Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə135/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   131   132   133   134   135   136   137   138   ...   172

www.vivo-book.com 

 

771 



huĢsuz  səviyyədə  fikirləĢirəm:  ―O  burdadır.  Sevgilim 

burdadır‖. 

– Аnа! Аnа! Noolub? 

О  məni  azca  yerdən  qaldırır,  ovucları  ilə  əllərimi 

ovxalayır, zədəmin olub-olmadığını yoxlayır. BaĢımı qolları 

arasına alaraq məni qorxmuĢ, böyük boz gözləriylə nəzərdən 

keçirir.  Ġxtiyarsız  olaraq  ona  söykənir,  rahatlanma  və  eyni 

zamanda  yorğunluq  duyuram.  Kristianın  əlləri!  Bütün 

dünyada onlardan yaxĢı heç nə yoxdur. 

–  Аnа,  –  o  ehtiyatla  məni  silkələyir.  –  Noolub? 

Xəstələnmisən? 

BaĢımı yelləyir və anlayıram ki, danıĢmaq vaxtıdır. 

–  Cek,  –  pıçıldadım  və  bunu  hiss  eləməmiĢdən  də 

qabaq  gördüm  ki,  Kristian  Teylora  iĢarə  etdi  və  o,  dərhal 

binaya daxil oldu. 

– Ġblis! – Kristian məni qucaqlayır.  – Bu vecsiz adam 

sənə neyləyib? 

Qəfildən  hardansa,  ola  bilsin  ki,  ağılsızlıq  sferasından 

boğazımda  gülüĢ  köpükləri  yaranır.  Cekin  barmağından 

yapıĢarkən yaĢadığı Ģoku xatırlayıram. 




www.vivo-book.com 

 

772 



– Onun baĢına bir oyun açdım ki! – Uğunub getmiĢəm, 

dayana da bilmirəm. 

– Аnа! – Kristian yenidən məni silkələyir və gülüĢüm 

dayanır. – О sənə toxundumu? 

– Bircə dəfə. 

Qəzəb  Kristianın  bütün  bədənini  bürüyür,  əzələləri 

gərilir.  О,  cəld  yerindən  qalxır,  amma  hələ  də  məni  qolları 

arasında saxlayır. Kristian dəlilik həddindədir. Yox!.. 

– Bu əbləh hardadı? 

Binadan  boğuq  qıĢqırıq  səsləri  gəlir.  Kristian  məni 

ayağa qaldırır. 

– Ayaq üstə dura bilirsən? 

BaĢımın hərəkətiylə təsdiqləyirəm. 

– Ora getmə. Lazım deyil, Kristian, – qəfildən qorxum 

qayıdır, Kristianın Cekə nəsə edə biləcəyi qorxusu. 

– Otur maĢına, – Kristian bağırır. 

– Kristian, yox! – Qolundan tuturam. 

– Аnа, lənət Ģeytana, maĢına otur, – o, qolundan əlimi 

çəkir. 



www.vivo-book.com 

 

773 



–  Yox!  XahiĢ  eləyirəm!  –  ona  yalvarıram.  –  Dayan. 

Məni tək qoyma, – sınanmıĢ üsula əl atıram. 

Qəzəbdən  dəliyə  dönərək  Kristian  əlini  saçlarında 

gəzdirir  və  mənə  baxır,  nə  edəcəyini  bilmir.  Binadakı 

qıĢqırıq səsi güclənir, sonra qəfildən sakitləĢir. 

Ola bilməz! Teylor neyləyib? 

Kristian öz smartfonunu çıxarır. 

– Bilirsənmi o mənim məktublarımı nəzərdən keçirib. 

– Nə? 

–  Sənə  yazdığım  məktubları.  O  sənin  məktublarını 



axtarıb. Məni Ģantaj eləməyə çalıĢırdı. 

Kristianın baxıĢları ölümcül nifrətlə doludur. Оy-оy! 

–  Onun  anasını!  –  söyərək  gözlərini  qıyır.  Hansısa 

nömrəni yığır. 

Görən kimə zəng eləyir? 

–  Barni.  Qrey.  Ġstəyirəm  ki,  SĠP-in  baĢ  serverinə 

qoĢulasan  və  AnasteyĢa  Stilin  mənə  ünvanladığı  bütün 

məktubları  siləsən.  Sonra  Cek  Haydın  Ģəxsi  fayllarına  bax, 

gör  o  məktublar  ordadırmı.  Əgər  varsa,  sil…  Hə,  hamısını 

sil. Bax bu iĢi bitirdikdə mənə xəbər elə. 




www.vivo-book.com 

 

774 



О, düyməni döyəcləyir və digər nömrəni yığır. 

–  Roç.  Qrey.  Hayd.  Onun  izi-tozu  da  görünməsin. 

Dərhal.  Elə  bu  dəqiqə.  Mühafizəni  çağır.  Qoy  dərhal  onun 

masasını  təmizləsin,  yoxsa  elə  günü  sabah  bu  Ģirkəti  məhv 

edəcəm.  Sənin  bütün  gərəkli  əsasların  var  ki,  onu  iĢdən 

çıxarasan.  BaĢa  düĢdün?  –  O,  qısa  cavaba  qulaq  verib 

düyməni basır, belə görünür ki, razı halda. 

–  ―Blekberi‖,  –  qıcırdılmıĢ  diĢləri  arasından  mənə 

doğru fısıldayır. 

– XahiĢ eləyirəm, mənə hirslənmə. 

–  Sənə  çox  hirslənmiĢəm,  –  bağırır  və  yenidən 

barmaqlarıyla saçlarını darayır. – Yeri get maĢına. 

– Kristian, xahiĢ eləyirəm… 

–  AnasteyĢa,  maĢına  otur,  lənət  Ģeytana,  yoxsa  özüm 

səni  maĢına  dürtəcəm,  –  gözləri  partıldayan  halda  məni 

təhdid eləyir. 

BaĢqa neyləyə bilərəm ki! 

– Bircə axmaqlıq eləmə, xahiĢ eləyirəm, – yalvarıram. 

–  AXMAQLIQ!  –  partlayır.  –  Sənə  demiĢdim:  öz 

smartfonundan  istifadə  elə!  Odur  ki,  səfeh-səfeh  danıĢma. 




www.vivo-book.com 

 

775 



Bu  lənətə  gəlmiĢ  maĢına  otur,  АnasteyĢa,  CƏLD!  –  bağırır 

və  qorxudan  tüklərim  biz-biz  durur.  QarĢımda  Çox  Qəzəbli 

Kristian  durur.  Hələ  heç  vaxt  onu  belə  görməmiĢəm.  О 

özünü güclə ələ alır. 

–  YaxĢı-yaxĢı,  –  mızıldanıram,  onu  sakitləĢdirirəm.  – 

Amma zəhmət olmazsa, ehtiyatlı ol. 

Dodaqlarını kip sıxaraq, barmağıyla maĢına iĢarə edir. 

Ġlahi, di yaxĢı… Əmr aydındır. 

–  XahiĢ  edirəm,  ehtiyatla.  Ġstəmirəm  ki,  sənə  nəsə 

olsun.  Onda  ölərəm,  –  mızıldanıram.  О,  baĢını  mənə  sarı 

çevirərək köks ötürür. 

– Ehtiyatlı olacam, – artıq yumĢaq tərzdə deyir o. 

Tanrıya  Ģükür.  MaĢına  doğru  gedib  ön  qapını  açır  və 

sərniĢin yerinə otururam. ―Audi‖nin təhlükəsiz komfortunda 

olduğuma əmin olduqdan sonra Kristian binada gözdən itir, 

ürəyim yenidən sıxılır. O, neyləmək fikrindədir? 

Oturub  gözləyirəm.  Gözləyirəm.  Gözləyirəm.  BeĢ 

dəqiqə  əbədiyyət  qədər  uzanır.  Cek  üçün  sifariĢ  verilmiĢ 

taksi  gəlib  çıxır,  ―Audi‖nin  qarĢısında  dayanır.  On  dəqiqə. 



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə