Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə140/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   137   138   139   140   141   142   143   144   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

495 


1938-ci  ild

ə  Leninqraddakı  təhsilini  müvəffəqiyyətlə  başa  çatdıran 

Əfrasiyab Bədəlbəyli vətənə qayıdır və Azərbaycan musiqi mədəniyyətinin 

inkişafının ən fəal iştirakçılarından biri olur. 

M

əhz  Leninqraddakı  təhsil  zamanı  Əfrasiyab  Bədəlbəylinin 



arzularında ilk milli Azərbaycan baleti yaratmaq kimi cəsarətli təşəbbüs baş 

qaldırır.  Lakin  respublikada  bu  sahədə  əvvəlki  təcrübələrin  olmaması 

üzünd

ən  bəstəkar,  təhsil  tətilləri  zamanı  Azərbaycanın  rayonlarına 



ekspedisiyalara  ged

ərək,  orada xalq rəqs nümunələrini toplayır və öyrənir. 

Ekspedisiyalardan 

qayıdandan sonra o, əldə etdiyi materialları araşdırır və 

g

ələcək  baletin  rüşeyimi  olan  kiçik-kiçik  epizodları,  səhnələri  nota  salır. 



Əfrasiyab Bədəlbəyli əsərin adını da müəyyən edir - “Qız qalası”. 

B

əstələnmiş  musiqi  parçalarını  müəllif,  birinci  növbədə,  Leninqrad-



dakı  müəllimlərinə  göstərir  və  onların  dəyərli  məsləhətlərinə,  tənqidlərinə 

diqq


ətlə  yanaşaraq  lazım  olan  dəyişikliklər  edir.  Üçüncü  kursda  oxuduğu 

zaman o, baletd

ən bəzi hissələri bəstəkarlıq şöbəsinin konsertində ifa edir və 

əllim-professor  heyətindən  belə  bir  xasiyyətnamə  alır:  “Yoldaş 



B

ədəlbəyli Ə. oxuduğu müddət ərzində böyük müvəffəqiyyətlər qazanmış-

dır...  Leninqrad  Dövlət  Konservatoriyası  bəstəkar-professorlarının  rəyinə 

əsasən  onun  türk  xalq  folkloru  əsasında  yazdığı  “Qız  qalası”  baletindən 

parçalar 

maraqlı, emosional cəhətcə zəngin və texniki cəhətcə səlis əsərdir. 

İnstrumentovka fənnindən zaçotda aldığı əla qiymət və həmçinin “Qız 

qalası” baletinin ayrı-ayrı nömrələrinin partiturası yoldaş Bədəlbəylinin əsl 

orkestr  s

əslənməsinə  nail  olmaq  üçün  müəyyən  bacarığa  malik  olduğunu 

göst

ərir”. 


Amma,  “

Qız  qalası”nı  səhnəyə  qoymamışdan  əvvəl  bəstəkar,  sanki 

tam  h

əcmli  əsərə  bir  körpü  kimi,  qardaşı  Turqud  Bədəlbəylinin  librettosu 



əsasında uşaqlar üçün birpərdəli “Tərlan” balet-nağılını bəstələyir. Əsəri, 24 

iyun  1939-cu  ild

ə  Bakı  xoreoqrafiya  məktəbinin  ilk  tələbə  buraxılışı  ilə 

əlaqədar təşkil olunmuş konsertdə, məktəbin şagirdləri ifa edir. 

18  aprel 1940-

cı il. Bu gün, Azərbaycan musiqi mədəniyyəti tarixinə 

milli balet s

ənətinin təməl daşının qoyulduğu gün kimi daxil oldu. Əfrasiyab 

B

ədəlbəylinin  “Qız  qalası”  baletinin  premyerası  M.F.Axundov  adına 



Az

ərbaycan  Dövlət  opera  və  balet  teatrının  səhnəsində  işıq  üzü  görür. 

Gülyanaq  rolunu  Q

əmər  xanım  Almaszadə,  Polad  rolunu  Konstantin 




İbrahim Quliyev 

496 


Bataşov, Xan rolunu Aleksandr Urvantsev ifa etdilər. Dirijor pultu arxasında 

is

ə bəstəkar özü dayanır. 



Az

ərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin  1940-cı  il  23  aprel 

tarixli  f

ərmanı  ilə  Əfrasiyab  Bədəlbəyliyə  “İncəsənət  sahəsində  görkəmli 

f

əaliyyətinə  görə”  Respublikanın  “Əməkdar  incəsənət  xadimi”  fəxri  adı 



verildi. 

1941-ci il iyun 

ayının 22-də alman faşistləri Sovet İttifaqının ərazisinə 

soxuldular. Böyük V

ətən müharibəsi başlandı. 

Müharib


ənin  ilk  günlərindən  ayağa  qalxan  xalq  fiziki  və  mənəvi 

gücünü s


əfərbər edib, bunları düşmən üzərində qələbə çalmağa yönəltdi. O 

günl


əri  yad  edən  Dmitri  Şostakoviç  yazırdı:  “...Mən,  müharibə  dövrünün 

ağırlığı  və  məhrumiyyətlərinə  baxmayaraq,  cəmiyyətimizin  mənəvi 

h

əyatının  necə  dolğun,  maraqlı  olduğuna  hər  dəfə  heyrətlənirəm.  Onun 



bünövr

əsini yüksək əxlaq və humanizm təşkil edirdi... Mənə elə gəlir ki, heç 

bir  milli  m

ədəniyyətdə  müharibə  bədii  yaradıcılığın  bu  dərəcədə  nəhəng 

yüks

əlişini yaratmamışdır”. 



Xalqımızın başqa nümayəndələri kimi musiqi incəsənəti xadimləri də 

h

əyatın  nəbzini  düzgün  duyur,  öz  yaradıcılıqları  ilə  xalq  arasında  ruh 



yüks

əkliyi yaradır, qələbəyə inamı möhkəmlədirdilər. 

Üzeyir 

Hacıbəylinin  rəhbərlik  etdiyi  Azərbaycan  Bəstəkarlar  İttifaqı 



öz  v

ətənpərvərlik  borcuna  əməl  edərək,  bütün  təşkilatı-yaradıcılıq  işini 

müharib

ə şəraitinə uyğunlaşdırmışdı. Təkcə müharibənin ilk beş ayı ərzində 



respublikanın  bəstəkarları  tərəfindən  müxtəlif  janrlarda,  aktual  mövzuya 

h

əsr olunmuş altmışdan çox əsər bəstələnmişdi. 



Bu  b

əstəkarlar  arasında  şübhəsiz,  Əfrasiyab  Bədəlbəyli  də  öz 

f

əaliyyəti  ilə  seçilirdi.  Həyat  hadisələrinə  biganə  qalmayan  sənətkarın 



b

əstəkar  dostu  B.Zeydmanla  birlikdə  yazdığı  bir  pərdəli  “Xalq  qəzəbi” 

operası  (libretto  müəllifləri  İ.Oratovski  və  Ə.Məmmədxanlı)  almanların 

xainc


əsinə  basqınına  qarşı  ilk  əks-sədalardan  biri  oldu. 1941-ci  ilin 

payızında,  Opera  və  balet  teatrının  səhnəsində  tamaşaya  qoyulmuş  əsərdə 

q

əsbkarlara  qarşı  qəzəb  hissi,  xalqın  qəhrəmanlığının  musiqi  təcəssümü 



nümayiş etdirildi. 

Ə.Bədəlbəyli bu dövrdə nəinki musiqiçilər, eləcə də şair və yazıçılar 

il

ə  sıx  yaradıcılıq  əlaqələri  yaratmışdı.  Bunlar  arasında  Azərbaycanın 




Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə