ƏRŞad namazali



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə19/154
tarix01.02.2018
ölçüsü4,05 Mb.
#22960
1   ...   15   16   17   18   19   20   21   22   ...   154

Ərşad Namazalı  

 

 



54 

Namaz


alıyev Əmir Ağamalı oğlu evləndikdən sonra ata yurdunda ev 

tikib orada yaşayırdı.  

Ondan c

ənuba tərəf Soltanov Bəşir (Abışlı) kişinin evi yerləşirdi. 



Onun oğlanları – 1-ci arvadı Göyçək Məhərrəm qızından: - Salman, 

F

ərman,  Zaman,  Savalan,  bacıları  Saray,  2-ci  arvadı  Abıhəyatdan 



(Toppuzlu n

əslindən)  isə  qızları:  -  Gülüstan,  Kubra  və  oğlu 

Əşrəf(Əhliman)  doğulub.  Salman, Fərman  və  Zaman  1941-45-ci il 

Müharib


əsində həlak oldular. 

Bizd


ən  aşağıda  Həsənova Çiçək xala  (əri Yaqub müharibədən 

qayıtmadı) onun oğlanları – Şamxal, Şahmar, Yelmar və qızları Gül-

lü, S

əmayə ilə yaşayırdı. Onlarla qonşu Həsnova Zibeyda Fərzalı qızı 



(

əri  İmran  müharibədən geri dönmədi)    oğulları:  -  Əyyub,  Talıb, 

F

ətalı qızları Zinyət, Əntiqə və Sovetdir  öz ailəsilə yaşayırdı.  



Namaz babam t

ərəfdə  aşağıda  Nərgiz  yaşayırdı  (əri Misir 

müharib

ədə həlak olub) və övladları Məleykə və Zakir idi. Məleykə - 



Rzalılar  İsmayıla  ərə  getdi,  qardaşı  Zakir  isə  yetginlik  yaşına 

çatmadı.  Onlardan  sağ  tərəfdə  Mənzər  yaşayırdı  (əri Hüseyn 

müharib

ədə həlak olub) və övladları: Sabir, Səxavət və Sevindik idi. 



Onlarda h

əyatdan tez köçdülər. 

Sonralar, 1960-

cı  ildə  onların  həyətində  İsmayilov  Əli  və 

İsmayılov Yusan özləri üçün şəxsi ev tikib ora köçdülər. 

M

ənim  uşaqlıq  illərim bu məhəllədə  keçib. Novruz bayramı 



qabağı  Namazalılar,  Fərzalı  uşağı  və  Kərbala  İsmayıllılar  məhəllə-

l

ərin  cavanları  həmişə  bir yerdə  “dülə-vermə”,  “aşıq-aşıq”,  “beş 



daş”,  “fil-fil”, “qoz-qoz”, “kəndir çəkmə”, “atlanmaq”,  “südlü 

sümük”, “gül

əşmək” və sairə oyunları oynayardıq. Bayram vaxtı isə 

yumurta döyüşü böyük kütləvi hal alırdı. 

Q

ışın  qar  yağan  vaxtları  isə,  Namazalı  tirəsinin  başından 



sürüşərdik Zaqun dərəsinə  aşağı  Abışlı  Fərhad  kişinin  evinə  tərəf. 

s

ürüşənlər kimi uzunboğaz çəkmə ilə, kimi sini qab, vanna, mejma-



ha, teşt və sairə ilə üzü enişə sürüşərək şənlənərdik.  

1950-ci ill

ərdən sonra Ağamalı  əmi  Qönçə  dərəsindən asfalt 

yoldan aşağıda həyətyanı bağda ev tikib ora köçdülər. Namaz babam 

is

ə ondan aşağı Namazalı kəhrizin quyuları olan dədə-baba həyətində 



kürsülü, böyük eyvanlı üç otaqlı, üstü saxsılı ev tikərək ora köçdü. 


Horadiz s

əni unutmadım... 

 

 



55 

H

əyətində geniş və gözəl bağı vardı ki, hər cürə meyvələrlə bərabər, 



hündür g

ərviş  ağaclarına  qaldırılmış  üzüm  tənəklərindən sallanan 

barlı  üzüm  saıxımları  göz  oxşayırdı.  Üzüm  yetişən  vaxtı  həyətdə  1 

metr hündürlüyünd

ə  çardaq  qurulardı  və  onun üzərinə  şirəli xüsusi 

otlar y


ığardıq,  onun  alt  hissəsinə  çadırdan  örtük  çəkilərdi. Dərilən 

üzüml


əri  çardağın  üstünə  tökərdilər. Bizləri  də  ayaqlarımızı  təmiz 

yudurtdurub, üzüml

əri  ayaqla  tapdalayıb  əzərdik və  ordan tökülən 

şirələri tiyənlərə yığıb, içərisinə bir az xüsusi sarı torpaq töküb odla 

bişirərdilər. Nəticədə ondan çox dadlı doşab və meyvəli, yemişli irçal 

alınardı. Doşab bişdikdən sonra onu saxsı küplərə yığardılar. Tiyəndə 

qalan  şirələri  barmaqlarımızla  sıyırıb  yedikdə  ləzzətindən doymaq 

olmazdı. 

             

Bundan  başqa  Namazalılar  məhəlləsində  (Qönçə  dərəsi) 

asfalt

dan aşağı Vəli Kərbala İbad oğlu yaşayırdı. O, çox xeyirxah işlə 



kankanlıq edərdi. Ondan aşağı İskəndər oğlu Şəmil, Əli və Dilquşa, 

Gülsüm 


yaşayırdılar.  Arxa  tərəfdə  Həcər Nəriman  qızı  –  oğlanları: 

F

ərzalı,  Zərbalı  və  qızı  Məhliqa ilə  yaşayirdılar.  Onlardan  aşağı 



Züleyxa Q

əhrəman qızı – yeganə övladı Nobatla yaşayırdı. Yandakı 

h

əyətdə  Şirin  Cavad  oğlu  –  yoldaşı  Məhliqa Səfəralı  qızı  ilə 



yaşayırdı.  

Şəkildə soldan: 

C

əmil Nəcəfov, Fərzalı Namazalıyev və Mösü Məhərrəmov

 

Namazalılar nəslinin fəxridirlər

 

 

Namaz  babamın  bacısı  uşaqları  qonşuluqda  Əyyub  İmran  oğlu 



H

əsənov ailəsilə birlikdə yaşayırdı. O, kənd Sovetində katib, sonralar 




Ərşad Namazalı  

 

 



56 

is

ə kolxozda bağ briqadiri işləyirdi və çox güclü hafizəyə malik bir 



adamdı,  məhz  onun  sayəsində  II  Dünya Müharibəsində  həlak 

olanlar


ın  siyahısı  tam  tutulmuşdu.  Əyyubun  qardaşı  Talıb  həyat 

yoldaşı Roza və övladları ilə qonşuluqda və  bacısı Sovet ailəsi  ilə 

birlikd

ə ev tikib bu Qozlu çayın sol tərəfində yaşayırdılar. 



Onlardan şərqə tərəf Soltanov Əlinin və Soltanov Bəhlil  Aslan 

oğlunun evləri Qozlu çayın sol sahilində yerləşirdi. 

Onlarla  yanaşı,  Qozlu  çay  boyunca  şimala 

t

ərəf Hüseün Hüseynov, Əliş və Əyyub Əzizov 



qardaşları,  Bayramalı  və  Mirzalı  Namazalı-

yevl


ərin evləri vardı. Şimal tərəfə Kərimov Fazil 

K

ərim oğlunun, Soltanov Savalan, Namazalıyev 



Hüseyn, Namazalıyev Əvəz və Qasımov Cəfərin 

evl


əri yerləşirdi.  Cəlil  Rza  oğlu  Mehdiyev  əsl 

k

ənd  ağsaqqalı  burda  oğlu  Həmidlə  yaşayırdı. 



O,eyni zamanda dini m

ərasimlərdə  mollalıq 

edirdi. H

əmin həyətdə  Bəhlul Cəlil oğlunun  öz 

şəxsi evində ailəsi ilə birlikdə yaşayırdı.  

 Rüst


əm  Mösü  oğlu  Məhərrəmovun evi bu 

m

əhəllədə Horadiz-Füzuli şosse yolun 13 km-də 



yolun alt hiss

əsində yerləşirdi. 

Onun  qonşusu  Namazalıyev  Mehralı  Əb-

dül


əli  oğlu  və  Sona  Abış  qızı  Sultanova  birgə 

ail


əlikcə  10  uşaq  böyüdüb  başa  çatdıraraq 

burada  yaşayırdılar.  Onların  bağlarının  aşağı-

sında  Məmməd  Abış  oğlu  Sultanov  və  Raya  

Behbudova 

öz övladları ilə yaşayırdılar.  

Namazalılar  məhəlləsində  böyümüş,  təhsil 

almış,  tanınmış  şəxsiyyətlər çoxdur bu haqda 

sonrakı səhifədə biləcəksiniz.  

Bu  m

əhəllədə:  Namazalıyevlər,  Əliyevlər,  Həsənovlar,  Mehdi-



yevl

ər,  Qasımovlar,  Cəfərovlar, Məhərrəmovlar,  Sultanovlar,  İsma-

yılovlar, İmanovlar, Kərimovlar, Hüseynovlar, Əzizovlar, Abışovlar 

n

əsillərin nümayəndələri yaşayırdılar.  



Namazalılar məhəlləsindən Qarabağ şəhidləri: 

 

Mirzalı Namazalıyev

 

 

         Rüst



əm  

      M

əhərrəmov

 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə