Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə143/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   137   138   139   140   141   142   143   144   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

501 


Xüsusil

ə  qeyd  etmək  lazımdır  ki,  Əfrsiyab  Bədəlbəylinin  bu  əsəri  keçmiş 

SSRİ  ərazisində  belə  məzmunlu  kitabçaların  (D.Şostakoviçin  “Знать  и 

любить музыку” (“Musiqini öyrənmək və sevmək”, 1958-ci il) və İ.Rıjki-

nin  



Назначение  музыки  и  ее  возможности”  (“Musiqinin təyinatı  və 

onun  inkanları”,  1962-ci  il)  broşuraları)  ilk  nümunəsi  idi.  Bu  faktın  özü 

s

ənətkarın novatorluğunu bir daha parlaq şəkildə nümayiş etdirmişdir. 



Az

ərbaycanın  görkəmli  sənətkarları  ilə  yaxın  ünsiyyətdə  olan 

Əfrasiyab  Bədəlbəyli,  onlar  barədə  tez-tez  mətbuat  səhifələrində  çıxış 

etm


əklə  yanaşı,  bu  incəsənət  xadimləri  haqqında  daha  dolğun,  daha  geniş 

m

əlumat  verməyi  vacib  sayırdı.  Məhz  buna  görə  də  o,  1955-ci  ildə  dahi 



Əsəd  oğlu  Mirzə  Sadığın  yetirməsi,  məşhur  Azərbaycan  tarzəni  Qurban 

Primov 


haqqında monoqrafiya  yazır. Kitabçada müəllif, Qurban Primovun 

h

əyatında  baş  vermiş  hadisələr  bərədə  maraqlı  məlumatlar  verir,  görkəmli 



ifaçının yaradıcılığı, milli musiqi sənətimizin inkişafı, xüsusən də opera və 

xalq musiqisi sah

əsindəki fəaliyyəti haqqında geniş söhbət açır. 

O  dövrd


ə  Azərbaycanda  musiqi  terminləri  ancaq  rus  və  ya  başqa 

əcnəbi  dillərdə  işlədilirdi.  Doğma  dilə  böyük  hörmətlə  yanaşan,  eyni 

zamanda 

xalqın  maariflənməsini  daim  diqqət  mərkəzində  saxlayan 

Əfrasiyab Bədəlbəyli 1956-cı ildə “Musiqi terminləri lüğəti” kitabçasını çap 

etdirm


əklə  azərbaycandilli  əhalinin  musiqi  terminlərini  daha  aydın 

anlamağa və Azərbaycan dilinin daha da zənginləşməsinə şərait yaratdı. 

1957-ci  ild

ə Əfrasiyab  Bədəlbəyli qələminin  yeni nümunəsi işıq üzü 

görür. 

Uşaqların  sevimlisi,  taxta  adamcığaz  balaca  Buratino  Azərbaycan 



s

əhnəsinə  gəlir.  Bəstəkar  Boris  Zeydmanın  “Qızıl  açar”  baletinin  libretto 

əllifi olan Əfrasiyab Bədəlbəyli, A.Tolstoyun eyni adlı məşhur nağılının 



əsas  süjet  xəttini  saxlamaqla  onu  balet  sənətinin  özünəməxsus  dilinə 

m

əharətlə  keçirir.  Sənətkar,  əsərdə  dostluq  və  sədaqət,  cəsarət  və  səadət 



uğrunda  inadlı  mübarizə  kimi  müsbət  keyfiyyətləri  təsvir  etməklə  yanaşı, 

bunları  şər,  paxıllıq,  köləlik,  istismar  kimi  mənfi  keyfiyyətlərə  qarşı 

bacarıqla qoyur. 

1958-ci  ilin 

axırları, 1959-cu  ilin  əvvəllərində  Azərbaycan  incəsənət 

xadiml


əri  əlamətdar  hadisəyə  -  Moskvada  keçiriləcək  ongünlüyə  ciddi 

hazırlaşmağa  başladılar.  Yazıçılar,  bəstəkarlar,  rəssamlar,  teatr  və  kino 

xadiml

əri coşğun həvəs və ruh yüksəkliyi ilə xalqımızın həyatında mühüm 




İbrahim Quliyev 

502 


rol  oynayan,  onu 

tanıtdıran,  qiymətləndirən,  şöhrətə  çatdıran  amillərdən 

birinin - m

ədəni irsinin baxışına çox böyük əhəmiyyət verirdilər. Ongünlük 

zamanı  respublikamızın  demək  olar  ki,  bütün  teatr-konsert  təşkilatları, 

xüsusil


ə  də  Opera  və  balet  teatrı  Moskva  tamaşaçıları  qarşısında  çıxış 

ed

əcəkdi. Birinci dekadadan sonra keçən iyirmi ildən artıq müddət ərzində 



opera  v

ə  balet  teatrının  repertuarı  daha  da  zəngin  və  rəngarəng  olmuş, 

burada 

istedadlı solistlər yetişmişdi. Ömrünün böyük bir hissəsini bu teatrın 



inkişafına  həsr  etmiş  dirijorlardan  Əfrasiyab  Bədəlbəyli,  Əşrəf  Həsənov, 

rejissor  Soltan 

Dadaşov, aktyorlardan Bülbül, Şövkət xanım Məmmədova, 

Hüseynağa  Hacıbababəyov,  Qəmər  xanım  Almaszadə,  Həqiqət  xanım 

Rzayeva, 

Ağababa Bünyatzadə, İdris Ağalarov, tarzən Qurban Primov kimi 

görk

əmli sənətkarlarla yanaşı, teatrda tamaşaya qoyulmuş əsərlərdə bir çox 



ç

ətin  və  mürəkkəb  rolları  məharətlə  ifa  edən  gənc  aktyorlardan  Firəngiz 

xanım  Əhmədova,  Leyla  xanım  Vəkilova,  Rübabə  xanım  Muradova, 

Maqsud  M

əmmədov,  habelə  dirijor  Kamal  Abdullayev  və  başqalarının 

yaradıcılıq  müvəffəqiyyətləri  milli  musiqi  mədəniyyətimizin  yüksəlişinə 

parlaq nümun

ə idi. 


Teatr  Moskva  s

əhnələrində  üç  opera  və  üç  balet  əsəri  göstərməyə 

hazırlaşırdı.  “Koroğlu”  istisna  edilməklə  ongünlüyün  repertuarında  olan 

tamaşalardan  beşi  son  iyirmi  ilin  məhsulu  idi. 1938-ci  ildə  bir  balet  əsəri 

bel

ə  göstərə  bilməyən  teatr,  indi  artıq  Ə.Bədəlbəylinin  “Qız  qalası”, 



Q.Qarayevin  “Yeddi  göz

əl”  və  S.Hacıbəyovun  “Gülşən”  baletlərini 

tamaşaçıların mühakiməsinə təqdim edirdi. 

Əfrasiyab Bədəlbəyli və teatrın bütün yaradıcı kollektivi Moskvadakı 

çıxışların müvəffəqiyyətlə keçməsi üçün gərgin əmək sərf edərək həqiqətən 

d

ə  gözəl  tamaşa  hazırladılar.  Müəllif  1940-cı  ildə  tamaşaya  qoyulmuş 



baletin  üz

ərində  yenidən  işləmiş  və  məxsus  bu  dekada  üçün  əsərin  ikinci 

redaksiyasını hazırlamışdı. Dekada iştirakçıları, qonaqlar, tamaşaçılar “Qız 

qalası”ndan  böyük  zövq  aldılar. 1959-cu  il  may  ayının  24-ü  və  29-u 

göst

ərilən  əsər  anşlaq  ilə  keçdi  və  musiqisevərlər  tərəfindən  yüksək 



qiym

ətləndirilərək  geniş  əks-səda  doğurdu.  Məşhur  balet  rəqqasəsi 

O.V.

Lepeşinskaya  yazırdı:  “Bu  günlərdə,  Moskvada,  Böyük  teatrın 



s

əhnəsində biz üç baletə tamaşa etdik. Mənim fikrimcə, bu üç əsər arasında 

ən müvəffəqiyyətlisi Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletidir”. 



Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə