Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə17/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   13   14   15   16   17   18   19   20   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 53
başlayan “Meşə” ilə, cənub və  cənub-şərqdə Çin sivilizasiyasının 
başladığı “Çay”la, cənubda İran sivilizasiyasının başladığı “Dağ”la 
sərhədlənir. Yəni, Türk sivilizasiyası üçün sırf “Çöl” landşaftı 
xarakterikdir. Çöl landşaftından kənarda isə Türk sivilizasiyası 
yayıla bilsə  də, öz mövcudluğunu ciddi şəkildə, sonadək saxlaya 
bilməmiş, yalnız onun hegemon olduğu dövrlərdən maddi-mənəvi 
izləri qalmışdır. Biz bunu Türk sivilizasiya daşıyıcılarının Misirdə, 
Hindistanda, Avropada, Çində tarixin müəyyən dövrlərində 
hökmranlığı zamanından görürük. Türk sivilizasiya daşıyıcıları 
olan müxtəlif dövlətlər bu əraziləri uzun müddət öz hakimiyyətləri 
altına alsalar da, passionarlıq dövrünü yaşadıqdan sonra həmin 
məkanlarda öz mövcudluğunu saxlaya bilməmişlər. Bu yerlərdə 
türk mədəniyyəti böyük təsir göstərsə  də, bir sivilizasiya olaraq 
qalıcı ola bilməmişdir. Ümumiyyətlə, bizim qənaətimizə görə heç 
bir sivilizasiya öz təbii landşaftından kənarda yaşamaq iqtidarında 
deyildir. Məsələn,  Ərəb sivilizasiyası öz passionarlıq dövründə 
səhra olmayan İspaniyadan Əfqanıstanadək böyük bir ərazini əhatə 
etsə  də, sonradan çəkilmə dövründə yalnız səhra landşaftında öz 
sivilizasiyasını saxlaya bilmişdir. Eyni sözləri Çin sivilizasiyası 
haqqında da demək olar. Böyük insan resurslarına, güclü dövlət 
aparatına malik olmasına baxmayaraq, Çin sivilizasiyası heç zaman 
öz təbii sərhədlərinin əhatələndiyi Çin səddini adlaya bilməmişdir. 
Azərbaycanlı alim Yunis Oğuz “Türkün tarixinə yeni bir baxış” 
əsərində bu məsələni bir sual olaraq ortaya qoyur. O yazır: “Hələ 
hunların dövründə qədim hunlar Uzaq Şərqdə imperiya yaradanda 
cəmi 400 000 nəfər olublar. Onların qonşusu Çinin əhalisi isə 
hunlardan 30-40 dəfə artıq olub. Lakin çinlilər Qərbə axın 
etməyiblər, onlar yaşadıqları ərazi ilə kifayətlənməli olublar, amma 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 54
hunlar qərbə can atıblar. Niyə?”
48
 Fikrimizcə, bu sualın cavabı 
sivilizasiyaların təbii landşafta bağlılığı prinsipində durur. Çinlilər 
üçün qərbə doğru hərəkət yad coğrafi  şərait, özgə sivilizasiya tipi 
xarakteri daşıyırdısa, türklərin qərbə hərəkəti özü üçün doğma olan 
coğrafi  şəraitdə sadəcə mexaniki yerdəyişmə idi. Buna görə  də 
türklərin qərbə 
hərəkəti zamanı onların sivilizasiya 
identifikasiyasında heç bir əsaslı dəyişiklik baş vermədi. Bu zaman 
qərbə  hərəkət zamanı dedikdə, “Çöl” landşaftının Avrasiya 
məkanında qərbdəki son sərhədinədək hərəkət nəzərdə tutulur. 
Çünki bu sərhəddən kənarda artıq Türk sivilizasiyası da yad 
element olaraq assimilyasiyaya məruz qalır. Biz bunu Macarıstanın 
timsalında açıq-aydın müşahidə edirik. Belə ki, tarixdən 
təkzibedilməz faktlarla məlumdur ki, türklər bu coğrafiyada bir 
müddət hakim olmuş, hətta yerli xalqın etnogenezisi ilə bağlı 
proseslərdə  iştirak etmişlər. Bununla bağlı 2011-ci ildə 
Macarıstanın Prezidenti Pal Şmittin  İspaniyanın ABC qəzetinə 
müsahibəsində  səsləndirdiyi fikirlər Türk sivilizasiyasının bu 
ölkədə özününkü qəbul edildiyini bir daha göstərir. O bildirir ki: 
“Yaxşı ki, biz 150 il türklərin hakimiyyəti altında olmuşuq: həmin 
illər  ərzində türklər tərəfindən idarə olunmağımızı  şans sayıram. 
Ölkəmiz türklər yox, başqa dövlət tərəfindən işğal edilsəydi, biz də 
assimilyasiyaya uğrayacaqdıq. 150 il boyunca Macarıstan türklər 
üçün strateji məkan olmuşdur”
49
. Macarıstandan qərbə doğru isə 
təbii landşaft və etno-mədəni areal özgə olduğu üçün Türk 
sivilizasiyasının sərhədləri genişlənə bilməmişdir.  
Müasir nəsil sivilizasiyalar arasında yeganə  fərqli mənzərə 
Qərb sivilizasiyası ilə  əlaqədar müşahidə olunur. Belə ki, Qərb 
                                                 
48
 Əliyev Yunis (Yunis Oğuz). Türkün tarixinə yeni bir baxış. Bakı: Olaylar, 2007,    
səh. 31 
49
 “Şərq” qəzeti, N 15 (3032), 27 yanvar 2011-ci il 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 55
sivilizasiyasının öz təbii sərhədlərindən çıxaraq Amerika və 
Avstraliyaya doğru genişlənməklə özü üçün yad məkanda etno-
mədəni tipini qoruyub saxlaya bilmişdir. Lakin tarixi faktlar 
göstərir ki, Qərb sivilizasiya hüdudlarının bu qədər genişlənməsi 
yalnız bu ərazilərdə yerli sivilizasiya daşıyıcılarının tamamilə məhv 
edilməsi sayəsində mümkün olmuşdur. Beləliklə, bizim fikrimizcə, 
türklərin və ya ümumiyyətlə digər xalqların müəyyən bir ərazidə 
gəlmə və ya aborigen olmasına aydınlıq gətirmək üçün ilk növbədə 
bu xalqın məxsus olduğu sivilizasiyanın təbii landşaft bağlılığına 
fikir vermək lazımdır. Yəni biz, “hər bir sivilizasiyanın yerləşmə 
arealının təbii landşaft bağlılığı” prinsipini irəli sürürük və  əsər 
boyu Türk sivilizasiyasının digər sivilizasiyalarla əlaqələrinin 
nümunəsində bu müddəanı əsaslandırmağa çalışacağıq. 
Görkəmli alim, professor Cavad Heyət də türklərin təbii 
landşafta bağlılığı və miqrasiya zamanı bu coğrafi arealın türklərin 
yaşam səbəbi olması haqqında mülahizənin tərəfdarıdır. O yazır ki: 
“Əslində bir bozqır xalqı olan türk elləri mühacirətləri əsnasında öz 
yaşayış şərtlərinə və bozqır iqlim və kültürünə qarşı olan yerlərdə, 
məsələn cəngəl və ya çox isti və rütubətli yerlərdə yerləşməmişlər, 
bəzən də başqa millətlərin arasında və yad kültürün təsirində qalıb 
yaşamağa məcbur olduqları zaman onların təsiri altında qalıb öz 
varlıqlarını itirmişlər. Məsələn, Çində V- VI əsrlərdə tabqaçlar, 
Avropada hunlar və Balkanlarda bulğarlar və quzey Hindistanda 
xələclər və digər türklər kimi”.
50
 Yeganə  fərqli xüsusiyyət kimi 
hörmətli alim bozqır və çöl anlayışlarını bir-birindən ayırır. O, iddia 
edir ki, bozqır və ya dəşt, step-çöl deyildir, bozqırda su, yağış  və 
otlaqlar vardır. 
                                                 
50
 Cavad Heyət. Türklərin tarix və mədəniyyətinə bir baxış (islamdan əvvəl və islam 
dövrü). Bakı: Aspoliqraf, 2009, səh. 9 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə