ƏRŞad namazali



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə28/154
tarix01.02.2018
ölçüsü4,05 Mb.
#22960
1   ...   24   25   26   27   28   29   30   31   ...   154

Ərşad Namazalı  

 

 



82 

Bu m


əhəllə  yeni  olduğundan  bura  müxtəlif nəsillərdən olan 

ail


ələr köçərək özlərinə təzə yaraşıqlı evlər tikərək yaşayırdılar. 

 

 



Sağdan ikinci Səfa Ələkbərov öz döyüşçü əsgərləri ilə - 1992-ci il 

əsgərlərin başı üstə görünən Təzə məhəllədir

 

Burada: M



əmmədovlar,  Hüseynovlar,  Orucovlar,  İsmayılovlar, 

Şirinovlar, İmanovlar, Ağayevlər, Soltanovlar nəslindən olan ailələr 

yaşayırdılar. 

Bundan  başqa  Şirinov  Bəhlul,  Ələkbərov Səfa, Sultanov Nobil, 

Sultanov  Ənvər və  Həsənov Teyyub  Mikayıl  oğlu  həyətyanı  ev 

tikm


ək məqamında  kəndin  işğalı  əfsus  ki,  onların  arzularını  həyata 

keçirm


əyə ımkan vermədi. 

 

MƏKTƏBYANI  MƏHƏLLƏ 

M

əktəbyanı  məhəllə  -  Orta kənddən məktəbə  və  Qurdlu  bulğa 



ged

ən yol ayrıcından məktəbə qədər və Orta kənddən Qurdlu bulağa 

ged

ən yol məkəbə qədər, həm də onların arasındakı ərazi adlanır. 



Bu m

əhəllə 1950-ci ildən sonra yaranan məhəllədir. Burada ilk 

ev tikib yaşayan Sədi Həsənqulu oğlu Hacıyev olmuşdur. Sədi müəl-

lim biz


ə kimya dərsi deyərdi və həmişə səliqə sahmanla geyinərdi və 

başına  panama  qoyardı.  Ancaq  o  həyatdanmı,  yoxsa  təbiətdənmi 

narazı  kimi  görünərdi. Dərs  vaxtı  biz  şagirdlərə  deyərdi: “Harda 

Horadizli  var,  ordan  qaçın”.  Hələ  indiyə  kimi Sədi müəllimin 

sözünün 

əsl mənasını bilmirdim, amma sonra mənə məlum oldu ki, 




Horadiz s

əni unutmadım... 

 

 



83 

Əhmədallar kəndində müəllim işlərkən, məktəb direktorunu 1951-ci 

ild

ə  dəyişmə  məqamında  Sədi müəllimin və  həmkəndlimiz Qara 



C

əfər oğlu Cəfərovun namizədliyi də var imiş. Son məqamda Qara 

əllimi direktor seçirlər və bu seçim Sədi müəllimin xoşuna gəlmir. 



El

ə ona görə də bizlərə belə məsləhət verərdi. 

Bu m

əhəllədə yaşayan Famil Rəhim oğlu Rüstəmov – uzun illər 



kolxozda sürücü işləmiş və özünü bacarıqlı, mehriban xasiyyətli bir 

insan kimi göst

ərərək, kəndlilər  arasında  hörmət  sahibi  olmuşdur. 

Bundan başqa Familin həyat yoldaşı Şamama Şəmil qızı ilə 11 uşağı 

boya-

başa çatdırmışlar. 



Bu m

əhəllədə:  -  Hacıyevlər, Rüstəmovlar, Məhərrəmovlar, 

M

əmmədovlar nəsillərin nümayəndələri yaşayırdılar. 



 

  MOLLA 

YERİ MƏHƏLLƏSİ 

Molla yeri m

əhəlləsi – Dullar məhəlləsi ilə 

Dördç


inar  bağı  arasında,  Dəyirman boynu   ilə 

Qoz


lu  çay  arasında  olan  ərazidə  yerləşirdi.  Bu 

yerl


ər  əvvəllər kənd məscidində  çalışan 

Mollalara 

əkin sahəsi kimi verildiyinə  görə 

“Molla  yeri”  adı  ilə  adlanırdı.  Molla  yeri 

m

əhəlləsi 1970-ci illərdən sonra yaranan 



m

əhəllədir. 

Bu m

əhəllədə  yaşayanlardan  Ələkbərov 



Ədil  Əbil  oğlu  uzun illər müəllim  işləmiş  və 

onun böyük oğlu Çingiz Azərbaycanın Müdafiə Nazirliyində işləyir, 

h

ərbi rütbəsi polkovnik-leytenantdir.  Ədil  müəllimin  kiçik  qardaşı 



Ələkbərov  Əvdil  uzun illər  kolxozda  sürücü  işləyib.  Orucov  Əmir 

Aslan oğlu kolxozda sürücü, Hacıyev Sovet Hacı oğlu kolxozçu və 

B

əylərov Bayram  Müseyib  oğlu  isə  elektrik  işləyərək öz vəzifə 



borclarını yerinə yetirirdilər. 

Bu m


əhəllədə: Ələkbərovlar, Hacıyevlər, Orucovlar, Quluyevlər, 

B

əylərovlar, Həsənovlar, Məmədovlar,  İsmayılovlar,  Abışovlar, 



İsmayılovlar və Soltanovlar nəsillərin nümayəndələri yaşayırdı. 

Bu m

əhəllədən Qarabağ şəhidi: 

Elçin Sovet 

oğlu Hacıyev.  

 

Əvdil Ələkbərov

 



Ərşad Namazalı  

 

 



84 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!.. 

  

QURDLU BULAQ 



MƏHƏLLƏSİ 

Qurdlu bulaq m

əhəlləsinə  –  bulaq  ətrafı  evlər daxildir. Bu 

m

əhəllə, orta kənddən məktəbə gedən yolayrıcından, Qurdlu bulağa 



ged

ən yolla, Dəyirman boynuna qədər, Molla yeri məhəlləsi və 

Dullar m

əhəlləsi arasında olan yaşayış evlərindən ibarətdir. 

Qurdlu bulaq m

əhəlləsi  haqda  düşünəndə  ilk növbədə  Yaqub 

M

əmiş  oğlu  Cəfərov  yada  düşür.  Yaqub  kişi  kənd  ağsaqqalı  olub, 



çox göz

əl xasiyyətli və  işgüzar  adam  olubdu. Kənddə  hamının 

xeyrin

ə-şərinə yarıyardı. Onun sözü hər yerdə, hər idarədə keçərdi və 



h

ər kəsə kömək göstərər, can-başla çalışar, eləcədə həll edərdi. 

Bu m

əhəllədə yaşayan Xasay Məhərrəm oğlu Abışov – Horadiz 



k

ənd kolxozunda uzun müddət baş mühasib işləmişdir. Bacarıqlı və 

işgüzar  işçi  kimi  həmişə  özünü göstərmişdir.  Onun  oğlu  Abış  da 

v

ətənpərvər insan kimi, hərbçi  peşəsini  seçib.  Qarabağ  müharibəsi 



dövründ

ə  böyük mərdliklə  vuruşaraq  və  prinsipial mövqe tutaraq 

Füzuli rayonun düşmənlər tərəfindən işğal olmasına imkan vermədi. 

Lakin b


əzi qüvvələrin  əmrilə  onu  bu  işindən  uzaqlaşdırıb,  Müdafiə 

Naz


irliyinin  komendantı  vəzifəsinə  çəkdilər. Hal-hazırda  cəbhə 

bölg


əsində  “N” hərbi hissədə  batalyon komandiri kimi hərbi  işini 

davam etdirir. Öz h

ərbi işinin öhdəsindən bacarıqla gəlir. 

Bu m


əhəllədə  tanınmış  adamlardan  biri  də  Həsənqulu Surxay 

oğlu Hacıyev olmuşdur. O, kənd orta məktəbində coğrafiya müəllimi 

kimi d

ərs deyərdi. O, bizim kəndin yaddaş kitabı idi. Hardan desən 



ordan d

əqiq və  dürüst  cavabı  verərdi. Onun əsrarəngiz hafizəsi var 

idi. Bir d

əfə  mən  onu  sınamaq  üçün  belə  sual verdim: “Həsənqulu 

əllim, de görüm Namaz babam Bakıdan gələndə mənə bir papaq 



almışdı,  bu  nə  vaxt olub?” O, da cavab verdi: “Namaz baban sənə 

1953-


cü il mayın 12-də Bakıdan papaq almışdı və o günü çox güclü 

yağış yağırdı, həm də Mirzalı Fətalı oğlu ilə birlikdə gəldi.” Artıq bu 

hadis

ədən 15 il keçmişdi və mən bu sözün təəccüblə doğru olduğunu 



t

əsdiq etdim. 




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə