Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə138/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   134   135   136   137   138   139   140   141   ...   145

İbrahim Quliyev 

490 


Musiqi  Texnikumuna  v

ə  eyni  zamanda,  Azərbaycan  Dövlət  Universiteti 

Şərq fakultəsinin lisaniyyət (dilçilik) şöbəsinə daxil olur. 

Musiqi  texnikumunda 

Əfrasiyab  Bədəlbəyli  müəllim  S.L.Bretanit-

skinin  sinfind

ə  violino  ixtisası  üzrə  təhsil  alır.  İstedadlı  gənc  tez  bir 

zamanda  s

əlis  ifa  bacarığına  nail  olur  və  1925-ci  il  may  ayının  22-də 

texnikum  t

ələbələrinin qüvvəsi ilə səhnəyə qoyulmuş Üzeyir bəyin  “Arşın 

mal  alan” 

operettasını  müşayiət  edən  orkestrdə  ikinci  skripkaların 

konsertmeysteri kimi 

çıxış edir.  

Texnikumda  t

ədris  olunan  fənlər  sırasında  Ə.Bədəlbəyli  Üzeyir 

Hacıbəylinin  apardığı  “Musiqi  nəzəriyyəsi”  dərsinə  xüsusi  diqqət  yetirir. 

T

ələbkar, diqqətli və uzaqgörən müəllim olan Üzeyir bəy gözəl anlayırdı ki, 



milli musiqi 

kadrlarının yetişməsi məsələsini vaxtında həll etmədən təşkil 

olunmuş musiqi-tədris prosesi lazımi nəticələr verməz. Görkəmli bəstəkar 

az

ərbaycanlı yetirmələrinə xalq musiqisinin tarixi, məqamların, muğamların 



quruluşu  haqqında  bilik  verməklə  yanaşı,  şagirdin  eşitmə  qabiliyyətini  

inkişaf  etdirən  məşğələlər  aparır,  musiqi  imlaları   yazdırırdı. Adətən  o,  

imlalarda  özünün  

qoşduğu  melodiyalardan  istifadə  edirdi. Bəzən də elə 

olurdu  ki,  bu  kiçik  melodiyalar  g

ələcəkdə hər-hansısa böyük əsərin musiqi 

parçalarından  birinə  çevrilirdi.  Belə  imlalardan  biri  -  “Allahdan  buyruq, 

ağzıma  quyruq,  quyruq”  sözlərinə  aid  elə  dərsdəcə  bəstələnmiş  melodiya, 

sonradan “

Koroğlu” operasının üçüncü pərdəsində “Çənlibel ölkəm, hər yeri 

möhk

əm, möhkəm” xorunun əsasını təşkil etmişdir. 



Ə.Bədəlbəylinin  universitetdəki  tələbəlik  həyatı  da  çox  rəngarəng 

keçirdi. O, burada t

əşkil olunmuş teatr dərnəyində yaxından iştirak edir, bir 

neç


ə dram tamaşasında, o cümlədən Hüseyn Cavidin “İblis” faciəsində İblis 

rolunu  ifa  ed

ərək  istedadı  ilə  tələbə  yoldaşları  və  müəllimlərinin  rəğbətini 

qazanmışdır.  

 Universitet 

yoldaşları  arasında  Əfrasiyab  Bədəlbəyli  xüsusilə  Cəfər 

Cabbarlı  ilə  yaxınlıq  edirdi.  Dramaturqun  yaradıcılığı,  onun  nüfuzu 

Ə.Bədəlbəylinin  musiqiçi və incəsənət xadimi kimi formalaşmasına güclü 

t

əsir göstərmişdir. 



M

əhz C.Cabbarlı Əfrasiyabı musiqi yazmağa ruhlandırmışdır. “Cəfər 

Cabbarlının mənə  aşıladığı həvəs öz qüvvəmə inam hissini artırdı və mən 

“Od  g


əlini”  pyesinin  ilk  quruluşu  üçün  musiqi  bəstələdim.  “Od  gəlini” 


Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

491 


pyesind

ə musiqinin nə qədər mühüm yer tutduğunu nəzərə alsaq, bir müəllif 

olaraq,  C

əfərin mənə, ömründə hələ heç bir musiqi əsəri yaratmamış gənc 

bir musiqi h

əvəskarına göstərdiyi böyük etimad əsl xeyirxahlıq duyğusunun 

n

əticəsi idi”.  



1928-ci  il  fevral 

ayının 15-də, “Od gəlini” əsərinin premyerasına bir 

gün 

qalmış,  Cəfər  Cabbarlı,  əsərin  musiqisini  bəstələmiş  və  birinci  dəfə 



olaraq dirijor kimi orkestr

ə rəhbərlik edəcək Əfrasiyaba bu münasibətlə bir 

h

ədiyyə vermək arzusuna düşür. Çox axtarışdan sonra görkəmli dramaturq, 



n

əhayət,  fil  sümüyündən  düzəldilmiş  dirijor  çubuğunu  alır  və  bəstəkara 

bağışlayır. Əfrasiyab Bədəlbəyli ilk dirijorluğunu həmin çubuqla edir. 

“Od g


əlini” musiqisinin müvəffəqiyyətinə sevinən C.Cabbarlı bundan 

sonra 


yazdığı  “Sevil”  pyesinə  də  musiqi  bəstələməyi  Əfrasiyab 

B

ədəlbəyliyə tapşırır.  



1928-ci  il  yanvar 

ayının  1-dən  Əfrasiyab  Bədəlbəyli  “Kommunist” 

q

əzetində  tərcüməçi  vəzifəsində  çalışmağa  başlayır.  Bunun  da  səbəbkarı 



C.

Cabbarlı olur. 

O  zaman  “Kommunist”d

ə  dörd  tərcüməçi  işləyirdi.  Bunlardan  biri 

C.

Cabbarlı idi. Əfrasiyab Bədəlbəyli özü bu barədə belə yazır: “Mənim işə 



q

əbul  edilməyimin  əsas  səbəbi  bu  idi  ki,  tərcüməçilərdən  biri  gündüz 

t

ərcümələrindən axşam (daha doğrusu, gecə) tərcümələrinə köçürülməli idi. 



Bu  t

ərcüməçi  gecə  alınan  materialları...  mətbəədəcə  tərcümə  edib  birbaşa 

mür

əttibə  verməli  idi.  Təbiidir  ki,  belə  bir  iş  üçün  çox  tələbkar  və  eyni 



zamanda m

əsuliyyətli tərcüməçi tələb olunurdu. 

- C

əfər Cabbarlı! Doğrudan da onun tərcümələri olduqca dəqiq, ifadəli 



v

ə  o  qədər  gözəl  idi  ki,  yazısının  redaktor  və  ya  məsul  katib  tərəfindən 

redakt

ə edilməsinə heç bir ehtiyac qalmırdı. 



Bel

əliklə, məni də redaksiyaya (müəyyən dərəcədə öz yerinə) təqdim 

ed

ən C.Cabbarlı oldu”. 



 1928-ci ilin  ax

ırları, 1929-cu ilin əvvəllərində  dövlət  idarəçiliyi 

aparatında özlərinə “yuva qurmuş” bir qrup “yenilikçi” Azərbaycan klassik 

musiqi al

əti olan tarı  ləğv etmək,  onu  köhnəlik  əlaməti  sayaraq  muzeyə 

gönd


ərmək,  konservatoriyanın  tədris  proqramından  çıxarmaq  və  sair  belə 

m

ənasız təkliflər ilə yeni bir kompaniyaya başlayır.  




İbrahim Quliyev 

492 


Artıq bir jurnalist və musiqiçi kimi püxtələşmiş və cəmiyyətdə özünə 

gör


ə müəyyən  yer tutan Əfrasiyab Bədəlbəyli bu cərəyandan kənarda qala 

bilm


əzdi. Məntiqdən uzaq olan  fikirlərə etiraz səsini ucaldan sənətkar tar 

kimi  milli  musiqi  al

ətinin ləğv olunmasının xalq üçün, onun incəsənətinin 

keçmişi  və  xüsusən  də  gələcəyi  üçün  böyük  faciə  olduğunu  aydın  görən 

Əfrasiyab Bədəlbəyli dövlət məmurlarına  cavab  olaraq, bu dəfə  “Tar 

üz

ərində  mühakimə  münasibətilə”  başlığı  altında məqalə  çap etdirir. 

B

ədəlbəyli tarın MİLLİ musiqi aləti olduğunu, məktəblərdə tar dərslərinin 



keçirilm

əsinin vacibliyini qeyd edir, tarın tərəqqi yolunu kəsməməyi

əksinə, onu Azərbaycan milli musiqi alətləri nümayəndəsi sifəti ilə 

beyn


əlxalq musiqi alətləri ailəsinə daxil etməyə çalışmağı məsləhət görür. 

Bu  mövzuya  toxunan  v

ə  eyni  zamanda  opera  teatrının  işində 

islahatların  keçirilməsinə  həsr  olunmuş  daha  bir  geniş  məqalə  “Türk 



operası  yeni  mövsüm  qarşısında”  sərlövhəli  məqalə  idi.  Bu  çıxışında 

Əfrasiyab Bədəlbəyli köhnə türk operalarını mütləq yeni quruluşda (səhnə 



t

ərtibatı, əlbəsələr, butaforiya, rekvizit, qrim və sairə) vermək, türk opera 

artisti  hey

ətinin  mütləq  konservatoriyada  oxumaları,  opera  teatrosu 

yanında  türk  opera  studiyası  açmaqla  türk  operası  üçün  türklərdən  və 

türk 

qadınlarından çoxsəsli xor təşkil etmək, not materiallarını düzgün bir 

hala  salmaq, 

Hacıbəyli  yoldaş  tərəfindən  operalar  üçün  yeni  yazılmış 

musiqi 

parçalarını operaya daxil etmək, türk opera tamaşaçılarını Avropa 

musiqisi  il

ə  tanış  etmək  məqsədilə  Avropa  operalarından  ayrı-ayrı 

s

əhnələri tərcümə edərək konservatoriyada oxuyan türk opera artistlərinin 

iştirakilə  səhnəyə  qoymaq  kimi  təxirəsalınmaz  və  həyati  problemlərə 

diqq


əti cəlb edirdi. 

1930-cu  il  may 

ayının  15-də  Əfrasiyab  Bədəlbəyli  türk  operalarına 

dirijorluq etm

ək üçün M.F.Axundov adına Dövlət Böyük teatrına işə qəbul 

olunur. 


Bütün  bunlarla 

yanaşı,  Ə.Bədəlbəyli, ürək dostu C.Cabbarlı və Türk 

b

ədaye (indiki Milli Dram Teatrı – İ.Q.) teatrı kollektivi ilə də sıx əlaqəni 



k

əsmir,  teatrda  musiqi  hissəsi  rəhbəri,  bəstəkar  və  dirijor  vəzifələrində 

çalışaraq,  səhnə  əsərlərinə  musiqi  yazmağı  da  davam  etdirir. 1931-ci  ildə 

b

əstəkar C.Cabbarlının “Almaz”, daha sonra isə “1905-ci ildə” və “Yaşar” 



pyesl

ərinə musiqi bəstələyir.  




Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə