ƏRİZƏ formasi



Yüklə 9.93 Kb.
tarix07.11.2018
ölçüsü9.93 Kb.

ƏRİZƏ FORMASI


ACM-W Avropanın “womEncourage” konfransı tələbə və aspirantları informatikanın istənilən istiqaməti üzrə öz tədqiqatlarını poster şəklində təqdim etməyə dəvət edir. İnformatikada qadınların iştirakını təbliğ edən beynəlxalq konfrans bu il 3-5 oktyabr, Serbiyanın Belqrad şəhərində keçiriləcək.

Posterləri qəbul olunmuş xanımlara konfransda qeydiyyat haqqını da əhatə edən səfər təqaüdü təqdim olunacaq. Müraciət etmək üçün son tarix 1 may 2018-ci ildir. Konfrans barədə daha geniş məlumatı http://womencourage.acm.org/ ünvanından almaq olar.

Posterinizi göndərməzdən əvvəl “Ada mirası: informatikada qadınlar” tədbirində mütəxəssislərin rəyini öyrənmək istəyirsiniz? Elə indi ərizə formasını dolduraraq 16 aprel, saat 18.00-a qədər womencourage(ət)azerbaijan.acm.org ünvanına göndərin.

MÜƏLLİF(LƏR) BARƏDƏ


Əgər müəlliflərin sayı birdən çoxdrusa, aşağıdakı iki bölməni (Şəxsi məlumat və Təhsiliniz) alt-alta koçürərək hər müəllif üçün doldurun. Bu məlumatlar ancaq ərizə formasını göndərdiyiniz məqsədlər üçün hər hansı üçüncü tərəflərlə bölüşülə bilər.

ŞƏXSİ MƏLUMAT


ADINIZ / SOYADINIZ:




TƏVƏLLÜDÜNÜZ (GÜN/AY/İL):




ƏLAQƏ TELEFONUNUZ (MOBİL):




ƏLAQƏ TELEFONUNUZ (EV):




E-POÇT ÜNVANINIZ:





TƏHSİLİNİZ


MƏZUN OLDUĞUNUZ/OLACAĞINIZ ƏN YÜKSƏK TƏHSİL MÜƏSSİSƏSİ:

OXUDUĞUNUZ ƏN YÜKSƏK TƏHSİL PİLLƏSİ:




MƏZUN OLDUĞUNUZ/OLACAĞINIZ İL:




İXTİSASINIZ/FAKÜLTƏNİZ:




HANSI ACM BÖLMƏSİ ÜZVÜSÜNÜZ?




ACM ÜZVLÜK NÖMRƏNİZ (VARSA):





POSTERİNİZİN MÖVZUSU


Posterlər tədqiqat işinizi tanıtmaq, peşəkarların rəyini öyrənmək, təqdimat bacarığınızı sınaqdan keçirmək, ideyanızı müzakirə etmək üçün gözəl imkan yaradır. Mövzu informatikanın istənilən istiqaməti üzrə yeni ideya, dizayn, texnologiya, sistem və ya alətlər, dəyərləndirmə, elmi araşdırma, metodika, sosial və ya strateji siyasət məsələlərini əhatə edə bilər. Müəllif(lər) orijinal bir tədqiqatı və ya əvvəl nəşr olunmuş işlərinin bir formasını təqdim edə bilər(lər).

Mövzunuzu ingilis dilində bir səhifədən çox olmayan tezis formasında təqdim edin. Tezis aydın şəkildə işlədiyiniz tədqiqat sahəsini təqdim etməli, gördüyünüz işin yeniliyi və əhəmiyyətini vurğulamalıdır:



ADA’S LEGACY APPLICATION FORM VER.2.1 (MARCH 2018) PAGE OF



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə