Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə6/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   2   3   4   5   6   7   8   9   ...   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

21 


q

ədər qane ediləcək səviyyədə işlənilməmişdir. Buna görə də, muğamata aid 

nöqteyi-n

əzərlər üzrə bir-birinə zidd olan fikirlər, rəy ayrılığı var. Xüsusilə, 

muğamatın  sinfi  mahiyyəti  ilə  əlaqədar  məsələlər  üzrə  rəy  ayrılığı  daha 

qabarıq  şəkildə  nəzərə  çarpmaqdadır. “Bu  isə  Sovet  İttifaqı  xalqlarının 

musiqi m

ədəniyyətində muğamatın mövqeyini təyin etmək məsələsində bəzi 

fikir 

ayrılığı  və  ziddiyyət  əmələ  gətirmiş  olur.  Bütün  bu  ixtilaflar  başlıca 



olaraq  m

əsələnin  tarixi  cəhətinə  qarşı  göstərilən  saymazlıqdan  irəli  gəlir: 

muğamata bir dəfəlik və həmişəlik olaraq bu və ya başqa bir müəyyən sinfə 

m

ənsub edilmiş incəsənət kimi baxılır”. 



Muğamat – dəstgahların tərkibi, yəni a) dəstgahların hansı şöbələrdən 

ibar


ət olması; b) hər şöbənin ayrılıqda melodikası; c) bu şöbələrin ardıcılığı; 

d)  bir 


şöbədən o birisinə intiqal qaydaları; e) dəstgahların ifasında məqbul 

sayılan ifadə üsulu; i) melizm və zəngulə; f) ölçü (vəzn, bəhr) – ritm (iqa) 

b

əhsinə  dair  daha  başqa  məsələlər  və  ümumiyyətlə  muğamat  ifaçılığı  ilə 



əlaqədar olan bir çox problemlər illər boyu xanəndə və sazəndələr arasında 

qızğın mübahisələr mövzusu olmuşdur. 

Şərq xalqları musiqisinin not yazısı yoxluğundan vaxtilə dəqiq surətdə 

kağız  üzərinə  köçürülməməsi,  muğamat  ifaçılığının  sərbəst  improvizasiya 

(b

ədihəguyi)  üsuluna  geniş  yol  verməsi  haqqından  sui-istifadə  edən  bəzi 



xan

əndə və sazəndələrin sxolastik mühakimələrindən başqa bir şey olmayan 

bu  m

ənasız,  yersiz,  lakin  kəskin  höcətləşmələri,  –  Şərq  xalqları  musiqi 



s

ənətinin  inkişafı  işinə  çox  əngəllər  törətmişdir.  Bu  xüsusda  Mir  Möhsün 

N

əvvab


7

 bel


ə yazır: 

“Ğena  əhli  onu  (yəni  dəstgahları  –  Ə.B.)  müxtəlif  zikr  ediblər  və 



t

əğənni həm edirlər. Əgər onların ixtilafın bu müxtəsər resalədə zikr edək, – 

tul k

əlamə bais olar”



8

Bunun  üçün  N



əvvab  öz  kitabında  dəstgahların  tərkibini  bildiyi  və 

düşündüyü  tərzdə  (yəqin  ki  zamanının  muğamat  mütəxəssislərinin  çoxu 

t

ərəfindən qəbul edilmiş variantda) şərh etməklə məsələnin artıq həmişəlik 



olaraq  bird

əfəlik  həll  olunduğuna  ümid  bəsləyir.  Nəvvab  yazır: “Bəs  bu 

elmin 

ixtilafatı alimlərinin arasında bir az məlum oldu və artıq demək lazım 



                                                           

7

 Bax: “Qeydl



ər, şərhlər və monoqrafik məlumat” bölməsi - 5. Mir Möhsün Nəvvab, s.396. 

8

 M.M.N



əvvab.“Vüzuh-ül-ərqam”. Bakı, 1913. səh. 23. 


əllifdən 

22 

deyil”


9

.  Bununla  b

ərabər, Nəvvab dəstgahların tərtibi və dəstgah daxilində 

şöbələrin  düzgün  ardıcıllığı  vəzifəsini  nəğməkarın  “insafına”  -  öhdəsinə 

tapşırmağı  düzgün hesab edərək  əlavə  edir: “Bu  əsvatın və ləhniyyətın və 

d

əstgahın  tərtibinin  cüzi-əzəmi  moqufdur  təğənni  edənlərin  mərifətinə  ki, 



hansı  pərdədən  ibtida  eyləsin  və  hansı  pərdəyəcən  srud  eyləsin  və  hansı 

p

ərdəyə  və  hansı  ləhnə  təbdil  eyləsin  və  hansı  pərdədən  nüzül  eyləyib 



t

əsnifatə mübəddəl eyləsin”

10



Lakin N



əvvabın tərtib etdiyi dəstgahlar cədvəli özlüyündə kamil hesab 

edil


ə  bilməzdi.  Çünki  Nəvvabın  dəstgahlar  siyahısında,  məsələn,  “Şur” 

d

əstgahının  heç  “yerli-dibli”  olmaması  Nəvvabın  tərtib  etdiyi  dəstgahlar 



m

əcmusunun doğrudan da nə qədər qüsurlu olduğunu aydın göstərir. 

Muğamat  məsələləri  ilə  əlaqədar  olan  mübahisələr,  yuxarıda  qeyd 

etdiyimiz kimi, çox zaman 

isbatı çətin, dəlilsiz, mücərrəd mahiyyət daşıyan, 

h

əm  də  özlüyündə  çox  zaman  heç  də  prinsipial  olmayan  boş 



mühakim

ələrdən  başqa  bir  şey  deyildi.  Buna  görə  də,  ayrı-ayrı  hallarda 

xan

əndə və sazəndələrdən bəziləri əslində tamamilə yersiz və mənasız olan 



bu 

münaqişələrə  güya  prinsipial  bir  xarakter  verərək  bu  işdən  sui-istifadə 

etmişlər. Bu cəhətdən vaxtı ilə bəzi kütbaş sazəndələrin Azərbaycanda opera 

s

ənətinin  yaradılması kimi nəcib təşəbbüsə qarşı maneçilik törətmək qəsdi 



il

ə göstərdikləri yarıtmaz hərəkət çox səciyyəvidir. 

İlk  Azərbaycan  opera  tamaşası  “Leyli  və  Məcnun”un  orkestr 

hey


ətində  iştirak  edəcək  tarçılar  dəstəsi  tamaşanın  olduqca  ağır  şərait 

ərisində  və  çox  böyük  çətinliklər  ilə  hazırlanıb  başa  çatdırıldığını  öz 



gözl

əri  ilə  görüb  bilirdilər.  Onlar  bu  işin  canlı  şahidi  idilər.  Lakin,  buna 

baxmayaraq, 

tamaşa günü (məlum idi ki, bütün biletlər qabaqcadan satılıb 

qurtarmışdır)  gündüz,  son  məşq  zamanı,  onlar  öz  aralarında  baş  verən  bir 

mübahis


əni  bəhanə  gətirib  axşam  tamaşada  iştirak  etməkdən  boyun 

qaçırmışdılar. 

Üzeyir 

Hacıbəyli yazır: 



-  “

Yadımdadır,  nə  isə  bir  havanın  necə  çalınması  haqqında  tarçılar 

arasında qızğın mübahisə başlandı və bu münaqişə elə bir ciddi hal aldı ki, 

                                                           

9

 Yen


ə orada, səh. 24. 

10

 Yen



ə orada. 


Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə