ƏRŞad namazali



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə20/154
tarix01.02.2018
ölçüsü4,05 Mb.
#22960
1   ...   16   17   18   19   20   21   22   23   ...   154

Horadiz s

əni unutmadım... 

 

 



57 

1. 

Namazalıyev Qurban Hüseyn oğlu; 

2. 

Namazalıyev Ceyhun Ənvər oğlu; 

3. 

Namazalıyev Səttar Yavər oğlu; 

4. 

Namazalıyev Bəxtiyar Əvəz oğlu; 

5. Mehdizad

ə Zaur Həmid oğlu. 

     Allah bütü

n Qarabağ şəhidlərimizə rəhmət eləsin!.. 

 

QÖNÇƏ DƏRƏSİ VƏ MƏHƏLLƏSİ 

Qönç


ə  dərəsi  –  Namazalılar  məhəlləsinə  aid olub, Horadiz – 

Füzuli şosse yolunun şərqində, Namazalılar tirəsi ilə Namazalılar yalı 

arasında yerləşən geniş dərədir. Bu dərəyə ona görə “Qönçə dərəsi” 

adı  veriblər ki, bu dərədə  ulu  Namazalı  babamızın  nəvəsi Qönçə 

M

əşədi Həsən  qızı,  kəndimizdə  sayılıb-  seçilən, kənd  ağbirçəyi 



yaşamışdır. 

1950-ci ill

ərdə Qönçə dərəsinin sol və sağ  yamaclarında köhnə 

evl


ər var idi. Dərənin cənub yamac tərəfində,  şosse yolunun lap 

yaxınlığında  Əbdüləli  Bayramalı  oğlu  –  yoldaşı  Qönçə  nənə  və 

övladları: Eyvaz, İskəndər, Mehralı və qızları Nöyrüş, Nobat və Sara 

yaşamışlar. 

H

əmin dərənin cənub  tərəfində  yamacda  isə  Kərbalayi  Mirzalı 



Niftalı  oğlu  –  yoldaşı  Çiçək Kərbalayi Həşim  qızının  övladları: 

S

əfəralı,  Kalbalı,  Surxay,  Hüsnü,  Pəri  və  Minarə  Əliyevlər 



yaşamışlar.  

Qönç


ə  dərəsinin  şimal  yamacında:  Fatma  nənənin  (Həcərin 

anası) evi, ondan qərbə tərəf Səfəralı  Mirzalı oğlunun evi - yoldaşı 

H

əcər  Nəriman qızı və övladları: Məhliqa, Fərzalı, Zərbalıdır. 



       

Ondan şimala tərəf evdə Mösü Rüstəm oğlu –  yoldaşı Sürəyya 

Namaz  qızı,  övladları:  Ərşad,  Zərif, Məhərrəm, Rüstəm orda 

doğulmuş  və  qalan  uşaqları  Aralıq  yol  məhəlləsində  Əhəd, Nərgiz, 

Nurid

ə və Səadət doğulmuşlar. Yandakı evdə isə Həzi Behbud oğlu – 



yoldaşı Züleyxa Qəhrəman qızı, övladı Nobatla yaşamışdır. Sonralar 

hamısı aşağı bağa köçdülər. 

       Qönç

ə  dərəsində  böyük  xırman  var  idi.  Əl  ilə  biçilən  taxılı  bu 

xırmanda  öküz  və  ya ata  qoşulmuş  vəllə  döyüb sünbüldən 

çıxarardılar. Yadımdadır, biz məktəblilər dərsdən sonra bura gələrdik 




Ərşad Namazalı  

 

 



58 

v

ə  həmin vəlin üstünə  çıxaraq,  öküzləri dairəvi sürərdik,  yerə 



tökülmüş  sünbüllərin üstü ilə  fırladardıq.  Vəl  tut  ağacından  idi, 

uzunluğu 2 metr, eni isə 60 sm-dir. Vəlin qalınlığı 10 sm və altında 

papaqlı qalın mıxlar vurulmuş bir alət idi. Taxılları döyəndən sonra, 

kişilər və  qadınlar  şana  ilə  taxılı  küləyə  tərəf  sovurardılar  ki, 

sünbüld

ən küləşləri  aypılsın. Sovrulandan sonra yerdə qalmış təmiz 



taxılı kisələrə yığıb kolxoz ambarına təhvil verərdilər. 

Burada  Namazalılar,  Rzalılar,  Kərbala  İsmayıllılar  və  Fərzalı 

uşağı  məhəllələrindən gələn cavanlar, gün batandan sonra “Südlü-

sümük”  oyunu  oynayardıq.  Oyun  qaydası  belə  idi:  İki  dəstədə, hər 

d

əstədə 20 nəfər olmalıydı. Püşk atılırdı birinci kim başlayacaq.  İri 



bir sümüyü hamıya göstərirdilər ki, hamı görsün və tanısın. Sümüyü 

bu  qaranlıqda  mərkəzdən  uzağa  atardılar  və  hamı  qaçardı  sümük 

atılan səmtə. Hansı dəstə tapsaydı, digər dəstənin kürəyində sümük 

tapılan yerdən, atılan yerə qədər gətirməliydi. Bu oyun çox səs-küylü 

keç

ərdi, hamı şənlənərdi.  



1965-ci ild

ən sonralar Qönçə  dərəsinə  köçərək  Möhsün, Mən-

sim, Aydın və Şəmil Namazalıyevlər, Şahmar və Mürsəl Həsənovlar, 

Əli, Hümbət, Zakir və  Anar  İsmayılovlar,  Mürsəl  Şirinov,  Fazil 

F

ərzəliyev, Hüseyn Mahmudov və  Fətalı  İmanov  ev  tikib  burada 



yaşayış məskəni salmışlar  

  

                       



ƏCƏB  NƏNƏNİN  BAĞ  YERI 

Əcəb nənənin  bağ  yeri  -  Kəndin  şimalında,  Horadiz  –  Füzuli 

şosse  yolunun  qərb  hissəsində,  Namazalılar  məhəlləsinin  bağ 

hiss


əsinə aid torpaqlardır. Bu yer Qönçə dərəsinin şimalından Calal 

d

ərəsinin başlanğıcına qədər, yolun alt hissəsindən Qozlu çaya qədər 



olan 

ərazidə yerləşir. 

Bu torpaq sah

əsinə  Əcəb nənənin  adı  verilməsi XVIII əsrin 

axırlarına  təsadüf  edir,  Namazalı  babanın  oğlu  Bayramalının  Əcəb 

n

ənə ilə evləndikdən sonra, atası cehiz payı olaraq bu torpaq sahəsini 



Əcəb nənəyə bağışlamışdır. Sonralar burada 10-dan çox ailə köçüb 

h

əyətyanı evlər tikərək  yaşamışlar. Çox münbit torpağı olduğundan 



burda h

ər cür meyvələr, bostan və tərəvəz yetişir. 




Horadiz s

əni unutmadım... 

 

 



59 

Bu yerd


ə  Hüseyn,  Mirzalı,  Rafiq,  Əvəz  və  Mehralı 

Namazalıyevlər, Kərim Kərimov, Cəfər Qasımov, Həmid və Bəhlul 

Mehdiyevl

ər, Rüstəm Məhərrəmov, və Məmməd Sultanovun evləri

h

əm də həyətyanı bağları yerləşirdi. 



Əcəb nənə bağ yeri Rzalılar kəhrizin suyu ilə suvarılırdı. 

 

                    



KƏRBƏLA İSMAYILLILAR MƏHƏLLƏSİ 

K

ərbəla Ismayıllılar məhəlləsi – Horadiz Füzuli şosse yolun alt 



v

ə üst hissəsində, Fərzalı uşağı məhəlləsi ilə Namazalılar məhəlləsi 

arasında  olan  ərazidə  yerləşir.  Bu  məhəllədə  yaşayan  adamlar  çox 

mülayim, xoşxasiyyətli, zəhmətkeş, gülərüz, zarafatcıl insanlardır. 

Bu m

əhəllə haqda ilk düşünəndə Hacı Qasım  yada düşür. Belə 



ki, 

Hacı  Qasım  “Həccə” ziyarətdən  qayıdandan  sonra  xeyriyətçilik 

ed

ərək öz hesabına “İmam Piri”-ni daşla hördürür və İmam Rzanın 



qız  nəvəsinin qəbrini  ağ  mərməri  döşəyib  abadlaşdırır.  Allah  ona 

r

əhmət eləsin! Hacı Qasım kişi - Fərhad Şükür oğlunun  əmisidir. 



Bu tayfadan F

ərhad Şükür oğlu İsmayılov 1943-52-cü illər Ho-

radiz k

əndinin kolxoz sədri vəzifəsində 9 il idarə heyətinə rəhbərlik 



etmişdir.  Fərhad  kişi  çox  təmkinli, gözəl insan, səbirli və  insanlara 

qarşı  münasibəti  yaxşı  olub.  O,  hər bir kolxozçunu diqqətlə 

dinl

əyərmiş,  sonra  münasib  tədbir görərmiş.  Hələ  indilərdə  də  belə 



misal ç

əkirlər;-“Fərhad kişinin atı kimi adamı görəndə dayanırsan?” 

F

ərhad  kişi  kənd  adamlarının  taxıl  üyütməyə  uzaq kəndlərə 



getdiyini, 

əzab  əziyyət çəkdiklərini görəndə and içir ki, mən Şükür 

oğlu  Fərhad olmaram, əgər Horadizdə  dəyirman tikdirməsəm. Və-

din


ə  əməl edən Fərhad  kişi  kəndin  pambıq  sahəsində,  Qozlu  çayın 

sağ kənarında, Araz arxının suyu ilə işləyən su dəyirmanı tikdirir. 

Bu m

əhəllədə  yaşlı ağsaqqalların hamısı sadə, baməzə, zarafat-



larından  qalmayan  kişilərdən:-  Surxay  kişi,  Oruc  kişi,  Əsəd  kişi, 

H

əsən kişi kimi adamlardan çox duzlu, gülməli əhvalatlar var. 



Mosan  İsmayılov  uzun  müddət  ferma  müdiri,  pambıq  briqadiri 

işləmişdir.  

V

əli  İsmayılov  –  kənd Sovet sədri, kolxozda sədr müavini və 



üzüm briqadiri v

əzifələrində işləmişdir. 

Yusan İsmayılov – müəllim olub alman dili dərsi öyrədərdi,  



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə