ƏRŞad namazali



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə26/154
tarix01.02.2018
ölçüsü4,05 Mb.
#22960
1   ...   22   23   24   25   26   27   28   29   ...   154

Ərşad Namazalı  

 

 



76 

Bu m


əhəllədə  şosse  yolunun  yanında  Məişət evi yerləşirdi  və 

orda  Eyvaz  Xanlar  olunun  “Qarışıq  mallar”  mağazası,  bərbərxana, 

ç

əkməçi, çayxana fəaliyyət göstərirdi. Bu məhəllənin  tanınmış 



şəxsiyyətləri haqda sonrakı səhifələrdə öyrənəcəksiniz. 

 

GÜNEY 



MƏSCİD ƏTRAFI  EVLƏR 

Güney M


əscid altı evləri – Şosse yolunun boyunca, Saqqızlı 

m

əhəlləsi, Aralıq yol məhəlləsi və birdə Əmirqulular məhəllənin 



arasında qalan evlər təşkil edir. 

Burada  İbişovlar,  İmanovlar,  Kazımovlar, Məmmədovlar,  Əli-

yevl

ər, Məmişovlar, Qurbanovlar və İsmayılovlar nəslinin nümayən-



d

ələri yaşayırdılar. 

Bu m

əhlənin körkəmli və tanınmış adamları haqda məlumat son-



rakı səhifələrdə veriləcək. 

 

SAQQIZLI  



MƏHƏLLƏSİ 

Saqqızlı  məhəlləsi  –  Horadiz kəndinin Güney məscidin  aşağı 

hiss

əsində,  kəndin cənub  qurtaracağında,  Füzuli  –  Horadiz  şosse 



yolunun  sağ  və  sol tərəfində  yerləşir.  Bu  məhəlləyə  Hacı  Novruz 

d

ərəsi, Hacı Rüstəm dərəsı və Güney kəhriz ətrafı evlər daxildir.  



Horadiz k

əndimizdə  ilk məskun salan Yadigarlılar  tayfası 

olmuşdur. Əvvəllər Qarağan təpədə məskən salıb yaşasalarda, soralar 

orada sıxlıq olduğu üçün köçüb burada ev tikib, yurd salıb yaşamağı 

m

əsləhət bilmişlər.  



M

əhəllənin  “Saqqızlı”  adlandırılması  ilə  bağlı  müxtəlif fikirlər 

vardır. “Saqqızlı” sözünün elmi əsaslarla demək olar ki, qədim türk 

tayfalarından  olan  “sak”-lar  və  “oğuz”-lar bu məhəllədə  yaşadıqla-

rına  görə, bura iki sözün birləşməsindən  əmələ  gələn  “sakoğuz” 

yaransa da sonralar bu “Saqqızlı” kimi işlənmişdir. 

Yerli  adamların  dediyinə  görə  “Saqqızlı”  yozumunun biri  də, 

onunla  bağlıdır  ki,  bu  məhəllənin  adamları  dadlı,  şirin  dilləri ilə 

aldatmaqda, onları inandırıb öz tərəfinə çəkməkdə, müəyyən bir işi 

görm


əyə razı etməkdə - ümumiyyətlə onların “saqqızını oğurlamaq-

da” mahir imişlər. Məhz bu səbəbdən də bu məhəllə belə adlanır. 




Horadiz s

əni unutmadım... 

 

 



77 

Əlbəttə, toponimin izahına başqa prizmadan da  yanaşanlar var. 

M

əhəllədə yol qırağı saqqız və badam ağacları vardı. Saqqız ağacını 



bıçaqla kəsdikdə, saqqıza oxşar şirə buraxırdı, bəlkə elə buna görə bu 

m

əhəlləyə “Saqqızlı” adı vermişlər.  



Bu m

əhəllənin  ağsaqqalları  başqalarından  xeyli  səbəbdən 

f

ərqlənirlər. Çox baməzə, deyib-gülən və zarafatcıl adamlardır. Nü-



mun

ə olaraq: - Atakişi Quluyevi, Səfqulu Hacıyevi, Abdulla Qurba-

novu, V

əzir Quluyevi, Yavər  İbişovu, Mikayıl  Məmişovu, Hüseyn-



qulu Yadigarovu  (Sarabski), Allahverdi v

ə  Haqverdi Quluyevləri, 

Q

əmbər və  Ərşad  Nağıyevləri,  Yaqub  Hacıyevi,  Cəlil və  Məhi 



Quluyevl

əri və başqaları, istədiklər insanları güldürər, lağa qoyarlar 

v

ə ya elə hadisə danışarlar ki, səni təəccüb bürüyər, ümumiyyətlə şit 



zarafatlar ed

ərdilər. 

1975-ci ild

ə  kolxoz sədri  işləyən  Hüseyn  Talıbovun  təşəbbüsü 

v

ə  başçılığı  ilə  elektrik cərəyanı  ilə  işləyən un dəyirmanı  tikdirib 



ıstifadəyə  verdilər. Bu dəyirman unu üç növ: 1-ci, 2-ci və  kəpək 

(h

eyvan yemi) üyüdürdü. İlk burda işləyən Nağıyev Ərşad oldu.  



Saqqızlı  məhəlləsində  doğulub,  boya-başa  çatmış  tanınmış 

şəxsləri çoxdur və onlar bizim şərəf-şöhrətimizdir. Bu haqda kitabın 

son s

əhifələrində oxuyacaqsınız. 



 Bu m

əhəllədən Qarabağ şəhidləri: 

 1. 

Ağayev Azər Bayramalu oğlu; 

 2. 

Hacıyev Arif Bəhram oğlu; 

 3. 

İbişov Bəşir Əşrəf oğlu; 

 4. Quluyev Rafiq Hümb

ət oğlu; 

 5. 

Əmirov Bağı İslam oğlu. 

 

Allah bütün şəhidıərimizə rəhmət eləsin!. 

 

HACI NOVRUZ 

DƏRƏSİ 

Hacı  Novruz  dərəsi  –  Saqqızlı  məhəlləsinə  aid  olub, Güney 

m

əscidi ilə Hacı Rüstəm dərəsi arasında və şosse yolun şərq tərəfində 



yerl

əşən dərədir. 

Hacı  Novruz  kişi  deyilənlərə  görə,  cavan  yaşlarında  kasıbçılıq 

ç

əkib,  varidatı  olmamışdır.  Yetgin  vaxtında  əmisi  ona  qarabağ  cin-



sind

ən  bir  dayça  bağışlayıb. Novruz buna çox sevinir və  dayçasına 




Ərşad Namazalı  

 

 



78 

qulluq etm

əyə başlayır. O, balaca dayçasına o qədər alışır ki, onsuz 

ayrı qala bilmir, bütün məhəbbətini, səyini, əməyini və qulluğunu bu 

atına  göstərərək onu böyüdür. Nəticədə  onun  əməyinin bəhrəsində 

el

ə gözəl, qaçışda tayı bərabəri olmayan və yaraşıqlı ata çevrilir ki, 



s

əs-sorağı  bütün  mahala  yayılır.  Eyni  zamanda  gözəl  atın  sədası 

C

əbrayıl  quberniyasının  pristavına  da  çatır.  Pristav  Novruzu  Cəb-



rayıla  çağırtdırıb  onun  atına  baxış  keçirir  və  bəyənir, həm də  ona 

t

əklif edir ki, atı ona bağışlasın. Novruz razı olmur və qayıdır kəndə. 



Bir h

əftə keçdikdən sonra yenə Novruzu Cəbrayıla çağırtdıraraq belə 

t

əklif edirək deyir: -  “Sən  atı  mənə  verirsən, məndə  sənə  on qat 



qiym

ətin vetirəm. Yox əgər  razı  olmasan  zorla  alacağam  və  səni 

qazamata  saldıracağam.  Novruz  kişi  çarəsiz  qalıb  razılaşır.  Pristav 

atın əvəzinə 10 baş sağmal inək, 2 cüt kəl, kənddə 10 hektar torpaq 

sah

əsi  və  100  manat  qızıl  pul  bağışlayır.  Beləliklə  Novruz  kişi 



varlanaraq, sayılıb seçilən şəxsiyyətlərdən biri olur. Qurban bayramı 

ərəfəsində  Məkkə  və  Mədinə  şəhərinə  gedərək müsəlmanların  ən 

vacib 

əməl-lərində  olan “Həcc” ziyarətində  olub  ən yüksək  Hacı 



adını qazanır. 

Hacı Novruzun 3 oğlu: - Alı, Əli və Vəli olub. Onlardan yalnız 

Alının oğlu Məhərrəmin övladı olub: Alı, İslam, Novruz və Suliddin. 

Hacı  Novruz  kişi  kənd  ağsaqqalı  olub,  kəndinin xeyir-şərində 

yaxından iştirak edib, “Həcc” ziyarətindən qayıtdıqdan sonra xeyriy-

y

əçiliklə də məşğul olaraq, Güney məscidin tikilib başa çatmasında 



v

ə  kənd  adamlarından mütəşəkkil ianə  yığılmasında  müstəsna 

xidm

əti olmuşdur. 



H

acı Novruz dərəsində yaşayanları yad etdikdə ilk yada düşən II 

Dünya Müharib

əsinin  (1941-45)  qanlı-qadalı  illərini keçirən, 

Belorusiyan

ın  bataqlıq  meşələrində  “İskra”  partizan  dəstəsinin 

komsomol komit

əsinin katibi olan, faşist almanlara qarşı barışmaz və 

amansız  olan,  cəsarətlə  və  qəhrəmanlıqla  vuruşan,  vətənə  qayıt-

dıqdan sonra, Məhəmməd Məmmədova sən əsirlikdə olmusan deyə 

damğa  vurularaq,  müəllimlikdən qovulan, böyük bir çətinliklə 

poçtalyon  işləyən, dözülməz və  haqsızlıq  münasibətlərdən min-bir 

əzab çəkən Məhəmməd müəllimi  yada salmamaq insafsızlıq olardı. 

Sonralar 1965-

cı ildə Müharibə illərindən 20 il keçdikdən sonra əsl 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə