzu  ilə  əlaqədar  Əfrasiyab 



B

ədəlbəyli  studiyaya  xalq  musiqisi  ifaçılarını, xanəndələri  dəvət  edirdi  ki, 

onlar  da  öz  növb

əsində  söhbətləri  musiqi  nümunələri,  muğamlar  ilə 

müşayiət edərək verilişlərin daha canlı alınmasına imkan yaradırdılar. 

Əfrasiyab  Bədəlbəyli  harada  olursa-olsun,  harada  çıxış  edirsə-etsin 

daima  maraqla,  böyük  ehtiramla 

qarşılanırdı.  Onun  özünəməxsus  danışıq 

t

ərzi,  səsi  dinləyiciləri  hər  dəfə  özünə  məftun  edirdi.  Bir  çoxları  xüsusən, 



onun  mük

əmməl  hafizəsinə  heyran  qalırdılar.  Sənətkar,  çıxışlarının 

əksəriyyətini  sinədən,  qarşısında  olan  yazılı  mətnə  baxmadan  edər,  lazım 

g

əldikdə şifahi xalq yaradıcılığı nümunələrindən, şeir və poemalardan, xalq 



mahnılarının  mətnlərindən  parçaları,  atalar  sözlərini  və  s.  nümunələri 

əzbərdən söyləyərdi. 

Qeyd etm

ək vacibdir ki, Əfrasiyab Bədəlbəyli Azərbaycan musiqisini 

t

əkcə respublikamızda deyil, eləcə də xarici dövlətlərdə geniş təbliğ edirdi. 



Bel

ə  ki,  bəstəkar, 1969-cu  ildə  Fransanın  paytaxtı  Paris  şəhərində 

Az

ərbaycan  musiqisi  haqqında  mühazirələrlə  çıxış  edir.  Səfər  barədə 



s

ənətkar  özü  Azərbaycan  Teleqraf  Agentliyinin  müxbirinə  verdiyi 

müsahib

əsində  demişdi:  “...Səfərimdə  başlıca  məqsəd  Parisin 



Musiqişünaslıq  İnstitutuna  getmək  idi.  Fransız  alimləri  Şərq  xalqları 

musiqisinin,  o  cüml

ədən  Azərbaycan  musiqisinin  tarixini  öyrənmək 

sah


əsində qiymətli iş görmüşlər. Azərbaycanın XIII əsrdə yaşamış görkəmli 

alimi  v


ə musiqiçisi Səfiəddin Urməvinin iki kitabını fransız dilinə tərcümə 

ed

ən Rudolf de Erlanjenin xidmətlərini xüsusi göstərmək lazımdır. 



Fransız  həmkarlarım  mənə  Azərbaycan  musiqisi  haqqında  məruzə 

etm


əyi  təklif  etdilər.  Mühazirəni  Parisin  klublarından  birində  oxudum. 

Mühazir


əni  dinləməyə  Fransanın  görkəmli  şərqşünas  alimləri, 

musiqişünaslıq institutunun nümayəndələri və jurnalistlər gəlmişdilər. Mən, 

kluba 

toplaşanları Azərbaycan musiqi mədəniyyətinin gözəl nailiyyətləri ilə 




İbrahim Quliyev 

508 


m

əmnuniyyətlə  tanış  etdim.  Azərbaycan  baletinin  nailiyyətləri  haqqında 

söhb

ət maraqla qarşılandı. Mən, Azərbaycan musiqisinin lentə yazılmış bir 



sıra  əsərləri  ilə  dinləyiciləri  tanış  etdim.  Dinləyicilər  Üzeyir  Hacıbəylinin 

ölm


əz  “Koroğlu”  operasının  müqəddiməsini,  Bülbülün  ifasında  Üzeyir 

Hacıbəylinin  romanslarını,  Qara  Qarayevin  “Yeddi  gözəl”  baletindən 

parçaları səmimi qarşıladılar”. 

1970-ci  ild

ə, Moskvada, ISME - Uşaq və Gənclərin musiqi tərbiyəsi 

üzr


ə  Beynəlxalq  cəmiyyətin  konfransı  keçirilirdi.  Konfransın  mövzusu  - 

Uşaqların,  yeniyetmələrin  və  gənclərin  həyatında  musiqinin  rolu”  - 



dünyanın bir çox ölkələrindən Moskvaya gəlmiş musiqiçi və pedaqoqların 

böyük 


marağına səbəb olmuşdu. Konfransda Azərbaycan nümayəndə heyəti, 

başda  Əfrasiyab  Bədəlbəyli,  musiqişünas  Əhməd  İsazadə,  bəstəkar  Oqtay 

Zülfüqarov v

ə başqaları iştirak etmişdir. 

Beyn

əlxalq forumda iclas və bölmələrdə oxunan mühazirələrlə yanaşı, 



“B

əstəkarların  dəyirmi  stolu”  ətrafında  diskussiyalar  keçirilmiş  və  burada 

Əfrasiyab  Bədəlbəylinin  çıxışı  olmuşdu.  Bəstəkar,  Azərbaycanın  ümum-

t

əhsil  məktəblərində  musiqi  tərbiyəsinin  rolu,  uşaqların  musiqi  tərbiyəsi 



üçün  xalq  musiqi  irsinin  göz

əl nümunələrinin tələblərinə cavab verən yük-

s

ək bədii dəyərli, ifa cəhətdən çətinlik  yaratmayan, böyük tarixi həyatiliyi 



il

ə  seçilən  əsərlərin  öyrənilməsinin  böyük  əhəmiyyət  kəsb  etdiyi  haqda 

söhb

ət açmışdı. 



1971-ci  ilin 

oktyabrında Ə.Bədəlbəyli Azərbaycan Xor Cəmiyyətinin 

s

ədri  vəzifəsinə  seçilir.  Yaşı  altmışı  ötmüş  musiqi  incəsənətimizin 



ağsaqqalı,  bu  işində  də  var  gücü  ilə  çalışır,  ölkədə  xor  janrının  inkişafı, 

t

əbliği,  bu  sənət  növünə  diqqətin  artırılması  üçün  bir  çox  tədbirlərin 



t

əşkilinə bilavasitə rəhbərlik edir. 

Ə.Bədəlbəylinin  yaradıcılığına  xarici  ölkələrdə  də  böyük  maraq 

göst


ərilirdi. Belə ki, 1970-ci ildə, türk musiqişünası Altan Araslı Türkiyədə 

çapdan 


çıxan  “Musiqi  məcmuəsi”  jurnalında  “İzahlı  monoqrafik  musiqi 

lüğəti” kitabını ətraflı təhlil etmişdir. 

1975-ci  ild

ə  “İstambul  Turizm  Folklor  Dərnəyi”nin  rəhbərləri 

Ə.Bədəlbəylinin təşkilatçılıq bacarığını nəzərə alaraq ona məktubla müraciət 

etmişlər.  Məktubda  onlar,  Azərbaycan  və  Türk  sənətçilərinin  qarşılıqlı 

əməkdaşlığını  yaratmaq  və  Türk  xalq  rəqslərini  tanıtmaq  məqsədilə 



Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

509 


ölk

əmizdə təşkil olunan şənliklərə dəvət olunmalarını ümid etmişlər. Lakin 

t

əəssüf  ki,  görkəmli  sənətkarın  ağır  xəstəliyi  bu  nəcib  təşəbbüsün  həyata 



keçm

əsinə imkan verməmişdir. 

Bundan 

başqa,  sənətkarın  Azərbaycan  xalq  musiqisinin  bütün 



janrlarını,  Azərbaycan  musiqi  folklorunun  özünəməxsus  cəhətlərini  və 

melodik 


z

ənginliyini,  xalq  musiqisinin  professional  bəstəkarlıq 

yaradıcılığının inkişafındakı rolunu və sairəni əhatə edən “Azərbaycan xalq 

musiqisi” 

adlı məqaləsi 1977-ci ildə, Ankarada,  “Türk folklor konqresinin 

m

əlumatları”nda, türk dilində çap olunmuşdur. 



Uzun  ill

ər boyu “Elm və həyat” jurnalının, “Ədəbiyyat və incəsənət” 

q

əzetinin redaksiya heyətinin üzvü olan Əfrasiyab Bədəlbəyli bu və başqa 



m

ətbuat  orqanlarının  səhifələrində  tez-tez  resenziyalar,  tənqidi  və 

problematik  m

əqalələr  çap  etdirir,  hadisələrlə  dolu  həyatında  baş  vermiş 

əhvalatlar,  görüşlər,  tanışlıqlardan  aldığı  təəssüratlarını  oxucularla 

bölüşdürürdü.  Sənətkar  opera  və  balet  tamaşaları,  bir  çox  görkəmli 

b

əstəkarlar,  o  cümlədən  Volfqanq  Amadey  Mosart,  Mixail  Qlinka,  Pyotr 



Çaykovski,  Nikolay  Rimski-Korsakov,  Modest  Musorqski,  Sergey 

Prokofyev,  Reynqold  Qlier,  Tixon  Xrennikov  v

ə  şübhəsiz,  Azərbaycan 

s

ənətkarları  Üzeyir  Hacıbəyli,  Müslüm  Maqomayev,  Asəf  Zeynallı,  Cəfər 



Cabbarlı,  Səməd  Vurğun,  Qurban  Primov,  Fatma  xanım  Muxtarova  və 

onlarca 


başqa şəxsiyyətlər haqqında son dərəcə maraqlı söhbət açırdı. 

Əfrasiyab  Bədəlbəyli  gözəl  sənətkar  idi.  Xalq  onu  çox  sevirdi. 

B

əstəkarı tanıyanlar arasında elə adam yox idi ki,  onun dərin, ensiklopedik 



biliyin

ə,  fenomenal  hafizəsinə,  fədakarlığına, hazırcavablığına  və  ən 

başlıcası insaniyyətliyinə heyran qalmasın. Prinsipial, təvazökar, mehriban, 

zarafatcıl, həyatsevər Əfrasiyab Bədəlbəylinin yüksək ideya, nikbin ruh və 

d

ərin  xəlqiliklə  dolu  yaradıcılığı  Azərbaycan  milli  musiqisinin  ayrılmaz 



hiss

əsi kimi bu gün də yaşayır. 



 

 

İbrahim Quliyev 

 

 



 

510 


Summary 

 

Afrasiyab Badalbeyli entered the history of Azerbaijani Music as a famous 



composer, the author of the first national ballet and so many musical compositions of 

various genres, as well as an academic musicologist, linguist, publicist, and a translator.  

Afrasiyab Badalbeyli is an author of multitudinous and invaluable scientific op-ed 

(opinion-editorial) pieces and booklets, lectures and speechifications, devoted to history 

and theory of Azerbaijani music, outstanding cultural figures of Azerbaijan.  

On speaking about Afrasiyab Badalbeyli, we primarily mention his "Music 

Dictionary", the widely spread scientific-cognitive edition, having become a table-top book 

for researchers of original musical culture of Azerbaijan, as well as for mass music public.  

A.Badalbeyli titled his work "Explanatory Monographic Music Dictionary". This 

was logical, because, starting from the front pages of the edition, the author attracted 

reader's attention to various encyclopedic information on musical art in the whole.  

The "Music Dictionary" consists of the following sections: From the author, 

Structure of the Dictionary, Abbreviations, Azerbaijani Music Terms, Music Terms, 

Foreign Words and Terms, occurred in music literature, Remarks, Clarifications, and 

Monographic information. Similar sections can be found in the other publications of this 

kind, as well, but the point is in riches of the informative material itself.  

The each of the listed sections of the "Music Dictionary" can be characterized as a 

significant step in the field of studying of the definite problematics of the music science.  

A.Badalbeyli in the Introductory part of the "Music Dictionary" clarified strategic 

purpose of his investigation: "Lack of literature in the Azerbaijani language on history and 

theory of musical art, illegibility in the terminology use in music textbooks, different 

interpretations of the same music ideas on the pages of periodical press and radio 

broadcasting, formal translations, appeared in books of printed music, etc. require 

unification  of music terms, bringing this problem to the forefront as an urge task of our 

music life and practice". As is clear from the cited passage, A.Badalbeyli enlightened 

existing up to now problems of native music's knowledge in close-up view.  

Incontestable is the fact that Azerbaijani musicology in the XX century was based 

on progressive traditions of the Russian Soviet music science. Certainly, A.Badalbeyli 

adhered to these traditions, as a son of his time, however, he repeatedly pointed out, and 

sometimes he emphasized emergency of widening of investigations sphere on history and 

theory of music just in the native Azerbaijani language.  

As though anticipating the present day's events, A.Badalbeyli strategically defined 

the highway of Azerbaijani music science, attracting attention to creation of the integrated 

music terminology base in the language of fathers and mothers of the Azerbaijani people. 

He adjusted this actual subject in the each page of the "Dictionary". To develop and glorify 

the Azerbaijani musical culture, we, musicologists, should continue his activity. 




 

511 


 

 

 



 

 

 



 

MÜNDƏRİCAT 

 

 

 

Müqəddimə............................................................................................. 

5 

 

 

Məsul redaktordan ................................................................................. 

8 

 

 

Müəllifdən.............................................................................................. 

13 

 

 

Şərti ixtisarlar..........................................................................................  33 



 

 

Azərbaycan musiqi terminləri.................................................................  37 

 

 

Musiqi terminləri.....................................................................................  149 



 

 

Musiqi ədəbiyyatinda işlənən xarici söz və terminlər.............................  333 

 

 

Qeydlər, şərhlər və monoqrafik məlumat................................................  391 



 

 

İbrahim Quliyev. Milli musiqimizlə döyünən sənətkar ürəyi.................  485 



 

 

Summary.................................................................................................  510 



 

 



 

 

Yaradıcı qrup: 

 

Elmi redaktor 

Cəmilə Həsənova 



 

Rəssam 

Alina Cahangirova 

 

Dizayn və not yazısı 

Tişakova İrina 

 

Kompyuterd

ə yığan 

Gülnar


ə Məmmədova 

 

 

 

Document Outline

  • Пустая страница
  • Пустая страница
  • Пустая страница
  • Пустая страница
  • Пустая страница
  • Пустая страница
  • Пустая страница
  • Пустая страница

Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə