Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə4/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   2   3   4   5   6   7   8   9   ...   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

15 


Az

ərbaycan  SSR  Elmlər  Akademiyasının  Rəyasət  Heyəti  yanında 

Terminologiya  Komit

əsinin  tapşırığı  ilə  ilk  dəfə  tərtib  etdiyim  “Musiqi 

terminl

əri  lüğəti” 1956-cı  ildə  əlyazması  hüququnda  çap  edilib,  tənqidi 



mülahiz

ələrini,  rəylərini,  təklif  və  məsləhətlərini  bilmək  üçün  əlaqədar 

t

əşkilat  və  idarələrə,  həmçinin  musiqi  terminləri  yaratmaq  işinə  maraq 



göst

ərən  və  rəğbət  bəsləyən  bəstəkar,  musiqişünas  və  elmi  işçilərə 

gönd

ərilmişdi. 



O  vaxtdan  keç

ən  müddət  ərzində  həmin  lüğət  respublikamızın 

görk

əmli  musiqi  mütəxəssislərinin  iştirakı  ilə  Üzeyir  Hacıbəyli  adına 



Az

ərbaycan  Dövlət  Konservatoriyasının  Elmi  şurasında,  Memarlıq  və 

İncəsənət  İnstitutunun  Musiqişünaslıq  bölməsində  geniş  müzakirə 

edilmişdir. Bu müzakirələr zamanı bəzi terminlərin semasioloji ifadəsi,  ya 

da  Az

ərbaycan  dilində  verilən  qarşılığı  haqqında  mübahisəli  olan  hər  bir 



söz-termin,  sonradan,  yen

ə  də  musiqi  mütəxəssislərinin  iştirakı  ilə, 

Terminologiya  komit

əsinin  iclaslarında  yenidən  ətraflı  surətdə  müzakirəyə 

qoyulub d

əqiqləşdirilmişdir. 

Musiqi  s

ənətinin  tarixinə  və  nəzəriyyəsinə  aid  Azərbaycan  dilində 

ədəbiyyatın  azlığı,  mövcud  musiqi  dərsliklərində  terminlərin  işlədil-

m

əsindəki  qarışıqlıq,  mətbuat  səhifələrində  çıxan  məqalələrdə,  radio 



verilişlərində eyni musiqi məfhumunun ifadəsindəki müxtəliflik, çap olunan 

not 


kitablarındakı  mətnin  yazılışında  formal  tərcüməçilik  halları  musiqi 

terminl


ərinin  unifikasiyası  işinin  sahmanlanmasını,  qaydaya  salınmasını 

musiqi  h

əyatımızın  və  musiqi  praktikamızın  ən  zəruri  və  təxirəsalınmaz 

v

əzifəsi kimi irəli sürür. 



“Musiqi 

lüğəti” bu yolda görülən ilk təşəbbüslərdən biridir. Müəllifin 

qarşısına  qoyduğu  vəzifəyə  görə,  bu  lüğət  hazırda  musiqi  praktikamızda 

(m

ətbuat  səhifələrində,  dərsliklərdə,  radio  və  televiziya  verilişlərində) 



işlənən  musiqi  terminlərinin  yoxlanılmış,  düzəldilmiş,  dəqiqləşdirilmiş, 

vahid  t


ərzə  salınmış  və  nəhayət  ümumiləşdirilmiş  şəklindən  və  eləcə  də 

xalqımızın  musiqi  həyatında  (musiqi  məclislərində,  musiqi  risalələrində, 

t

əzkirələrdə  və  elmi  kitablarda)  vaxtilə  istifadə  olunan  leksik  materialın 



sisteml

əşdrilmiş  külliyyatından  ibarət  olmalıdır.  Yalnız  Azərbaycan  xalq 

musiqisin

ə  xas  olan  terminlər  üzrə  verilən  qısa  məlumat  isə  yönəldici, 




əllifdən 

16 

musiqi  risal



ələrindəki  istilahları  şərh  və  təfsir  üçün  istiqamətverici  ilkin 

izahat m


əqsədini daşıyır. 

“Musiqi 


lüğəti” üç bölmədən ibarətdir. 

 

 

M

əlum olduğu üzrə, xalqımızın ən qədim dövrlərdə yaradılmış, əsrlər 



boyu böyük 

inkişaf yolu keçmiş və hazırda müasir çoxsəsli musiqi ilə yanaşı 

s

əslənməkdə davam edən zəngin musiqi mədəniyyəti vardır. 



İlk  əvvəl  xalqın  əmək  prosesində  sadə  və  olduqca  ibtidai  mahnı 

şəklində yaradılmış kiçik musiqi parçaları sonralar əməkçi xalq həyatının və 

günd

əlik  məişətin  müxtəlif  cəhətlərini  özündə  əks  etdirməyə  başlamış, 



ictimai 

quruluşun  ayrı-ayrı  şəraiti  üzrə  müxtəlif  sinfi  qollara  ayrılmış  və 

daim d

əyişən tarixi vəziyyətlə əlaqədar olaraq yeni-yeni janrlar və formalar 



k

əsb etmişdir. 

Musiqi 

xalqın ən fəal iştirakı ilə yaradılmış yüksək sənət nümunəsidir. 



Əsrlər boyu müxtəlif ictimai təbəqələrin mənəvi həyatında baş verən hər bir 

əlamətdar hadisə musiqidə öz əksini tapmışdır. 

Şirəsini  dərin  kök  saldığı  bir  torpaqdan  alan,  eyni  kök  üzərində 

p

ərvəriş  tapıb  ucalan  möhtəşəm  nəhəng  ağacın  iki  böyük  şaxəsi  kimi, 



özlüyünd

ə hər birinin bir çox qol-budağı olan aşıq yaradıcılığı ilə muğamat 

genetik  c

əhətdən  bir-biri  ilə  sıx  bağlıdır.  Məhz  bu  üzvi  təəllüqlə  əlaqədar 

olaraq 

xalqımızın  bu  zəngin  musiqi  irsini  iki  aspekt  üzrə  öyrənib  tədqiq 



etm

ək lazımdır: 

1.  Tarix.  Burada 

əsas  problem  musiqi  sənətimizin  Azərbaycan 

m

ədəniyyəti  tarixinin  müəyyən  bir  sahəsi  kimi  qiymətləndirilməsindən 



ibar

ətdir. Bunun üçün xalq musiqisinin, yəni yuxarıda qeyd etdiyimiz kimi, 

genetik  c

əhətdən bir-birinə çox yaxın  olan aşıq yaradıcılığı ilə muğamatın 

(o  cüml

ədən  təsniflər,  rənglər,  gaflar,  diringələr,  mahnılar  və  sairə)  əsas 

inkişaf dövrlərinin elmi işlənməsi və işıqlandırılması çox mühüm vəzifələr-

d

ən biridir. Bu işdə, yəqin ki, qədim musiqi risalələrindən, eləcə də Yaxın 



Şərq ölkələrində hazırda nəşr edilən musiqi tarixi nəzəriyyəsi kitablarından 

istifad


ə  edilməsi  lazım  gələcəkdir.  Müəllif,  bu  vacib  cəhəti  nəzərə  alaraq, 

köhn


ə  musiqi  kitablarında  təsadüf  edilən  (lakin  indi  artıq  musiqi 


Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

17 


praktikasında  az  işlənən)  terminləri  də  lüğətin  söz  tərkibinə  daxil  etməyi 

lazım bilmişdir. 

2.  N

əzəriyyə.  Məlum  olduğu  üzrə,  musiqimizin  inkişaf  mərhələləri 

m

əsələsi bilavasitə onun formalaşması ilə əlaqədardır. Buna görə də musiqi 



irsini öyr

ənmək işindəki ikinci əsas cəhət onun nəzəriyyəsini xüsusi surətdə 

t

ədqiq etməkdən ibarətdir. Burada isə Azərbaycan xalq musiqisinin əsasını 



t

əşkil edən məqam, kök sistemi ilə əlaqədar olan problemlərin işlənməsi ən 

vacib  v

əzifədir.  Çünki  hər  bir  xalqın  musiqi  dilini  müəyyənləşdirən  və 

b

əlliləşdirən  hər  şeydən  əvvəl  məqamlardır.  Məqam  –  musiqi  intonasiya-



sının əsasıdır. Odur ki, məqamların tərtibat cəhətini, quruluş xüsusiyyətini, 

onların  daxili  funksional  əlaqədarlığını,  eyni  zamanda  bir-birinə  olan 

rabit

ələrini,  onların  ifadə  üsullarını,  eləcə  də  musiqi  formasının 



t

əşəkkülündəki  mövqeyini  öyrənmək  musiqinin  əsas  nəzəri  tədqiqat  işinin 

ana  x

əttini  müəyyən  etmək  deməkdir.  Buna  görə  də  təsadüfi  deyil  ki, 



Az

ərbaycan  professional  musiqisinin  banisi,  böyük  alim  və  musiqişünas 

Üzeyir 

Hacıbəyli illər boyu apardığı tədqiqatın məhsulu olan “Azərbaycan 



xalq  musiqisinin 

əsasları”  kitabını  əsas  etibarı  ilə  məhz  məqam 

m

əsələlərinin  şərhinə  həsr  etmişdir.  Həm  də  təəssüflə  qeyd  etməliyik  ki, 



Üzeyir 

Hacıbəylinin həmin çox qiymətli kitabından sonra bizdə musiqimi-

zin  tarixi  v

ə  nəzəriyyəsini  yeni  elmi  tədqiqat  və  əsaslı  ümumiləşdirmələr 

m

əhsulu  olaraq  şərh  edən  heç  bir  sanballı  əsər  yaradılmamış  və  Üzeyir 



Hacıbəylinin başladığı axtarışlar lazımi səviyyədə davam etdirilməmişdir. 

Biz Az


ərbaycan xalq musiqisinin şəcərə etibarı ilə bir-birinə bağlı iki 

n

əhəng qoldan (aşıq və xanəndə yaradıcılığı) ibarət olması müddəasını qeyd 



etdikd

ə,  yəqin  ki,  bu  yaxınlığı  əsas  etibarı  ilə,  hər  şeydən  əvvəl,  məhz 

m

əqam  ümumiliyində,  kök  birliyində  görürük. (Ehtimal  etmək  olar  ki, 



Üzeyir 

Hacıbəyli öz kitabında Azərbaycan xalq mahnıları, oyun havaları və 



başqa musiqi formalarından çoxunun” (kursiv mənimdir. - Ə.B.) şur və 

segah  m


əqamında  yaradıldığını  göstərdikdə

2

 



başlıca  olaraq  aşıq 

yaradıcılığını  nəzərdə  tutmuşdur;  çünki  aşıq  musiqisinin  çox  qismi  məhz 

h

əmin bu məqamlar üzərində qurulmuşdur. Bunu biz Aşıq Qurbani, Abbas 



                                                           

2

 



Узеир Гаджибеков. Основы азербайджанской народной музыки. Баку, 1945, с. 9 

(burada v

ə sonrakı səhifələrdə tərcümə bizimdir – Ə.B.) 



Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə