Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə21/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   17   18   19   20   21   22   23   24   ...   145

 

Az

ərbaycan musiqi terminləri 



76 

Kürd-__Şahnaz'>Kürd-

Şahnaz 

– 

Şur kökündə olan muğam (bax: Şahnaz, Şur-Şahnaz). 



 

Kürdi 

– 

əsas etibarı ilə kamançada ifa olunan lirik xarakterli musiqi pyesi. Bayatı-



kürd kökünd

ə olduğundan Kürdi adlandırılmışdır. Bu pyes həm də “Dilo” 

adlandırılır (gürcü dilində “dila” – səhər sözündən əmələ gəldiyini ehtimal 

etm


ək  olar).  Cabbar  Qaryağdıoğlu  dəstəsinin məşhur  kamançaçısı  Saşa 

Oqanezaşvili  kamança  üçün  bu  pyesin  tərtibçisi  sayılır.  Həmin pyes 

qrammofon  valına  “Dilo-Kürdi”  Дило-курдская  мелодия  adı  ilə  yazdırıl-

mışdır  (bax:  “Məşhur  Qafqaz  xanəndələrinin  ən gözəl  Asiya  havalarının 

siyahısı”, s.28, val. № 92/50138). 

 

Kürd-



Ovşarı 

– 

Şur  dəstgahı  kökündə  zərbli  muğam.  Fikrət  Əmirovun  bəstələdiyi eyni 



adlı  məşhur  simfonik  muğamda  Ovşarı  zərbli  muğamı  ilə  yanaşı  Maani 

(Osmanlı)  zərbli  muğamından  da  geniş  istifadə  edilmiş  və  əsər  “Şur” 

simfonik muğamının ibtida melodiyaları ilə tamamlanır ki, bu da hər iki əsər 

arasında gözəl tematik vəhdət yaratmış olur. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

77 




Qafiy

ə 

xalq aşıqlarının istifadə etdikləri şeir formalarından biri. Musiqi müşayiəti 



əsas  etibarı  ilə  Segah kökündə  olur. Qafiyə  formasının  misraları  müxtəlif 

şəkildə qafiyələnir; bəzən birinci misra ilə ikinci, çox vaxt birinci ilə üçüncü 

v

ə i.a. Qafiyə aşıq formasının məzmunu çox vaxt eyham və müəmma ibarəli 



sözl

ərlə ifadə olunan alleqorik rəmzlərdən ibarətdir. 

 

Qalusi 

– kl. 


əd.-da: musiqi təranələrindən biri. 

 

Qanon 

(Qanun) 

 – 


ən qədim Azərbaycan dartım-

lı, simli musiqi alətlərindən biri. 

Qanon böyük Az

ərbaycan  şairi 

Nizaminin 

əsərlərində dönə-dönə 

m

əhəbbələ  vəsf  edilmişdir. 



Qanon iki t

ərəfi müvazi olmayan 

dördbucaq (trapesiya) biçimd

ə 

emal edilir. Gövd



əsinin  üst  dekası 

iki hiss


əyə  ayrılır:  çox  qismi  çinar  ağacından  yonulmuş  nazik  taxta  ilə 

örtülür, açıq hissəsinin üzərinə isə dəri çəkilir. Taxta dekası üzərində ulduz 

şəklində üç böyük dəlik olur ki, bunlar dəri membranla birlikdə qanonun səs 

rezonansını artırır. Qanona hər səs üçün üçər sim qoşulur. Cəmisi 72 simi 

olur. Qanonun diapazonu üç oktavadan böyükdür. 

Qanun 



 

Az

ərbaycan musiqi terminləri 



78 

Qara zurna 

– bax: Zurna. 

 

Qaraçı 

– 

aşıq mahnısı. 



 

Qarabağ şikəstəsi 

– Segah d

əstgahı kökündə olan zərbli muğamlardan biri. Musiqi ölçüsü 2/4-

dir. Dörd misradan ibar

ət hər bir kupletdən sonra melodik cəhətdən müxtəlif 

olan araçalğı (instrumental epizod) ifa olunur. 

 

Qaşığek 

– iç


ərisinə olduqca çoxlu xırda zınqırov doldurulmuş və sonradan bir-birinin 

üstün


ə  qapadılaraq  silkələməklə  səsləndirilən  iki  qaşıqdan  ibarət zərbli 

musiqi al

əti.  Çox  zaman  çalğıçı  o  biri  əlində  tutduğu  mil  ilə  qaşığeklərin 

üz

ərinə vuraraq yeni növ səslənmələr (tembrlər) əldə etməyə çalışır. 



 

Qatar 

–  1. zil registr

ə  (tonikası  tarda  ağ  simin  şah  pərdəsi)  əsaslanan kiçik bir 

muğam.  Melodik  cəhətdən Mahur-hindi dəstgahındakı  Əraq  şöbəsini 

andırırsa da, ondan müəyyən dərəcə fərqlənir

2.kl. m-d

ə: Şur dəstgahında Bəstə-nigar ilə Qərai arasında ifa olunan şöbə. 

 

Qatar-



bayatı 

– 

Qatar  muğamının  Çoban-bayatısı  intonasiyaları  ilə 



aşılanaraq səsləndirilən növü. 

 

Qaval 

(dan. qabal) 

 –  z

ərbli musiqi aləti. Eni 60-75 və diametri 350-450 mm 



(

əvvəllərdə  daha  çox)  olan  sağanağa  balıq  dərisi çəkilir. 

Sağanağın  içərisində  xırda  halqalar  (əvvəllərdə  çox  xırda 

zınqırovlar) nəsb edilir ki, çalğı vaxtı bunlar da səslənsin. 

 

S

ədəflə işlənmiş 

qaval 



Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

79 


Az

ərbaycanda  ən qədim  zamanlardan  geniş  intişar  tapmış,  yaxın  qonşu 

ölk

ələrə də yayılmışdır. 



 

Qaynatma 

–  dan. n

əğməkarın  vurduğu  zəngulədə  müəyyən  bir  notun  boğazda  trel 

t

ərzində sürəkli və iti sürətlə növbələnməsi. 



 

Qaytağı 

– melodik c

əhətdən son dərəcə vazeh, müntəzəm, qəti və sürət (temp) etibarı 

il

ə  çox yeyin və  dinamik olan Azərbaycan  oyun  havası.  Musiqi  ölçüsü 



başlıca  olaraq  6/8-dır,  lakin  musiqi  cümlələri içərisində  ikihissəli vəznlə 

üçhiss


əli vəznin ardıcıl surətdə növbələnməsinə də təsadüf edilir ki, bu da 

musiqinin i

tiliyini xeyli artırır. Qaytağı rəqs ifaçılığında oynayanlar arasında 

yarış  duyğusu  oyadır,  onların  çevikliyini,  virtuozluq  qabiliyyətini, 

yorulmamazlığını, gücünü, qüvvətini nümayiş etdirir. 

 

Qaytaq 

– 

xalq aşıqlarının yarış zamanı istifadə etdikləri mahnı formalarından biri. 



 

Qaytarma 

– 1.


Aşıq vokal – instrumental musiqi formalarından biri; 

2. Az


ərbaycan xalq oyun havası. 

 

Q



əhrəmani 

– 

aşıq yaradıcılığında ən çox intişar tapmış instrumental formalarından biri. 



Ölçüsü 2/4 olub, gümrah v

ə əzəmətli tərzdə səslənir. Dinləyicidə mərdlik

c

əsarət, igidlik əhvali – ruhiyyəsi oyadır. Bir qayda olaraq zurnaçılar dəstəsi 



t

ərəfindən ifa olunur. Qəhrəmani aşıq musiqi formasının vokal variantı da 

var ki, bunu aşıqlar sazda çala-çala oxuyurlar. 

 

Q

əməngiz 

– D


əşti muğamı daxilində olan bir guşə. 

 

 




Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə