Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə13/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   9   10   11   12   13   14   15   16   ...   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

43 


Bayatı–Şiraz 

– 1. Az


ərbaycan musiqisinin yeddi əsas muğamından biri; 

2. B


ərdaşt,  Mayə,  Nişibi–fəraz,  Bayatı–İsfahan,  Xavəran, Üzzal kimi 

mühüm muğam şöbələrinin məcmusundan ibarət olan bir dəstgah. Öz gözəl, 

axıcı ləhni və dərin təsir qüvvəsinə  görə musiqi  ədəbiyyatında  çox zaman 

ərusi – musiqi” (“musiqinin gəlini”) adlandırılır. 



Bid

əgani 

– 

Əbu-Əta muğamının son guşəsi. 



 

Bidad 

(h

ərf. – haqsızlıqdan şikayət) 



–  Hümayun d

əstgahında  beşinci  pillədə  ifa olunan həzin və  kədər təsirli 

guşə. 

 

B



ədr 

(h

ərf. 14 gecəlik ay, mehtab) 



– Çahargah d

əstgahının mayəsində çalınan guşə. 

 

B

əhər bayatı 

– 

aşıq musiqi – şeir yaradıcılığı formalarından biri. Bəhər bayatının məzmu-



nu m

əhsul yığımının başa çatdırılması ilə əlaqədar şənliyi vəsf edir. 

 

B

əhlul 

– musiqi m

əclisi iştirakçılarını məzəli mahnılarla əyləndirən təlxək. 

 

B

əhr 

–  musiqi v

əzninin təşəkkül  sistemi.  Əgər vəzn musiqi səslərinin zaman 

ərzində səslənmə müddəti ilə əlaqədar olan ölçüdəki qarşılıqlı nisbəti ifadə 

edirs

ə, bəhr səslərin bu hərəkət ahəngində  olan həmin bu nisbətin  meyarı 




 

Az

ərbaycan musiqi terminləri 



44 

v

əzifəsini  daşıyır  və  ölçü  normasını  təsbit və  tənzim  etmiş  olur.  Musiqi 



s

əslərinin məntiqi, həm də  mənalı  surətdə  təkrarlanması  və  növbələnməsi 

(ah

əng) üçün bəhr təşəkkülünün olması zəruridir. Ən mürəkkəb, ən qarışıq 



v

ə ən dolaşıq görünən vəzn müəyyən bəhr qəlibinə yerləşdirilə bilər.  

B

əhr, əsasən, çox vaxt müntəzəm, yəni bir qaydada olur (belə halda musiqi 



taktları  –  xanələri eyni ölçüdə, bir bərabərdə  olur), lakin qeyri-müntəzəm 

(y

əni tez-tez dəyişən belə  hallarda taktlar –  xanələr müxtəlif ölçüdə  olur) 



b

əhrlərə də tez-tez təsadüf edilir.  Sərbəst improvizasiya yolu ilə ifa olunan 

Az

ərbaycan  muğamlarının  bəhri həm olduqca mürəkkəb, həm də  tez-tez 



d

əyişəndir. 

 

B

əhr–nur 

– kl. m-d

ə: 1. Rast–Pəncgah dəstgahında Üşşaqdan sonra gələn guşə;  

2. Hümayun d

əstgahında Bayatı–Əcəm ilə Şahnaz arasında olan guşə. 

 

B



əm 

– 

1. Aşağı registr;  



2.  Aşağı  səs,  yoğun  səs,  qalın  səs (bas, 

bariton);  

3. Ud musiqi al

ətində  ən  aşağı  sim,  birinci 

sim (do

1

). 



 

B

ərbət 

(h

ərf. bər – sinə, döş + bət – ördək) 



ən qədim Azərbaycan simli musiqi aləti. 

 

B

ərdaşt 

– d


əstgahların əvvəlində, müqəddimə tərzində 

çalınan kiçik instrumental epizod. 

 

B

əsit 

– musiqi v

əznindəki bəhrlərdən biri. 

 

 

B

ərbət 



Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

45 


B

əstə-nigar 

– Çahargah d

əstgahının ilk əsas şöbələrindən biri. 

 

B



əxtiyari 

– kl. m-d

ə: Hümayun dəstgahındakı ilk guşələrdən biri. 

 

Binsir 

– 

ər. adsız barmaq. 



 

Boğaz 

– dan. xan

əndənin şəxsi yaradıcılıq məhsulu kimi onun ifaçılıq üslubuna xas 

v

ə mənsub olan ən kiçik avaz ifadələri. 



 

Bozux 

– 

aşıq vokal-instrumental formalarından biri. 



 

Böd 

– 

ər. iki səsin ucalığı (səs ehtizazının sayı, ya da səs dalğalarının uzunluğu) 



etibarı ilə bir-birinə olan nisbəti (interval). 

 

Böyük saz 

– h


əcmi etibarı ilə ən böyük saz (ana saz); bax: Saz. 

 

Bunqar 

– musiqi al

əti. 


 

Bus

əlik 

– 

1.Yaxın  Şərq  xalqları  klassik  misiqisinin  əsasını  təşkil  edən  əsas 



muğamlardan üçüncüsü; 

2. N


əva dəstgahında Hüseyni və Məsihi şöbələri arasında ifa olunan kiçik 

bir guşə;  

3.  Şur  dəstgahının  ən  son  guşələrindən biri (Mir Möhsün Nəvvab Busəlik 

sözünü Pifaqorun xadiml

ərindən  birinin  adı  ilə  əlaqələndirsə  də, heç bir 

musiqi kitabında bu ehtimal təsdiq olunmur). 




 

Az

ərbaycan musiqi terminləri 



46 

Bustan 

– kl. m-d

ə: 12 əsas muğamla yanaşı qeyd olunan qədim zərbli muğam. 

 

Bülban 

–  Orta 

əsrlərdə Yaxın Şərq ölkələrində geniş yayılmış ağac üfləmə musiqi 

al

əti. 


 

Büzürg 

(far. böyük, 

adlı-sanlı) 

– 

1.  Yaxın  Şərq  xalqları  klassik  musiqisinin  əsasını  təşkil  edən 12 



muğamdan səkkizincisi; 

2. Şur dəstgahında son şöbələrdən biri. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə