ƏRŞad namazali



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə25/154
tarix01.02.2018
ölçüsü4,05 Mb.
#22960
1   ...   21   22   23   24   25   26   27   28   ...   154

Horadiz s

əni unutmadım... 

 

 



73 

naqişəsizkeçərdi.Sonralar Kənd Məscidin  yanında,  köhnə  Sovet 



idar

əsinə bitişik binada  çayxana işlədirdi. 

Ağamalının  həyətyanı  evi  və  həyətilə  yanaşı,  Qozluçayın  sol 

sahilinin  yanında  əmisi Calal Quluyevin evi və  bağı  yerləşirdi. 

C.Quluyev k

əndimizdə  müxtəlif illərdə  kolxoz sədri,  pambıq 

briqadiri  işləyib.  Sonralar  qardaşı  oğlu  A.Quluyevlə  birlikdə 

kolxozda dülg

ər  kimi  xeyirxah  işlə  məşğul  olurdu.Bu məhəllədə 

Qozlu çay qırağı evlərdə Rüstəmov Əvəz Humay oğlu və Novruzov 

M

əhərrəm Alı oğlu ailəsi ilə yaşayırdı.  



Bunlardan  aşağıda  ailəsilə  yaşayan 

Əliyev Mehdi – kolxozda pambıq və inşaat 

briqadiri 

işləyərək,  yaxşı və xoş xasiyyətilə 

hörm

ət  qazanıb.  Çox  danışmaqda  da  ona 



çatan  olmayıb.  Bakılı  Mütəllim Məcidov 

adlı çox danışan               

v

ə  kənddə  inşaat  mühəndisi  işləyirdi. O, 



Mehdi  kişiylə  yarışmaq  üçün  onların  evinə 

qonaq  g


əlir.  Qonaqpərvər  Mehdi  kişinin 

evind


ə yeməkdən                                                 

Ağamalı Quluyev 

 

sonra, 



razılıqla  Mehdi  kişi  danışmağa  başlayir.  O,  anası  ilə  Bakıya 

nec


ə getmələrindən, onun üçün velosiped almasından danışır və bir 

d

ə  görürlər  səhər  açılıb,  amma  Mütəllim  kişi  ağzını  açmağa  macal 



tapmayıb. Mehdi kişi deyib ki, sabah arxasını danışaram.  

Müt


əllim  kişi  deyir  ki,  Mehdi  qardaş  sənki mənə  səhərə  qədər 

ağzımı  açmağa  imkan  vermədin, daha 

m

ənim sənə  sözüm yoxdur və  sən qalib 



g

əldin deyir və xudafizləşir. 

Onlardan  aşağı  Quluyev Muradxan – 

k

ənd məktəbində  təsərrüfat  müdiri  işləyirdi. 



Çox h

əmsöhbət və dünya görmüş şəxs idi. 

Əliyev  Mirzalı  –  kolxozda traktorçu – 

mexanizator kimi sad

ə iş adamı idi. Bundan 

başqa  Mirzalı  Fətalı  oğlu  kənd xeyir-şər 

m

əclislərində  Hüseyn  Zülfüqar  oğlu  ilə 



birlikd

ə aşbazlıq da edərdilər. 

 

 

 



Mehdi 

Əliyev

 



Ərşad Namazalı  

 

 



74 

M

əhərrəmov  Əhməd Məmməd  oğlu  –  kolxozda baytar həkim 



kimi f

əaliyyət göstərib, kənd sakinlərin ev heyvanlarının  sağlam-

lığının keşiyində də durardı.  

M

əhərrəmov Turab  Oruc  öğlu  –  kənddə  yük  maşınında  sürücü 



kimi g

ərəkli bir işlə xeyirə-şərə yarayan insan idi. 

       Quluyev Allahver

ən  Tarış  oğlu  bu  məhəllənin  aşağılarında 

ail

əsilə yaşayırdı. 



       

Şükürov  Aqil    Abdulla  öğlu  –  kolxozda traktorçu vəzifəsində 

ışləyərək ailəsini  dolandırıb  və  sadə  bir insan kimi  yada  düşərək 

xatırlanır. 

Şükürov Aqilin qızı Zeynəb Əliyeva qabaqcıl pambıq briqadiri 

kimi, Az


ərbaycan SSR Ali Sovetinin deputatı seçilib.  

Bu m


əhəllədə  yaşayanlar müxtəlif nəsillərin nümayəndələridir: 

İmanovlar,  Namazalılar,  Cəfərovlar,  Allaclılar,  Hüseynovlar,  Qulu-

yevl

ər, Əliyevlər, Məhərrəmovlar, Şükürovlar var idi. 



 

Aralıq yol məhəlləsinin şəhidləri: 

1.

 

Qu

luyev İlqar Muradxan oğlu;  

2.

 

Quluyev M

əzahir Allahverdi oğlu. 

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin. 



 

 

 

ŞAHVERƏNLİLƏR MƏHƏLLƏSİ 

Şahverənlilər məhəlləsı  –  Zaqun dərəsi ilə  Hacı  Novruz  dərəsi 

arasında  olan,  Horadiz  –  Füzuli  şosse  yolunun  şərqində  və  “Rus 

q

əbri”-ndən başlayan yalın aşağı hissəsində yerləşir. 



Bu m

əhəllənin  baş  hissəsində,  Şahverənlər nəslinin böyük və 

üstü d

əmirdən  yaraşıqlı  evləri  olduğuna  görə  bu məhəlləni  “Şah-



ver

ənlilər məhəlləsi” adlandırılıb. 

Şahverənlilərin  XIX  əsrin  axırlarında  Şahverən,  Hacı  Fəhrad, 

M

əhərrəm və Bayram Hüseyn oğullarının birgə iştirakı ilə Qaradağlı 



k

əndindən usta Fərhadı  evi  tikməyə  dəvət  olunur.  Əvvəlcə  dağın 

hündür yerind

ə dağı yararaq ev üçün böyük meydançada, kəndin ən 

görk

əmli yerində, evi tikmək  üçün  Şuşadan  gətirilmiş,  yonulmuş 



guşə daşları ilə inşa etmişlər. Bu daşın hər biri bir qızıl onluğa başa 

g

əlmişdir. 




Horadiz s

əni unutmadım... 

 

 



75 

Uzunluğu 20 metr, eni 14 metr olan kürsülü daşdan, yaraşıqlı və 

dam örtüyü d

əmirdən  evi  tikib  hazır  edirlər. Evin içinə  Gəncədən 

g

ətirilmiş gəclə suvaq çəkilir. İçərisindəki divarlarda mənzərə şəkil-



l

əri, gül və  bülbül  şəkilləri və  cürbəcür  naxışlarla  İran  nəqqaşları 

t

ərəfindən bəzədilmişdi.  Halbuki,  o  vaxtları  kənddə  əksər evlər çiy 



k

ərpicdən, dam örtüyü isə qalın torpaqdan və ya sarı torpaqdan şirə 

ç

əkərdilər. 



Hacı (Mirzə) Fəhrad Çar Rusiyası dövründə Cəbrayıl qəzasında 

dövl


ət məmuru işləmiş və varlı adamlardan olmuşdur. O, şəxsiyyətli 

v

ə  tanınmış,  sözü  keçən,  öz  doğma  kəndinin təəssibin çəkən 



kişilərdən olubdur. O vaxtları Horadiz kəndinin torpaqlarının, dəmir 

yoldan c


ənub tərəflərdə  yerləşən torpaq sahələrini  başqa  kəndlərə

y

əni Qazaxlara və  Əhmədallılara  verilməsinə  razı  olmadığına  görə, 



b

əzi qara qüvvələr  Hacı  Fəhradı  öz  kabinetində  iş  vaxtı  güllə  ilə 

vuraraq q

ətlə yetirmişlər. 

Bu evd

ə  yaşamış  Bayram  Hüseyn  oğlu  şəxsi çəkişmə  qurbanı 



kimi öldürüldükd

ən sonra böyük oğlu Hüseyn analığı Zərəfşanın və 

kiçik  oğlu  Əfsəri isə  xalası  Zərəfşan  İsmayıl  ağaya  (Pirəhmədli 

k

əndindən)  ərə  getmiş  və  öz himayəsində  böyütmüşdür.  Onu  oğul-



luğa  götürərək  soy  adını  dəyişdirb  Cavanşirov  yazdırmışlar.  Əfsər 

Cavanşirov  -  Azərbaycan  İncəsənət  Xadimi  adına  layiq  görülmüş, 

Respublika Komsomolu mükafatı laureantı və Bəstəkarlar İttifaqının 

üzvü olmuşdur.. 

Bu binada yaşamış Allacov Allahverən Həsənqulu oğlu Horadiz 

kolxozunda müxt

əlif vəzifələrdə  calışmışdır.  Onun  kiçik  oğlu  Akif 

Allacov D

əmiryol sistemində şərəfli və uzun yol keçərək, Bakı şəhər 

d

əmir yol vağzalının Baş mühəndisi vəzifəsində çalışırdı. 2011-ci il 



sen

tyabr ayında amansız ölüm onu aramızdan apardı.  

Bu m

əhəllədə  Şahverənlərdən  aşağıda  Hacı  Həzı  oğlu  Cabbar 



kişinin evi vardı. Cabbar kişi kənd ağsaqqalı, kənddə dini mərasim-

l

ərdə yaxından iştirak edərək “Qurani-Kərim”- dən surələr oxuyaraq 



mollalıq edərdi.  

Bundan  başqa  burada:  Əliyevlər, Yusifov-Hacıyevlər,  Əmirov-

lar, V

əliyevlər,  Hüseynovlar,  Əhmədovlar, Novruzövlar və  başqa 



n

əsillərin nümayəndələri yaşayırdılar.  




Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə