Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə139/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   135   136   137   138   139   140   141   142   ...   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

493 


Bu 

əsərlər  arasında  Ə.Bədəlbəylinin  “1905-ci  ildə”  tamaşası 

üz

ərindəki işi zamanı maraqlı bir hadisə baş verir. Cəfər Cabbarlı əsərindəki 



Baxşı personajını tar alətində çalmağı bacaran bir adam kimi də təsvir etmək 

ist


əyirdi.  Lakin  əsər hazırlanan zaman bu rolun  ifası üçün nəzərdə tutulan 

aktyor  Süleyman 

Tağızadə  tar  çalmağı  bacarmırdı.  Əfrasiyab  Bədəlbəyli 

özü bu aktyor il

ə xüsusi məşqlər keçirib əsərdə səslənən “Azad bir quşdum” 

mahnısını ona öyrətdi və bununla da personajın daha canlı alınmasına nail oldu. 

Ümumiyy

ətlə, otuzuncu illərin birinci yarısında Əfrasiyab Bədəlbəyli 



dram 

teatrında  tamaşaya  qoyulan  əsərlərin  musiqi  tərtibatı  işində  çox 

m

əhsuldar fəaliyyət göstərir. Belə ki, bəstəkar M.F.Axundovun “Hacı Qara” 



v

ə  “Müsyo Jordan” əsərlərinə musiqi bəstələyir. 

Əfrasiyab  Bədəlbəyli  gözəl  başa  düşürdü  ki,  professional  musiqi 

t

əhsili  almasa,  gələcəkdə  yaxşı  musiqiçi  ola  bilməyəcək.  Buna  görə  də  o, 



1932-ci  ild

ə  Moskva  konservatoriyasının  dirijorluq  fakultəsində  oxumağa 

yola 

düşür.  Professor  K.Saracevin  dirijorluq  sinifində  təhsil  alan  gənc, 



şəhərin mədəni həyatına böyük maraq göstərir, tez-tez simfonik konsertlərə, 

opera v


ə balet tamaşalarına gedir, pult arxasında dayanan məşhur dirijorların 

h

ərəkətlərini diqqətlə izləyir və getdikcə bu sənətin incəliklərinə mükəmməl 



yiy

ələnir. 


Lakin bir ild

ən sonra sənətkar Moskvadakı təhsilini dayandırıb Bakıya 

qayıtmalı  olur.  Bu  dövrdə  opera  teatrında  R.Qlierin  “Şahsənəm”  operası 

yeni 


quruluşda,  C.Cabbarlının  librettosu  əsasında  tamaşaya  hazırlanırdı. 

M

əsələ  onda  idi  ki,  əsər  üzərində  işə  başlanılan  ilk  dövrdə  dramaturqun 



yaradıcılıq iqtidarına bir qədər inamsızlıq göstərilməsi nəticəsində operanın 

librettosu 

əvvəldən C.Cabbarlıya yox, bir dramaturq və bir yazıçı kimi zəif 

olan  M.Qalperin

ə  tapşırılır  ki,  bu  da  dəyərli  musiqisi  olan  “Şahsənəm” 

operasının 1927-ci ildə rus dilində, bir səhnə tamaşası kimi naqis çıxması ilə 

n

əticələndi. 



Operanın ikinci redaksiyasını isə Azərbaycan dilində səhnələşdirmək 

n

əzərdə  tutulmuşdu.  Əfrasiyab  Bədəlbəylinin  də  bu  işdə  iştirakı  zəruri 



sayıldığına görə onu, Moskvadan geri çağırmaq qərara alınmışdı. 

H

əqiqətən  də,  Əfrasiyab  Bədəlbəyli  operanın  səhnə  quruluşunda 



yaxından iştirak edir, ən başlıcası isə, libretto müəllifi C.Cabbarlı ilə əlbir 

çalışaraq tamaşa mətninin ekvoritmik formada musiqi ilə dəqiq uzlaşmasına 




İbrahim Quliyev 

494 


parlaq 

şəkildə  nail  olur.  Əsər, 1934-cü  ilin  4  may  günündə,  böyük 

müv

əffəqiyyətlə opera teatrının səhnəsində tamaşaya qoyulur. Əsas rolları: 



Şahsənəm – Şövkət xanım Məmmədova, Aşıq Qərib – Bülbül ifa edirlər.  

Bütün  bu  nailiyy

ətlərə  baxmayaraq,  Əfrasiyab  Bədəlbəyli  bilik  və 

bacarığını daha da artırmaq üçün 1934-cü ilin payızında Leninqrad (indiki 

Sankt-Peterburq – 

İ.Q.) şəhərinə yola düşür. 

Burada, 

Əfrasiyab  Bədəlbəyli  N.Rimski-Korsakov  adına  Leninqrad 

Dövl

ət  Konservatoriyası  nəzdindəki  musiqi  texnikumunun  bəstəkarlıq 



şöbəsinə  daxil  olur  və  eyni  zamanda  öz  dirijorluq  sənətini  yüksəltmək 

m

əqsədi  ilə  Leninqrad  opera  və  balet  teatrında,  teatrın  baş  dirijoru 



V.

Dranişnikovun rəhbərliyi altında dirijor assistenti kimi işləməyə başlayır. 

Əfrasiyab  Bədəlbəylinin  oxumağa  getməsi  ilə  əlaqədar  Azərbaycan 

Dövl


ət  Dram  Teatrı  müdiriyyətinin  rəyində  deyilirdi:  “1928-34-cü  illər 

ərzində  Əfrasiyab  Bədəlbəyli  tamaşaların  musiqi  tərtibatında  misilsiz 

istedadını  büruzə  vermiş,  özünü  həqiqi  musiqi  bilicisi  kimi  göstərmiş  və 

geniş  türk  zəhmətkeşləri  arasında  böyük  müvəffəqiyyət  qazanmış  türk 

musiqisi üslubunda parlaq melodiyalar 

yaratmışdır”. 

Az

ərbaycan  Dövlət  Opera  Teatrı  müdiriyyətinin  göndərişində  isə 



yazılmışdı: “Teatrda işlədiyi müddətdə yoldaş Bədəlbəyli Əfrasiyab özünü 

qabiliyy


ətli  və  zəhmətsevər  işçi  kimi  göstərmiş,  bütün  türk  operalarına, 

R.Qlierin  “

Qırmızı lalə” baletinə dirijorluq etmiş, türk opera teatrının Orta 

Asiya v


ə Azərbaycandakı qastrollarının yeganə dirijoru olmuş, ən başlıcası 

is

ə,  R.Qlierin  “Şahsənəm”  operasının  yaranmasının  bilavasitə  iştirakçısı 



kimi 

melodik 


materialın  tərtibində,  mətnin  musiqi  ilə  dəqiq 

uzlaşdırılmasında müəllifə kömək etmişdir. Bu ezamiyyət teatrın gələcəkdə 

bitmiş musiqi təhsilli işçiyə malik olacağına tam təminat verir”. 

Leninqradda  b

əstəkarlıq  üzrə  B.Zeydmanın  sinfində  təhsil  alan 

Əfrasiyab Bədəlbəyli şəhərin rəngarəng mədəni həyatının axarına qərq olur. 

O,  tez-tez  simfonik  orkestrl

ərin  konsertlərini,  konservatoriyanın  opera 

studiyasının  tərtib  etdiyi  tamaşaları,  opera  və  balet  əsərlərini,  xaricdən 

g

əlmiş dirijor və müğənnilərin qastrol çıxışlarını dinləyir və təbii ki, bütün 



bunlar  b

əstəkarın  bədii  təfəkkürünün,  estetik  baxışlarının  daha  da  inkişaf 

edib 

formlaşmasına güclü təsir göstərir.  




Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə