Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə141/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   137   138   139   140   141   142   143   144   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

497 


görk

əmli şairi Səməd Vurğun da var idi. 1941-ci ildə bəstəkar, “Azərbaycan 

şeirinin Üzeyiri, saz çalmaqda xalq aşıqlarının bir çoxundan geri qalmayan, 

Az

ərbaycan  muğamlarının  bütün  gəzişmələrini  bir  professional  musiqiçi 



q

ədər mükəmməl bilən” Səməd Vurğunun “Fərhad və Şirin” əsərinə musiqi 

b

əstələyir.  Bundan  bir  il  əvvəl  isə  Ə.Bədəlbəyli  görkəmli  ədibin  “Xanlar” 



pyesin

ə  musiqi  yazmışdı.  Onu  da  qeyd  edək  ki,  bəstəkar  hər  iki  əsərin 

premyerasına özü dirijorluq etmişdir. 

1942-ci  il  may 

ayının  14-dən  Əfrasiyab  Bədəlbəyli  Bakı 

kinostudiyasına  bəstəkar  vəzifəsinə  qəbul  olunur  və  cəbhədə  həlak  olmuş 

az

ərbaycanlı-qəhrəman  Bəxtiyar  Kərimovun  həyatına  həsr  olunmuş 



kinofilmin s

əsləndirilməsi və musiqi tərtibatı üzərində çalışır. 

Müharib

ə  illərində  Əfrasiyab  Bədəlbəyli  bəstəkarlıq-dirijorluq 



f

əaliyyətini Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri 

kimi  m

əsul vəzifələrlə əlaqələndirirdi. 1943-cü ildən kollektivin rəngarəng 



h

əyatına başçılıq edən sənətkar, bu musiqi ocağının bir an belə sönməməsi 

üçün böyük z

əhmət çəkirdi. Bəstəkarın rəhbərliyi ilə filarmoniyada fəaliyyət 

göst

ərən Qılman Salahovun mahnı və rəqs ansamblı, Səid Rüstəmovun xalq 



çalğı alətləri orkestri və Cahangir Cahangirovun sazçı qızlar ansamblı tez-

tez  c


əbhənin  müxtəlif  bölmələrinə  gedərək  döyüşçülər  qarşısında  maraqlı 

konsert proqra

mı ilə çıxış edirdilər. 

Əfrasiyab  Bədəlbəylinin  təşəbbüsü  ilə  bir  çox  sovet  musiqiçiləri 

Bakıya,  qastrol  çıxışlarına  dəvət  olunurdular.  Bunlar  arasında  Gürcüstan 

xalq 


mahnı  və  rəqs  ansamblı,  Dövlət  Akademik  Böyük  teatrının  simli 

kvarteti,  o  cüml

ədən  görkəmli  ifaçılardan  Aleksandr  Qoldenveyzer,  Lev 

Oborin,  Emil  Gilels,  David  Oystrax,  Svyatoslav  Rixter  v

ə  başqalarının 

konsertl


əri xalqın yenilməz qüvvəsinin, qələbəyə inamının parlaq nümunəsi 

idi. 


Əfrasiyab  Bədəlbəyli  dirijor  kimi  də  çıxış  edərək  filarmoniyanın 

simfonik orkestrinin konsertl

əri zamanı pult arxasında dayanırdı. 

Müharib


ə illərində Əfrasiyab Bədəlbəyli Azərbaycanın görkəmli ədibi 

M.S.Ordubadi  il

ə  birlikdə  dahi  İtalyan  bəstəkarı  C.Rossininin  “Sevilya 

b

ərbəri” operasını Azərbaycan dilinə tərcümə edir.  



Burada opera t

ərcüməsi haqda ayrıca danışmaq yerinə düşərdi. Çünki, 

opera  t

ərcüməsi  başqa  əsərlərin  tərcüməsinə  bənzəmir.  Belə  ki,  tərcümə 

metodologiyasına  -  orijinalın  şeiriyyət  intonasiyalarını  saxlamaq,  məna 



İbrahim Quliyev 

498 


düzgünlüyün

ə  riayət  etmək,  tərcümə  olunan  əsərdəki  ölçünü  və  vəzni 

mühafiz

ə  etmək  şərtlərindən  əlavə,  musiqi  ilə  söz  arasındakı  qarşılıqlı 



münasib

ətin pozulmamasına, yəni ayrı-ayrı kəlmə vurğuları ilə musiqidəki 

ritmik 

vurğunun  ahəngdar  olmasına  nail  olmaq,  burada  əsas  şərtdir. 



Baxmayaraq ki, “Sevilya b

ərbəri” vokal-texniki cəhətcə çox çətin operadır, 

s

ənətkarlar və əsas rolların ifaçıları: Rozina – Şövkət xanım Məmmədova, 



Fiqaro  – 

Ağababa  Bünyatzadə  və  İdris  Ağalarov  əsəri  böyük 

müv

əffəqiyyətlə səhnəyə qoydular.  



1943-cü  ilin 

yayında  xüsusi  komissiya  Minkusun  “Don  Kixot” 

baletinin  yeni 

redaksiyası üçün Əfrasiyab Bədəlbəylinin  yazdığı librettonu 

dinl

əyib  müzakirə  etdi  və  müəllifin  işini  qənaətbəxş  hesab  edərək 



librettonun istifad

əsini məqbul saydı. 

1945-ci ilin 9 may gününd

ə, dünyanın bütün sülhsevər qüvvələri kimi 

Az

ərbaycan xalqı da alman faşistləri üzərində qələbəni təntənə ilə qeyd etdi. 



İndi, müharibənin vurduğu ağır yaraları sağaltmaq, viran olmuş, darmadağın 

edilmiş təsərrüfat sahələrini, kənd və şəhərləri bərpa etmək nə qədər lazım 

idis

ə,  incəsənət  sahəsindəki  bir  sıra  təxirə  salınmış  tədbirləri  həyata 



keçirm

ək eyni dərəcədə vacib idi. 

Az

ərbaycan  mədəniyyəti  qarşısında  ən  ümdə  məsələ  kimi  dahi 



Az

ərbaycan şairi, dünya poeziyasını öz nadir inciləri ilə bəzəmiş dahi söz 

s

ərrafı  Nizami  Gəncəvinin  800  illik  yubileyinin  keçirilməsi  dururdu. 



Yubiley

ə  hazırlıq  hələ  1939-cu  ildə  başlanmış  və  incəsənətin  bütün 

sah

ələrində ölməz şairin həyatı,  yaradıcılığı mövzusu ilə bağlı demək olar 



ki, h

ər bir janrda əsər yaratmaq nəzərdə tutulmuşdu. Azərbaycan SSR Xalq 

Komissarları  Soveti  yanında  incəsənət  işləri  üzrə  idarənin  əmrinə  əsasən 

Nizamiy


ə həsr olunmuş  opera və balet  yaradılması üzrə bağlı müsabiqədə 

iştirak  edəcək  bəstəkarlara,  o  cümlədən,  Üzeyir  Hacıbəyliyə  öz  librettosu 

əsasında “İsgəndərnamə”, Niyaziyə M.Rəfilinin librettosu əsasında “Xosrov 

v

ə  Şirin”,  Əfrasiyab  Bədəlbəyliyə  mövzusu  şairin  həyatından  alınmış  və 



librettosu  M

əmməd  Səid  Ordubadi  tərəfindən  yazılacaq  “Nizami” 

operalarını yaratmaq sifariş edilmişdi. 

Lakin  müharib

ənin  başlanması  ilə  əlaqədar  “Nizami”  operasının 

s

əhnəyə qoyulması ancaq 1948-ci il dekabrın 12-də mümkün oldu. Nizami 



rolunu Bülbül ifa etdi. 

Tamaşanın dirijoru müəllif özü idi. 




Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə