Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə142/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   137   138   139   140   141   142   143   144   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

499 


Müharib

ədən sonrakı illərdə mətbuatdan başqa, təbliğat vasitələrindən 

daha güclüsü - radio, 

insanların həyatında mühüm rol oynamağa başladı. O 

dövrd

ə  xalq  arasında  “tava”,  “boşqab”  adı  ilə  məşhur  olan  dəyirmi 



s

əsötürücü  qurğular  adamların  evində  səslənərək  onlara  yer  üzündə  baş 

ver

ən  hadisələrdən  xəbər  verməklə  yanaşı,  onların  əhval-ruhiyyəsini 



yüks

əltmək, dünya görüşlərini genişləndirmək və sairə funksiyaları da “öz 

öhd

ələrinə götürmüşdülər”. 



Bu 

baxımdan Azərbaycan radio komitəsinin musiqi redaksiyasının işi 

xüsusil

ə böyük əhəmiyyət kəsb edirdi. Redaksiyanın fəaliyyəti təkcə musiqi 



s

əsləndirməkdən  deyil,  həmçinin  onun  təbliği  və  musiqi  sahəsində 

dinl

əyicilərin  biliyinin  artırılmasından  ibarət  olmalı  idi.  Belə  bir  işin 



öhd

əsindən isə şübhəsiz, hərtərəfli musiqi savadına malik, peşəkar musiqiçi 

g

ələ  bilərdi.  Məhz  buna  görə  də  redaksiyaya  rəhbərlik  etməyə  Əfrasiyab 



B

ədəlbəyli dəvət olundu. 

B

əstəkar öhdəsinə götürdüyü vəzifəni böyük həvəslə yerinə yetirirdi. 



İlk  növbədə,  musiqi  verilişlərinin  sadəcə  olaraq  hansısa  bir  əsərin  və  ya 

müğənninin  konsertinə  çevrilməməsi,  verilişlərin  canlı,  maraqlı  alınması 

m

əsələsini qarşısına məqsəd qoyan Əfrasiyab Bədəlbəyli, redaksiyanın işini 



“dinl

əyici-redaksiya  və  redaksiya-dinləyici”  prinsipi  üzrə  qurdu  və 

verilişləri radio dinləyicilərinin, musiqi sevərlərin məktubları əsasında təşkil 

etm


əyə  başladı.  Dinləyicilər  redaksiyaya  göndərdikləri  çoxsaylı 

m

əktublarında  xalq  mahnılarını  və  bu  mahnıları  ifa  edən  müğənniləri 



eşitmək, sevimli bəstəkarların əsərləri, onların həyat və yaradıcılığı barədə, 

musiqi  al

əmində  baş  verən  yeniliklər  haqda  məlumat  almaq  arzusunda 

olduqlarını  bildirirdilər.  Bu  arzuları  nəzərə  alan  sənətkar  özünün  aparıcı 

olduğu  verilişlərə  musiqişünasları,  bəstəkarları  dəvət  edir,  onlarla  xalq 

musiqisi, xüsusil

ə muğam sənəti haqqında maraqlı söhbətlər aparırdı ki, bu 

da öz növb

əsində verilişlərin daha rəngarəng alınmasına gətirib çıxarırdı. 

Əvvəllər efirdə səslənən keyfiyyətsiz musiqi, bayağı ifaçılardan yaxa 

qurtarmaq  m

əqsədi  ilə  bəstəkar,  bunlara  qarşı  ciddi  mübarizə  apararaq  əsl 

peşəkar,  xalqın  sevimlisi  olan  ifaçılarla  bir  sıra  məsləhətləşmələr, 

müşavirələr  və  ictimai  iclaslar  keçirdi.  Bunun  müsbət  nəticəsi  kimi 

redaksiya,  Az

ərbaycan  xalq  mahnı  və  muğamların  ifasındakı  nöqsanları 

h

ərtərəfli  müzakirə  etdikdən,  ayrı-ayrı  ifaçıların  uğursuzluqlarının 




İbrahim Quliyev 

500 


s

əbəblərini  əsaslı  surətdə  araşdırdıqdan  sonra,  xüsusilə  muğamların  ifası 

keyfiyy

ətinin yaxşılaşmasına nail oldu. 



Dünya  musiqi 

ədəbiyyatını  gözəl  bilən  Əfrasiyab  Bədəlbəyli  bu 

istiqam

ətdə  də  geniş  radio  dinləyiciləri  kütləsinin  marağını  nəzərə  alaraq 



klassik,  rus  v

ə  sovet  bəstəkarlarının  əsərlərinin  –  Mixail  Qlinkanın  “İvan 

Susanin”,  Pyotr  Çaykovskinin  “

İolanta”  və  başqalarının  təbliğini  davam 

etdirir,  opera 

əsərləri  haqqında  silsilə  verilişlər  hazırlayırdı.  Onu  da  qeyd 

etm

ək vacibdir ki, bu verilişlərdə sadəcə olaraq əsərdən yazılmış maqnitofon 



lentinin v

ə ya plastinkanın vasitəsi ilə efirə gedən musiqi sədaları deyil, həm 

d

ə hər bir səhnənin məzmununu, hadisələrin cərəyanını dinləyiciyə anladan 



maraqlı mətn də səslənirdi.  

 Keç

ən əsrin 50-ci illərinin birinci yarısında, opera və balet teatrında 

yaradıcılıq baxımından böyük canlanma hökm sürürdü. Belə ki, onilliyin ilk 

üç  ili 


ərzində  üç  gözəl  səhnə  əsəri  –  Soltan  Hacıbəyovun  “Gülşən”,  Qara 

Qarayevin  “Yeddi  göz

əl”  baletləri  və  Fikrət  Əmirovun  “Sevil”  operası 

tamaşaçıların mühakiməsinə təqdim olunmuşdu. Bunlardan ikisi - “Gülşən” 

baleti  v

ə  “Sevil”  operasının  səhnəyə  yol  tapması  Əfrasiyab  Bədəlbəylinin 

adı ilə bağlı idi. Sənətkar hər iki əsərin ilk tamaşasının dirijoru olmuşdur. 

Əfrasiyab  Bədəlbəyli  nəinki  musiqiçi,  eləcə  də  ədəbiyyatçı  və  dilçi 

kimi  d

ə böyük nüfuza malik idi. O, doğma dilini, xüsusən də Azərbaycan 



ədəbi  dilini  səlis  bilirdi.  Onun  danışıq  tərzi,  cümlə  və  söz  quruluşu 

çoxlarının diqqətini cəlb edirdi. Buna görə də, heç təsadüfi deyil ki, 1952-ci 

ild

ə,  Elmlər  Akademiyası  Nizami  adına  ədəbiyyat  institutunun  islahat 



komit

əsinin  iclaslarında  müzakirə  edilmiş  “Azərbaycan  dilinin 

orfoqrafiyası”nın  təshih  edilmiş  bir  nüsxəsi  Əfrasiyab  Bədəlbəyliyə 

gönd


ərilmiş və ondan bu haqda rəy vermək xahiş olunmuşdu. 

El

ə həmin 1952-ci ildə Əfrasiyab Bədəlbəyli tərcüməçi kimi həqiqətən 



böyük 

bacarığa malik olduğunu bir daha sübut etdi. Sənətkarın görkəmli rus 

b

əstəkarı P.Çaykovskinin “İolanta” operasını ekvoritmik cəhətdən doğma dili-



miz

ə tərcümə etməsi musiqi ictimaiyyətinin yüksək  qiymətinə layiq görüldü. 

1953-cü  ild

ə  Azərbaycan  Uşaq  və  Gənclər  Ədəbiyyatı  nəşriyyatı 

b

əstəkarın  ilk  kitabçasını  çapdan  buraxır.  “Musiqi  haqqında  söhbət”  adlı 



broşurada müəllif musiqidə işlənən bəzi söz və terminləri izah edir, musiqi 

janrları  və  formaları,  musiqi  alətləri  və  ansambllar  haqqında  söhbət  açır. 




Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə