Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə137/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   133   134   135   136   137   138   139   140   ...   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

487 


edirdil

ər və bəzən elə olurdu ki, Məcnun rolunda Bədəlbəy, Leyli rolunda 

is

ə onun doğma qardaşı Əhməd Bədəlbəyli - Ağdamski çıxış edirdi. 



Əfrasiyab Bədəlbəylinin anası, məşhur Şah Qacar nəslinin təmsilçisi 

R

əhimə  xanım  da  dövrünün  bilikli  qadınlarından  biri  idi.  Ərəb və  fars 



dill

ərini mükəmməl bilən,  uşaq  yaşlarında  Azərbaycanın  görkəmli  şairəsi 

Xurşid Banu Natəvan ilə ünsiyyətdə olan Rəhimə xanım, xan qızının təşkil 

etdiyi  şeir  və  musiqi məclislərində  tez-tez iştirak  edər,  şifahi  xalq 

ədəbiyyatından,  klassik  şairlərin  əsərlərindən  parçalar  oxuyardı.  O, 

ümumiyy


ətlə  incəsənətin bu sahəsini çox sevir və  dərindən bilirdi. Bəzən 

özü d


ə kiçik şeirlər yazar, nağıl qoşar, bunları uşaqlarına, sonralar isə nəvə-

l

ərinə söyləməyi xoşlardı. Maraqlıdır ki, dramaturq Cəfər Cabbarlı, bəstəkar 



Fikr

ət  Əmirov,  Ramiz  Mustafayev  və  Azərbaycanın  başqa  incəsənət 

xadiml

əri Rəhimə xanımın mükəmməl hafizəsinə həkk olunmuş şeir, folklor 



nümun

ələrini dinləmiş, öz yaradıcılıqlarında bunlardan istifadə etmişlər. 

B

ədəlbəylilər ailəsi qonaqpərvər, dostsevər ailə  idi. Bir çox ədiblər



jurnalistl

ər, bəstəkarlar, aktyor və  müğənnilər bu ailənin  qapısını  böyük 

h

əvəslə açırdılar.  



Əfrasiyab Bədəlbəyli belə bir ailədə böyüyüb tərbiyə almışdı. Uşaqlıq 

çağlarından  görkəmli incəsənət xadimləri ilə  əhatə  olunmuş  Əfrasiyab 

xüsusil

ə, musiqi incəsənətinə bütün varlığı ilə bağlanmış, kiçik yaşlarından 



musiqi qabiliyy

ətini büruzə verməyə başlamışdır. 

H

ərçənd  əvvəl-əvvəl, Bədəlbəy  oğlunu  heç  də  musiqiçi görmək 



fikrind

ə  deyildi. O  belə  hesab  edirdi  ki,  “musiqiçinin  bir  parça  çörəyi  ola 

bilm

əz”. Onun belə düşünməyə haqqı var idi. Çünki o dövrdə musiqiçilər 



h

əqiqətən çox acınacaqlı həyat sürürdülər.  

Buna  baxmayaraq,  balaca 

Əfrasiyab beş yaşında ikən özü, köməksiz, 

tar 

çalmağı  öyrənir.  Oğlunun  belə  bir  istedad  sahibi  olduğunu  görən 



B

ədəlbəy onun musiqi ilə məşğul olmasına maneəçilik törətmir, əksinə, bu 

sah

ədə ona fəal köməklik göstərir. 



1912-ci ild

ə Ə.Bədəlbəyli 6-cı rus-müsəlman məktəbinə daxil olur və 

1916-

cı ildə, tədris olunan bütün fənlərdən “əla” qiymətlərlə məktəbi bitirir. 



1917-1924-cü  ill

ər  ərzində  o,  Bakıdakı  1-ci  realnı  məktəbində  təhsil 

alır.  Məktəbdə  50-yə  yaxın  sinif  vardı.  Bunlardan  yalnız  birində  bütün 

d

ərslər  Azərbaycan  dilində  keçirilirdi.  Bu  sinfin  mürəbbisi  (sinif  rəhbəri) 




İbrahim Quliyev 

488 


Abdulla 

Şaiq  idi.  Təhsilə, 

biliy

ə  böyük  səy  və  diq-



q

ətlə  yanaşan  Ə.Bədəl-

b

əyli  görkəmli  ədibin 



d

ərslərinə  xüsusi  həvəs 

göst

ərirdi. Mehriban, qay-



ğıkeş 

əllim 



olan 

Abdulla 


Şaiq şagirdlərinin 

milli 


ədəbiyyatı  dərindən 

öyr


ənməklərinə,  klassik 

əsərləri,  onların  xüsusiy-

y

ətlərini,  əsasən  də,  “əruz”  və  “heca”  qaydalarını  “şair  olmasalar  da,  şair 



q

ədər  bilmələrinə”  çox  ciddi  diqqət  yetirirdi.  Ruscadan  azərbaycancaya 

t

ərcümə,  atalar  sözləri  və  ümumiyyətlə  folklor  nümunələrini  toplamaq  və 



sair  bu  kimi ev 

tapşırıqları verən ədib şagirdlərini hərtərəfli şəxsiyyət kimi 

t

ərbiyə  edirdi.  Onun  sinfinin  şagirdləri  arasında  Əfrasiyab  Bədəlbəylidən 



başqa,  sonralar  ədəbiyyatşünas  və  tənqidçi  kimi  şöhrət  qazanmış  Atababa 

Musaxanlı,  ölkəmizin  görkəmli  cərrahı  Fuad  Əfəndiyev,  akademik  Səftər 

Quliyev v

ə başqaları da vardı. 

1923-cü  ild

ən  1926-cı  ilə  kimi  Ə.Bədəlbəyli  təzəcə  təşkil  olunmuş 

Az

ərbaycan  Teatr  məktəbinin  dinləyicisi  olur  və  məktəbdə  təşkil  olunan 



s

əhnə  tamaşalarında  böyük  həvəslə  iştirak  edir.  Bu  illərdə  məktəbdə 

tanınmış müğənni Fatma xanım Muxtarova, şərqşünas professor V.Zummer 

v

ə başqaları müəllim kimi fəaliyyət göstərirdilər. Bunların arasında məşhur 



dramaturq 

Əbdürrəhim  bəy  Haqverdiyev  də  var  idi.  Ədibin  oxuduğu 

m

əruzələr,  onunla  yaxın  ünsiyyət  Əfrasiyab  Bədəlbəylini  Şərq  dillərinə, 



ədəbiyyata,  teatr  incəsənətinə  yaxından  bələd  olmağa,  ən  başlıcası  isə, 

musiqi il

ə ciddi məşğul olmağa həvəsləndirir.  

Bu dövrd


ə Bədəlbəylilər ailəsi artıq böyümüşdü. Ailədə Əfrasiyabdan 

başqa,  dörd  qardaşı  -  Şəmsi,  Davud,  Sərvər,  Turqud  və  bacısı  Məsturə 

t

ərbiyə  alırdı.  Şübhəsiz,  belə  böyük  ailəni  maddi  cəhətdən  təmin  etməkdə 



B

ədəlbəy çətinlik çəkirdi. Buna görə də, Əfrasiyab 14 yaşında ikən, böyük 

oğul  kimi  ailəsi  qarşısında  öz  məsuliyyətini  aydın  başa  düşərək,  təhsillə 

yanaşı əmək fəaliyyəti ilə də məşğul olmağa başlayır. 1921-ci ildə o, 42 №-




Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

489 


li 

əmək  məktəbində  kargüzar, 1923-cü  ildən  etibarən  isə  Pedaqoji 

texnikumda 

coğrafiya müəllimi vəzifəsində çalışır. 

XX 

əsrin  20-ci  illərində  respublikamızda  böyük  ictimai,  siyasi 



yenilikl

ər  baş  qaldırır.  Cəmiyyətdə  yeni  mədəniyyət  yaratmaq  təşəbbüsü 

musiqi  inc

əsənəti  sahəsində  özünü  daha  qabarıq  büruzə  verir,  bu  yolda 

ağıllı,  uzaqgörən  fikirlərlə  yanaşı,  bəzən  ağlasılmaz,  cəfəng  fikirlərin  də 

meydana g

əlməsinə gətirib çıxarır. 

Bel


ə  fikirlərdən  biri  opera  və  operettaların  Azərbaycan  səhnəsindən 

götürülm


əsi ilə bağlı idi. İncəsənət xadimləri, dövlət məmurları bu məsələ 

ətrafında  tez-tez  qızğın  mübahisələr,  müşavirələr  keçirir,  dövri  mətbuatda 

m

əqalələr dərc etdirirdilər. Fikir mübadiləsində, zamanın mütərəqqi baxışlı 



ziyalıları,  musiqi  xadimləri  –  Üzeyir  Hacıbəyli,  Müslüm  Maqomayev, 

görk


əmli  ədib  Məmməd  Səid  Ordubadi  və  başqaları  bu  yolda  islahatlar 

aparılmasının  vacib  olduğunu  qeyd  etməklə  yanaşı,  əski  opera  və 

operettaları  tamamilə  səhnədən  götürərək  “surətçilik  üsulu  ilə  “Avropaya 

p

əncərə  açmaq”  xülyasında  olanlarla”  qəti  razılaşmırdılar.  Bunların 



arasında,  yaradıcılıq  yoluna  təzəcə  qədəm  qoymuş, 17 yaşlı  Əfrasiyab 

B

ədəlbəyli  də  var  idi.  Onun,  “Kommunist”  qəzetində,  ideya  etibarı  ilə 



Ü.

Hacıbəyli  konsepsiyasına  əsaslanaraq  dərc  etdirdiyi  “Türk opera və 



musiqisi haqq

ında”  sərlövhəli məqaləsində  səslənən  qəti  fikir  belə  idi: 

Xalq musiqisin

ə  əsaslanan melodiyaları, həyatın nöqsanlarını, 

eyb

əcərliklərini açan süjeti və sairə bu kimi müsbət keyfiyyətləri olan əski 

opera v

ə  operettalarımızı  Azərbaycan  səhnəsindən götürmək düzgün 

deyil... 

Operalarımızın  islahatı  işində  tələsməyə  heç  bir  ehtiyac  yoxdur. 

D

üşünülmədən görülən tələm-tələsik tədbirlər yaxşı nəticə verməz. 

  G


ənc  Əfrasiyabın  dövri  mətbuatda  çap  olunmuş  ilk  məqalələri 

ictimaiyy

ət tərəfindən maraqla qarşılandı. Bu müvəffəqiyyət Ə.Bədəlbəylini  

ruhlandırdı  və  bundan  sonra  onun  imzası  qəzet  səhifələrində  tez-tez 

görünm

əyə  başladı.  Qələm  sahibi  peşəkar  jurnalist  kimi,  teatr  səhnəsində 



ged

ən  əsərlərə  resenziyalar  yazır,  məqalələrində  incəsənətin  inkişafı 

yollarına dair aktual problemlərə toxunurdu. 

Görk


əmli şəxsiyyətlərin  məsləhətləri və mükəmməl bilik əldə  etmək 

arzusu  il

ə  Əfrasiyab  Bədəlbəyli  1924-cü  ildə  Azərbaycan  Dövlət  Türk 



Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə