ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə27/455
tarix15.06.2022
ölçüsü4,4 Mb.
#89568
1   ...   23   24   25   26   27   28   29   30   ...   455
AzBookResaleTozih

Məsələ
33
: Əgər az və pak su ilə murdar Ģey (qarĢıda deyiləcək Ģərtlər 
daxilində) yuyulursa, pak olar. Amma yuyulan zaman ayrılan və “ğusalə” 
adlanan su murdardır. Amma sidik və nəcisin çıxacağından ayrılan su beĢ 
Ģərt daxilində pakdır: 
1
. Murdarın üç xüsusiyyətinə malik olmasın;
2
. Kənardan murdarlıq toxunmasın;
3
. Qan və sidik kimi murdarlıqlarla yanaĢı olmasın;
4
. Vacib ehtiyata əsasən, həmin suda nəcis qırıntıları görünməsin;
5
. Nəcis çıxacağının ətrafı adi həddən artıq bulanmasın. Amma bu suyun 
pak olması dedikdə nəzərdə tutulur ki, həmin su bədəni və ya libası isladarsa 
onu suya çəkmək lazım deyil. Amma ondan pak su kimi baĢqa iĢlərdə 
istifadə etmək olmaz. 
Məsələ_34'>3. Axar (cari) su 
Məsələ
34
: Torpaqdan qaynayan və axan sular bulaq və kəhriz suyu
eləcə də, dağlarda toplanmıĢ qardan süzülüb gələn davamlı sular kimidir. 
Məsələ
35
: Axar su kürr miqdarından az olsa belə murdara toxunduqda 
murdarlanmır. Yalnız murdarın qoxusunu, rəngini və ya dadını özünə 
götürərsə murdar sayılar. 
Məsələ
36
: Əgər axar suya murdarlıq toxunsa və onun bir hissəsinin 
qoxusunu, rəngini və ya dadını dəyiĢərsə murdarın qoxusunu, rəngini və ya 
dadını götürən hissə murdar sayılır. Axar suyun çeĢməyə doğru hissəsi 
kürrdən az olsa belə pak sayılır. Amma murdardan axıb keçən hissəsi 
kürrdən az olduqda murdar sayılır; həmin hissə öz halını dəyiĢməyibsə və 
çeĢmə ilə rabitəsi varsa murdar sayılmır. 
Məsələ
37
: Bə’zi durğun sulardan bir miqdar götürdükdə götürülən hissə 
yenidən dolur. Belə durğun sular axar su hökmündədir. Onlara murdar bir 
Ģey toxunduqda murdarlanmırlar. Onlar kürr həddindən az olsalar da 
murdarlanmazlar. Çaydan kənarda yaranmıĢ çay ilə əlaqəli durğun sular da 
belədir. 

Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   455




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə