Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə133/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   129   130   131   132   133   134   135   136   ...   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

477 


Urm

əvi də öz not cədvəlini ud musiqi alətinin simlərini və pərdələrini 

n

əzərdə tutaraq tərtib etmişdir. Çünki bəstəkar üçün bu gün piano necədirsə, 



o  zamanlar  ud  da 

əsas  musiqi  aləti  sayılırdı.

106

  Musiqi  aliml



əri  və  o 

cüml


ədən  Urməvi  də  musiqi  sənətinin  nəzəri  məsələlərini  məhz  ud  ilə 

əlaqədar  olaraq  işləmiş,  tədqiq  etmişlər.  Çünki  ud  öz  geniş  diapazonu, 

qamma  daxilind

ə  hər  səsin  ucalığını  dəqiq  səsləndirməsi  etibarı  ilə  o 

zamankı başqa musiqi alətlərindən xeyli fərqlənirdi. Udun möhkəm surətdə 

t

əsbit  olunmuş  simləri  və  pərdələri  ilə  musiqinin  ayrı-ayrı  səslərini, 



intervalları,  məqam-kök  əlamətlərini  göstərən  tetraxord  və  pentaxordları, 

çalınan musiqinin tonallıq kökünü və sairə bunlar kimi vacib cəhətləri əyani 

sur

ətdə nümayiş etdirmək mümkün idi. 



                                                                                                                                                    

(t

əхm.995-1050) bеlə dеmişdir: “Nеvma nоt yazısı, - təmiz, sərin suyu оlan еlə bir quyuya 



b

ənzəyir ki, оnun içərisinə nə bir kəndir, nə də vеdrə sallanılmadığından hər bir üzülmüş, 

susuzluqdan taq

ətdən  düşmüş  adam  həsrətlə  nə  qədər quyunun dibindəki  suya  baхırsa-

baхsın, ağzı əfsus ki dada çatmayacaqdır”. 

106


  Böyük tacik v

ə  iran  alimi  Əbdürrəhman Cami (Nurəddin Bin-Əhməd, 1414-1492) 

külliyyatının  ikinci  hissəsini təşkil  еdən  “Risalеyi-musiqi”sində  ud musiqi alətinə  həsr 

оlunan fəslində simli musiqi alətlərdən ən şərəflisi ud sayılır. Cami оradaca udun inkişaf 

tariхindən bəhs  еdərək göstərir ki, qədimdə  ud dörd simli musiqi aləti  оlmuşdur.  Lakin 

sоnralar  həkim Farabi uda əlavə  bеşinci  sim  qоşub  həmin  simi  “hadd”  adlandırmışdır 

(Özb

əkistan  SSR  Еlmlər  Akadеmiyası  Şərqşünaslıq  İnstitutunun  əlyazmaları  fоndu, inv. 



№12331, vərəq 441 b). 

 

Şərqdə nоt yazısının tariхi mövzusunda maraqlı bir məqalə ilə çıхış еdən müasir 



özb

ək  tariхçisi  İ.R.Rəcəbоv  da  Х  əsrə  qədər  udun  dörd  simi  оlduğunu  qеyd  еdir 

(И.Раджабов. К истории нотной письменности на Востоке, Сб. “Общественные науки 

в  Узбекистане”.  Изд-во  АН  Узбекской  ССР,  №10,  1962,  Ташкент,  səh.34).  О,  bu 

müdd

əasını  “yazılı  məхəzlərə”  isnad  еdərək irəli sürdüyünü göstərdikdə,  Əbdürrəhman 



Caminin  yuхarıda  qеyd  еtdiyimiz  risaləsinin  Daşkənd  çağını  (Абдурахман  Джами, 

Трактакт о музыке, перевод с персидского А.Н.Болдырева, редакция и комментарии 

В.М.Беляева,  Издв.АН  Узбекской  ССР,  Ташкент,  1960)  nəzərdə  tutduğunu  və  о 

cüml


ədən  prоf.V.M.Bеlyayеvin  həmin  kitabdakı  məqaləsini də  “yazılı  məхəz”lərdən biri 

kimi göst

ərmiş  оlur.  Lakin  Bеlyayеv  həmin  kitabdakı  məqaləsində  (daha  dоbrusu, 

Ə.Caminin еlmi müddəalarını şərh və təfsir  еtdikdə) udun Farabiyə qədər guya dörd simli 

оlduğu haqqında Caminin mülahizəsini qеyri-dəqiq adlandırır, bu хüsusda Caminin fikri ilə 

razılaşmadığını  qеyd  еdir və  göstərir ki, hələ  əl-Kindi  vaхtında  udun  bеş  simi  оlmuşdur 

(s

əh.82).  Bеlyayеv  bu  müddəasını  hansı  mənbəyə  isnad  еdərək irəli sürdüyünü öz 



m

əqaləsində  bildirməsə  də, məlumdur ki, əl-Kindi  udun  diapazоnunu  iki  оktavaya 

çatdırmaq məqsədilə uda bеşinci sim qоşaraq tam bir “cəm ül-əzəm” əldə еtməyə müvəffəq 

оlmuşdu. 




Qeydl

ər, şərhlər və monoqrafik məlumat 

478 

Dünyanın  bir  çox  musiqi  alətləri  kimi,  ud  da  musiqinin  ümumi 



inkişafı,  ifaçılıq  sənətində  əldə  edilən  nailiyyətlər  ilə  əlaqədar  olaraq  illər 

boyu  t


əkmilləşdirilmişdir.  Udun  qolu  üzərində  bağlanmış  yeddi  pərdə 

(dastan) il

ə boş sim (mütləq) birlikdə hər simin səkkiz müxtəlif ucalıqda səs 

verm


əsini  təmin  edir.  Həm  də  yeddinci  (xinsir)  pərdənin  verdiyi  səs  ilə 

sonradan 

ardıcıl  surətdə  zilə  tərəf  gələn  hər  boş  simin  səsindəki 

hündürlüyün eyni olduğunu (məhz buna görə də dahi ustad Urməvi bunları 

eyni  h

ərf  –  işarə  ilə  qeydə  alır)  nəzərdə  tutsaq,  ud  musiqi  alətində  36 



müxt

əlif yüksəklikdə səsin əldə edilə biləcəyini görərik. 

Urm

əvi  ərəb  əlifbasının  əbcəd  hərflər  tərtibinin  sırası  ilə  gələn 



işarələrdə  hər  bir  səsi  ayrı-ayrılıqda  qeydə  alır.  Əbcəd  hesabında  birinci 

h

ərfin “əlif” - bir (1) rəqəmini ifadə etdiyini və “lo” hərfinin isə 36 rəqəminə 



b

ərabər olduğunu nəzərdə tutsaq, ud musiqi alətinin hər bir səsinin müəyyən 

bir  h

ərflə  ilə  qeydə  alınmasının  mümkün  və  təbii  olduğunu  aydın  surətdə 



gör

ərik.  Urməvinin  kitabında  çəkdiyi  ud  musiqi  alətinin  səslər  düzümü 

sxemini

107


 müasir not 

yazısına köçürmək artıq çox da çətin iş deyil.

108

 

Urm



əvi  yazdığı  musiqi  parçasının  sərlövhəsində  hər  şeydən  əvvəl 

əsərin hansı muğam kökündə (təriq) və həm də nə ölçüdə (vəzndə) olduğunu 

bildirir.  H

əmin  cədvələ  baxan  ifaçı  bilir  ki,  mahnı  Nouruz  məqamında, 

ölçüsü is

ə rəməl bəhrindədir. Sonra Urməvi oxunacaq mahnıdan əvvəl udun 

çalacağı kiçik melodik parçanın melodiyasını (“əs-sövt”) verir. Ola bilsin ki, 

bu  parça  eyni  zamanda 

mahnının  ayrı-ayrı  misraları,  ya  da  bəndləri 

(kupletl


əri)  arasında  araçalğı  funksiyasını  daşımış  olsun.  Bundan  sonra 

oxunacaq 

mahnının mətni yazılır: 

Əla səbbiqum ya hakimi tərəffəqu 

V

ə min vəslikum ya-vu-mən əlayihi təsəddəqu və i.a. 



Daha  sonra  mü

əllif şeirin hər hecası (daha doğrusu bəhrin hər təfili) 

altında hərflər və rəqəmlər ilə udun pərdələrini (səsləri) göstərir. 

Urm


əvi  tabulatura-cədvəlləri  rəmzlərinin  düzgün  və  dəqiq  oxunub 

müasir  not 

yazısına  köçürülməsi  isə  çox  da  asan  deyil.  Burada  müxtəlif 

oxunuşlara təsadüf etmək mümkündür.  

                                                           

107


 

Ə.Bədəlbəyli. Nоt yazısı nеcə yaranmışdır. “Еlm və həyat jurnalı”, 1964, №7, səh.11 

108

 H

əmin məqalənin ardı: - “Еlm və həyat” jurnalı, 1964, №8, səh.19 




Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə