Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə144/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   137   138   139   140   141   142   143   144   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

503 


Moskva 

konservatoriyasının  professoru  Lev  Oborin,  görkəmli  türk 

şairi,  dramaturq  və  ictimai  xadim  Nazim  Hikmət  balet  haqqında  böyük 

t

əriflə  danışırdılar.  Nazim  Hikmət  yazırdı:  “Qız  qalası”na  baxdım. 



Valehedici, çox göz

əl baletdir. Musiqisi də gözəldir. Orkestr əladır, tamaşa 

orijinal t

ərtib olunmuşdur. Mən iki saat ərzində, Əfrasiyab Bədəlbəyli kimi 

ustad s

ənətkarın yaratdığı parlaq kitabı oxuyurdum”. 



Görk

əmli  sənətkar  dekada  zamanı  özünün  dirijorluq  məharətini  də 

nümayiş  etdirdi.  “Qız  qalası”ndan  başqa  o,  dekadanın  bağlanışı  günü, 

iyunun  2-d

ə  verilən  son  konsertdə  Minkusun  “Don  Kixot”  baletindən 

göst


ərilən  səhnəyə  və  Asəf  Zeynallının  Bülbül  tərəfindən  ifa  olunan 

“Ölk


əm”  romansına  dirijorluq  etmişdir.  Maraqlıdır  ki,  bu  son  konsertin 

t

ərtibatçısı  və  quruluşçu  rejissoru  Əfrasiyab  Bədəlbəylinin  qardaşı  Şəmsi 



B

ədəlbəyli olmuşdur. 

Burada  biz,  dekada  il

ə əlaqədar Əfrasiyab Bədəlbəyli əməyinin daha 

bir  b

əhrəsinin  –  musiqişünas-tarixçi  Qubad  Qasımovla  birgə  yazdığı 



“M.F.Axundov 

adına Azərbaycan Dövlət opera və balet teatrı” oçerkinin də 

adını  çəkməliyik.  Hər  iki  müəllif  oçerkdə,  bu  incəsənət  ocağının 

yaranmasının  ilk  günlərindən  keçdiyi  yaradıcılıq  yolunu  işıqlandırmış, 

teatrın  səhnəsində  tamaşaya  qoyulmuş  əsərlər,  görkəmli  ifaçılar  haqqında 

maraqlı məlumatlar vermişlər. 

1960-

cı ildə bəstəkarın həyatında əlamətdar hadisə baş verdi. Həmin 



il, may 

ayının 24-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı 

il

ə  görkəmli  incəsənət  xadimi  Əfrasiyab  Bədəlbəyli  “Mədəni  quruculuq 



sah

əsində qazanılmış müvəffəqiyyətlərə  görə”  Azərbaycanın  “Xalq artisti” 

f

əxri adına layiq görüldü. 



Altmışıncı  ilin  əvvəlində  incəsənət  xadimləri,  musiqişünaslar  opera 

s

ənəti  sahəsində  durğunluğun  olmasını,  bu  mürəkkəb  janra  bəstəkarların 



etinasız  münasibətini  qeyd  edir,  onların  musiqi  yaradıcılığının  başqa 

növl


ərinə daha çox meyl etdiklərini göstərirdilər. 

Opera 


yaradıcılığında mövzu seçmək məsələsi, xüsusilə ciddi tənqidə 

m

əruz  qalmışdı.  Məsələn,  musiqişünas  Rəna  Fərhadova  yazırdı:  “Açıq 



dey

ək ki, çox vaxt bəstəkarlarımızın seçdikləri mövzu və süjetlər bizi qane 

etmir.  B

əstəkarlar  bəzən  tapdanmış  yol  ilə  gedir,  tamaşaçılar  və  yaxud 

oxucular üçün çoxdan m

əlum olan əsərlərə müraciət edirlər”.  




İbrahim Quliyev 

504 


Əfrasiyab Bədəlbəyli də öz növbəsində qeyd edirdi ki, “müasir opera 

dedikd


ə dinləyici istəyir ki, tamaşa etdiyi əsərdə, hər şeydən əvvəl, zamanın 

qabaqcıl  ideyaları  bədii  surətdə  tərənnüm  edilsin.  Dinləyici  gözləyir  ki, 

adamların mənalı həyatı, güzəranı, arzusu, sevinci... müasir opera əsərində 

parlaq  boyalarla  s

əslənsin”.  O,  eyni  zamanda  balet  sənətini  də  gözdən 

qoymur, b

əstəkarların bu janra ciddi fikir vermələrini tələb edirdi. Və sanki 

dediyi sözl

ərə bir sübut, həmkarlarına isə bir örnək kimi görkəmli sənətkar, 

1965-ci  ild

ə  Qəmər  Almaszadə  ilə  birlikdə,  S.S.Axundovun  eyni  adlı 

povesti 


əsasında  bəstəkar  Əşrəf  Abbasovun  “Qaraca  qız”  baletinə,  daha 

sonra, 1968-ci ild

ə qardaşı Turqud ilə birlikdə C.Cabbarlının eyni adlı pyesi 

əsasında Ramiz Mustafayevin bəstələdiyi “Aydın” operasına librettolar yazır. 

1962-ci  ild

ə opera və balet teatrı, hər il olduğu kimi, qastrol səfərinə 

hazırlıq görürdü.  Bu dəfəki qastrolların ünvanı  Gürcüstan respublikası idi. 

Teatr  müdiriyy

əti  və  bədii  rəhbərliyi  qastrol  tamaşaları  repertuarını 

müzakir


ə etdikdə “Koroğlu” ilə yanaşı gürcü bəstəkarı Zaxari Paliaşvilinin 

“Daisi” 


operasının Azərbaycan dilində oynanılmasını qərara almış və opera 

m

ətninin tərcüməsini Əfrasiyab Bədəlbəyliyə tapşırmışdır. 



Maraqlıdır ki, “Daisi” ilə əlaqədar bəstəkarın həyatında əlamətdar bir 

hadis


ə  baş  vermişdir.  Sənətkar  özü  bu  haqda  belə  danışırdı:  “...1930-cu  il 

avqust 


ayında  Üzeyir  Hacıbəyli  ilə  görkəmli  gürcü  bəstəkarı  Zaxari 

Paliaşvili Kislovodsk parkında qol-qola gəzişirdilər. Mən bir qədər uzaqdan 

bu iki dahini izl

əyir, onların şirin söhbət etdiklərini, hərdən azacıq dayanıb 

gülüşdüklərini  seyr  edirdim.  Nəhayət,  şamlıq  dağın  ətəyində,  ağaclardan 

birinin 


altında  olan  skamyada,  kölgəlikdə  oturdular.  Mən,  özümü  dağın 

yuxarısına  yönələn  kimi  göstərərək,  onlara  salam  verib  ötmək  istədim. 

Üzeyir b

əy məni yanına çağırdı: - Bu xalam oğlunun oğludur, - deyə məni, 

böyük  gürcü  b

əstəkarına  təqdim  etdi.  Sonra  mənə  dedi:  -  Zaxari  Petroviç 

“Daisi”  sözünün  Az

ərbaycancasını  bilmək  istəyir.  Deyir  ki,  onun  Bakıda 

verdiyi simfonik konsertl

ərində “daisi” sözü bir neçə kəlmə ilə elan edilirdi. 

Nec

ə bilirsən, bu sözü bir kəlmə ilə ifadə etmək olarmı?”  



Üzeyir  b

əy  mənim  bir  neçə  il  “Kommunist”  qəzeti  redaksiyasında 

t

ərcüməçi  vəzifəsində  çalışdığımı  bilirdi.  Elə  məni  yanına  çağırmağının 



s

əbəbi  də  bundan  irəli  gəlirdi.  Lakin  mən  gürcü  sözü  “daisi”nin  mənasını 

bilmirdim.  Odur  ki,  d

ərsini  öyrənmədiyi  üçün  müəllimi  qarşısında  aciz 




Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə