Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə9/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   5   6   7   8   9   10   11   12   ...   145

əllifdən 

28 

olduqca  konkret 



şəkildə  müəyyənləşdirmək  vəzifəsi  azəri  musiqi 

ictimaiyy

ətinin daim diqqət mərkəzində olmuşdur. 

Xüsusil


ə  Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra 

respublikamızın  musiqi  həyatında  başlanan  dirçəlmə  və  canlanma, 

Az

ərbaycan  musiqi  sənətinin  tərəqqi  və  inkişafı  üçün  hökümətin  gördüyü 



bir  çox  böyük  t

ədbirlər  cümləsində,  respublikamızın  tarixində  ilk  dəfə 

olaraq  musiqi  m

əktəbləri  üçün  yaxşı  bir  dərs  planı  tərtib  etmək,  yeni 

muğamatçı  kadrları  (istər  nəğməkar,  istərsə  də  çalğıçı)  hazırlamaq  işini 

sahmana salmaq v

əzifəsi də böyük əhəmiyyət kəsb etmişdir. 

Bu 


şərəfli  vəzifəni  layiqincə  yerinə  yetirmək  üçün  dəstgahlar 

t

ərkibinin  dəqiqləşdirilməsi  məsələsi  də  bütün  zəruriyyəti  ilə  qarşıda 



durmuşdu.  Odur  ki, 1923-cü  ildə  Bakıda,  Azərbaycan  SSR  Xalq  Maarif 

Komissarlığının  göstərişi  ilə,  Azərbaycan  musiqi  məktəbi  yanında 

muğamata  yaxşı  bələd  olan  xanəndə  və  sazəndələrdən  ibarət  “Muğamat 

komissonu”  adlanan  elmi 

şura  təşkil  olunmuşdu.  Şuranın  sədrliyi  həmin 

musiqi  m

əktəbinin müdiri Üzeyir Hacıbəyliyə tapşırılmışdı. Şuranın daimi 

üzvl


əri: Qaryağdıoğlu Cabbar

15

,  Qurban  Primov



16

Şirin Axundov



17

,  Mirz


ə 

F

ərəc Rzayev



18

, M


ənsur Mənsurov

19

, texniki katibi is



ə bu sətirlərin müəllifi 

idi. 


Şuranın  iclaslarında  arabir  (Bakıya  gəldiyi  günlərdə)  İslam 

Abdullayev

20

 d

ə iştirak edirdi. 



Əvvəllər  musiqi  məktəbində,  sonralar  isə  (1925-ci  ildən  başlayaraq) 

Az

ərbaycanı  tədqiq  və  tətəbbö  cəmiyyəti  nəzdində  yerləşən  bu  muğamat 



elmi 

şurası Azərbaycan  xalq musiqisinin (əsas etibarı ilə muğamatın) bəzi 

mühüm  n

əzəri  məsələlərini  müəyyənləşdirmək,  dəqiqləşdirmək  kimi 

əhəmiyyətli və şərəfli bir iş üzərində çalışmışdır.  

Qeyd  etm

əliyəm  ki,  bu  elmi  şuranın  iclasları  da  çox  vaxt  qızğın 

mübahis


ə  şəraitində  keçirdi.  Lakin  “Həqiqət  fikirlər  təsadüməsindən 

                                                           

15

 Bax: “Qeydl



ər, şərhlər və monoqrafik məlumat” bölməsi - 6. Cabbar Qaryağdıoğlu, 

s.401.


 

16

 Bax: “Qeydl



ər, şərhlər və monoqrafik məlumat” bölməsi - 7. Qurban Primov, s.404. 

17

 Bax: “Qeydl



ər, şərhlər və monoqrafik məlumat” bölməsi - 8. Şirin Axundov, s.407. 

18

 Bax: “Qeydl



ər, şərhlər və monoqrafik məlumat” bölməsi - 9. Mirzə Fərəc Rzayev, s.407. 

19

 Bax: “Qeydl



ər, şərhlər və monoqrafik məlumat” bölməsi - 10. Mənsur Mənsurov, s.408. 

20

 Bax: “Qeydl



ər, şərhlər və monoqrafik məlumat” bölməsi - 11. İslam Abdullayev, s.409. 


Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

29 


(

toqquşmasından)  doğar”  məsəlində  deyildiyi  kimi,  bu  münaqişələr 

n

əticəsində bir çox düzgün, dürüst və ağlabatan xülasələr əldə edilirdi. Bu 



elmi 

şura  işlərinin  səmərəli  olmasını  təmin  edən  iki  qüdrətli  amil  var  idi: 

əvvəla,  sədrlik  edən  Üzeyir  Hacıbəyli  bəhs  mövzusu  olan  iki  zidd 

müdd


əadan  hansı  birisinin  daha  düzgün  olduğunu  bir-birilə  tutuşdurub 

dürüst  mü

əyyən  edir  və  həm  də  məclisdə  başlanan  ixtilafın  ən  qızğın 

çağında,  iştirakçıların  bir  çoxundan  fərqli  olaraq,  böyük  səbir  və  hövsələ 

göst

ərirdi. Beləliklə o, mübahisəyə səbəb olan mövzunun daha düzgün həll 



edilm

əsi yolunu yaxşı təlqin edirdi.  

İkincisi,  hələ  şuranın  lap  birinci  iclasında  hamının  qəbul etdiyi bir 

q

ərardan  –  “prosedura  qaydasından”,  yəni məsələlərin müzakirəsini 



keçirm

əklə  əlaqədar olaraq, əvvəlcədən  hamı  tərəfindən bəyənilmiş  bir 

üsuldan lazımi vaxtda səmərəli istifadə  edilirdi. Bu üsul isə bundan ibarət 

idi: mübahis

əli olan müəyən bir məsələ üzrə ümumi rəy əldə edilə bilmədiyi 

v

ə  beləliklə  də  məsələ  açıq  qaldığı  hallarda,  həmin mübahisəli məsələ 



haqqında son və qəti hökm verilməsi bütün muğamatçılar arasında ən çox 

nüfuz


lu sayılan qocaman Mirzə Muxtar Məmmədova

21

 h



əvalə olunurdu. O, 

muğamat  komisyonunun  ağsaqqalı,  fəxri  münsifi  sayılırdı.  Hər bir 

mübahis

əli məsələ haqqında onun mülahizəsi heç bir etiraz qəbul etməyən 



qanun hökmünd

ə  idi. Ona göstərilən böyük hörmət və  etimad onun 

Az

ərbaycan musiqisini, xüsusilə  muğamatı  doğrudan  da  hamıdan  yaxşı 



bildiyind

ən  əmələ  gəlirdi. Bu isə  onun  atası  məşhur  ustad  Mirzə  Ağa  Əli 

Əsğər

22

  m



əktəbini vaxtilə mükəmməl surətdə ikmal edib mənimsədiyindən 

ir

əli gəlirdi. Çox yaxşı musiqi hafizəsi olan, ərəb və fars dillərində sərbəst 



danışan, oxuyub-yazan Mirzə Muxtar muğamat aləminin soltanı idi. 

İndi  bu  sətirlərin müəllifi də  həmin  elmi  şuranın  vaxtilə  muğamat 

probleml

ərinin  işlənməsi üzrə  gördüyü  işləri böyük ehtiram hissi ilə  yad 

etm

əklə  bərabər, o mötəbər musiqi məclisinin yekdilliklə  qəbul etdiyi 



mülahiz

ələri bu gün də  yüksək qiymətləndirdiyi  üçün,  lüğətdə  şərh edilən 

ayrı-ayrı  müddəanı  mətbu sənədlərlə  əsaslandıra  bilmədiyi çox nadir 

                                                           

21

 Bax: “Qeydl



ər, şərhlər və monoqrafik məlumat” bölməsi - 12. Mirzə Muxtar Məm-

m

ədov,  s. 419. 



22

 Bax: “Qeydl

ər, şərhlər və monoqrafik məlumat” bölməsi - 13. Mirzə Ağa Əli Əsğər, 

s.422.


 


Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə