ƏRŞad namazali



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə17/154
tarix01.02.2018
ölçüsü4,05 Mb.
#22960
1   ...   13   14   15   16   17   18   19   20   ...   154

Horadiz s

əni unutmadım... 

 

 



49 

yatardılar.  Damın  girəcəyində  sol tərəfdə  kiçik  çubuqlardan 

düz

əldilmiş balaca ağıl da var idi ki, bu ağılda təzə doğulmuş quzu 



v

ə çəpiş saxlayırdılar. Xörəkləri də damın ortasındakı ocağa sacayaq 

üstünd

ə  iri mis qazanlarda  xörək  bişirərdilər. Həyətdə  heyvanlar 



üçün mal tövl

əsi (pəyəsi) və həyətin ortasında isə civirdən toxunmuş 

böyük ağıl vardı ki, burda da qoyunları saxlayırdılar. Ümumiyyətlə 

Namaz babamın 200 qoyunu, 10 qaramalı və 2 atı vardı. Qoyunlarını 

H

əsənov  Şamxal,  Namazalıyev  Şəmil və  Novruzov  Alı  otarırdılar. 



H

əyətin qabaq yuxarı hissəsində 10 metr dərinlikdə quyu qazılmışdı. 

Quyunun dibind

ə geniş dairəvi bir metr hündürlüyündə taxça vardı. 

Mal v

ə  qoyun kəsdikdən sonra onun ətini  öz  yağında  qovurardılar, 



yığardılar iri küplərə və məni o quyuya sallayardılar, mən də həmin 

dolu küpl

əri düzərdim  yandakı  taxçalara.  Qışda  babam  bizə  o 

quyunun için

ə qar tökdürərdi, həmin qar yaya qədər orda qalardı. Bu 

da olardı onların təbii soyuducusu. 

Yayın  o  isti  vaxtlarında  məni  sallayardılar  quyunun  içinə, çox 

soyuq olduğundan üşüyürdüm və orda olan qovurma ətdən müəyyən 

q

ədər çıxarıb xörək bişirərdilər. 



Namaz baba qorxmaz v

ə  şücaətli olaraq heç bir kəsdən 

ç

əkinməzdi, sözünü dik üzə deyən idi. Günlərin birində əsəbi vaxtı 



ağına-bozuna baxmadan Rus çarı Nikolayı möhkəm söyüb və bunu 

tutub Şuşa qazamatına salırlar. Az sonra Sovet hakimiyyəti qurulan 

kimi  dustaqların  şəxsi  işini  araşdıranda  deyiblər  ki,  Rus  çarını 

söyübs


ə  bu  bizim  adamdır  və  açıb  buraxıblar.  Sovetlər dövründə 

varlı  adamlara  “qolçomaq”  damğası  vurub  güllələyirdilər, amma 

Namaz babamı buna görə toxunmurdular.  

Namaz babam k

ənd  aqsaqqalı  kimi,  kəndimizin xeyir-şərində 

yaxından iştirak edərdi. O, xasiyyətcə söyüşkən olub, kənd camaati 

onu yaxşı tanıdıqları üçün onun söyüşündən heç kəs inciməzdi. Ona 

gör


ə ki, kimi tənbeh etsəydi səbəbsiz olmazdı. Məsələn: - birinin evi 

köhn


ə, uçuq, çəpəri sökük isə və ya kimsə ağır həyat tərzi keçirirdisə, 

t

əkcə  ev yiyəsini yox, elə  qonşuları  da  çağırıb  söyərdi;  - 



“Görmürsünüz  qonşunuzun  evi  bərbaddır,  imkanı  yoxdur,  gəlin 

yığışaq kömək edək, yardım edək abadlaşdıraq”.  

Bununla da o, özün

ə təsəlli tapardı.  




Ərşad Namazalı  

 

 



50 

Ona  gör

ə  də  mən  üzərimə  böyük  məsuliyyət  götürərək  Baba-

lardan v

ə  babaların  adından  danışmaq  istəyirəm. O, babalardan 

danışmaq  istəyirəm  ki,  onlar  xalqımızın  müdrikliyidir,  qədim 

torpağımızın  qiymətli zərrəsidir, tariximizin solmaz səhifəsidir.  O 

babalardan  ki,  yalnız  bizim  keçmişimiz  deyil,  eyni  zamanda  in-

dimiz, h

əm də gələcəyimizdir. O babalar ki, ömür yolları həyatdan 

uzaqlaşdıqca, özləri həyata yaxınlaşır, fikircə, əqidəcə bu günə da-

ha möhk

əm  tellərlə  bağlanırlar.  Çünki,  baba  olmaq  yalnız  övlad, 

n

əvə sahibi olmaq deyil. Baba olmaq uzun, çətin, mürəkkəb həyat 

yolu keçm

ək deməkdir. Baba olmaq xoşbəxtlikdir, ona görə ki, sən 

ömrünün,  gününün  barını  dərirsən,  oğul-qız  toyuna  sevinirsən, 

n

əvə  şirinliyini  dadırsan.  Ancaq  babanın  sevinci  də  böyükdür, 

qayğıları da. Çünki baba bir ömür yox, sanki üç ömür yaşayır. 

Özünün, övladlarının, nəvələrinin. Hər ömür parçasının da öz 

rahatlığı, öz narahatlığı, öz razılığı, öz narazılığı var. 

M

ən nə  qədər ki, cavan idim, baba deyildim,  babaların 

m

əclısınə  düşəndə,  onların  nəvələr  haqqında  söhbətlərinə  qulaq 

asırdım və təəccüblənirdim ki, görəsən bu ağsaqqal kişilər əl boyda 

n

əvələrini niyə  belə  tərifləyir,  onlardan  niyə  belə  ağız  dolusu 

danışırlar. 

Doğrusu, bu məhəbbətin səbəbini aydın dərk edə bilmirdim. . 

Görürs

ən bir baba deyir: - Nəvə şirin olur, lap bal kimi! 

O  birisi  razılaşmır:  -  Canım,  bal  nədir,  bal  adamın  ürəyini  

vurur, bu 

ayrı cür şirinlikdir, doymaq olmur ki, olmur. 

Bir m

əclisdə ağsaqqal kişinin nəvə şirinliyi haqqındakı sözləri 

indi d

ə yadımdadır: - Hesab eləyin ki, adamın bankda pulu var, bu 

pul da h

ər ay faiz gətirir. Bax, bu faiz pulun özündən şirin olur. 

N

əvə də bizim övladlarımızdan gələn faizdir. 

B

əli, nahaq yerə deməyiblər ki, dövlətdə dəvə, övladda nəvə. 

Qardaş  mən deyərdim ki, indi zaman dəyişib,  nə  dövlət var, 

n

ədə  dəvə. Mənə  qalsa, nəvələr  haqqında  türklər  yaxşı  deyiblər: 

“Balamın balası, ürəyimin parası”. 

 


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə