Ərşad Namazalı
142
Horadiz k
ənd xəstəxanasının nəzdində Dördçinar kəndində
açılmış tibb məntəqəsində tibb bacıları: - Tənzilə Nəcəfova və
M
ədinə Xələfova fəaliyyət göstərirdilər.
KƏND MƏDƏNİYYƏT EVİ
K
ənd Mədəniyyət evi – kəndin mərkəzində, kənd Məscidindən
şimal-qərbdə, Qozlu çayın şərqində Məşədi Abdullanın evinin
yerind
ə tikilən, kəndin ən böyük binalarından biridir.
1960-c
ı ildə Horadiz kolxoz sədri Suruş Fərhadovanın təşəbbüsü
il
ə və şəxsən başçılığı ilə kolxoz İdarə heyyətində kənddə yeni
M
ədəniyyət evinin inşa edilməsi haqqında qərar qəbul edilir. Eyni
zamanda XX-
əsrin əvvəllərində ən varlı və tanınmış adamlarından
olan M
əşədi Abdullanın torpağında yaşayan oğlu Təbriz Məm-
m
ədovu və qızı Günəş Məmmədovanı oradan başqa yerə, kolxoz
hesabına köçürülməsi haqda qərar qəbul edilir. Qurdlu bulaq məhəl-
l
əsində, Dəyirman boynunun qərb tərəfində yer ayrılır və Təbrizin
ail
əsinin yaşaması üçün kolxoz hesabına ev tikiilir. 1963-cü ildə
göz
əl, yaraşıqlı və iki mərtəbəli, uzunluğu 35 metr, eni 25 metr
ölçüd
ə geniş və işıqlı Mədəniyyət evi tikilib istifadəyə verilir. Bu
binada 400 n
əfərlik iclas və konsert zalı var idi. Şərq tərəfində olan
hiss
əsinə kolxozun idarə heyyəti və kənd kitabxanası da fəaliyyət
göst
ərirdi. Bu kitabxanada Yaqut Cabbarova müdir işləyirdi..
Bu M
ədəniyyət evində dəfələrlə Respublikanın tanınmış
inc
əsənət ustalarının iştirakıilə böyük konsertlər təşkil edilirdi. Tez-
tez Füzuli Xalq teatrının artistlərinin iştirakı ilə teatr tamaşaları kənd
z
əhmətkeşləri qarşısında göstərilirdi. Bundan başqa burada kolxozun
idar
ə heyyətin geniş iclasları, təntənəli bayram yığıncaqları və digər
t
ədbirlər də keçirilirdi.
1975-ci
il mayın 9-da Mədəniyyət evi qarşısında 1941-45-ci illər
II- Dünya Müharib
əsinin Qələbə bayramı günü bizim kəndimizdən
h
əlak olanların şərəfinə inşa edilmiş abidə kompleksinin açılışı oldu.
Horadiz s
əni unutmadım...
143
K
ənd Mədəniyyət evinin şimaldan görünüşü
1992-ci ild
ə Qarabağ Müharibəsi Şəhidi həmyerlimiz Qurban
Namazalıyevin şərəfinə Mədəniyyət evinin qarşısında da abidə büstü
qoyulmuşdur.
KƏND KOLXOZ İDARƏSİ
(keçmiş binası)
Keçmiş kolxoz idarəsi – Qozlu çay kənd körpüsündən 50 metr
şimal-qərbə tərəf, Qarağan təpənin şimalında, Kənd klubu ilə yan-
yana yerl
əşən binadır. Bu binanın sahibi Tanrıverdi kişi varlı-hallı
olub v
ə Sovet rejimi qolçomaq
möhürü vuraraq, onu represiya qur-
banı edib və evini müsadirə edərək kolxozun sərəncamına verilib.
Bu binada kolxozun idar
ə heyəti və kənd kitabxanası yerləşirdi.
O kitabxanada Dilar
ə Rzayeva Balaca qızı işləyirdi. Dilarə xanım
çox kitab sev
ən idi. Hansı məzmunda istəsən o dəqiqə kitab seçərdi.
Biz m
əktəblilər əsasən ondan yayda, məktəb tətili zamanı kitablar
alıb oxuyardıq.
Binanın şərqə tərəf otaqlarda isə barama qurdu becərilirdi.
Ərşad Namazalı
144
1965-ci ild
ə yeni Mədəniyyət sarayı inşa edildikdən sonra,
kolxoz idar
ə heyəti və kitabxana ora köçürüldü.
Keçmiş kolxoz binası isə kənd aptekinin sərəncamına verildi və
bu aptekd
ə Adilə Əsəd qızı işləyirdi.
H
əmin bu binada həm də barama qurdu yetişdirib hər il may
ayının əvvələrində kolxozçulara 1 qutu norma paylayırdılar. Barama
qurdlarını körpə ikən I-yuxuya kimi tər tut yarpaqları doğrayaraq, II-
yuxuya kimi t
ər tut yarpaqları ilə, III-yuxuda tut yarpağı xırda
budaqlarla, IV-yuxuda iri tut budaqlarla v
ə nəhayət V-yuxuda tut
budaqları şaxlı şəkildə yedizdirib bəslənərdi. Qurdlar saralıb
yetişərdilər və onların üstünə çox qanadlı budaqlar, həm də türpənk
bitk
isi döşəyərək basdırıb və bir həftəyə qədər qurdlar barama
sarıyardılar. Tənəkəçilər isə baramanı dərərdilər və aparıb onu
dövl
ətə təhvil verərdilər.
Bu binanın qarşısında Böyük Sovetlər ölkəsinin başçısı İosif
Vissarionoviç Stalinin büstü yerl
əşirdi. 1953-cü ildə İ.V.Stalinin
ölümünd
ən sonra hakimiyyətə gəlmiş Nikita Sergeyeviç Xruşşovun
rejimi dövründ
ə onun büstü o binanın qarşısından 1954-cü ildə
götürüldü v
ə həmin binanın zirzəmisində saxlanılırdı.
KƏND ORTA MƏKTƏBİ
1881-ci ild
ə Horadiz kəndində ilk savad məktəbi açılmışdır.
M
əktəbin açılmasında və fəaliyyət göstərməsində, maliyyə cəhətdən
C
əbrayıl qəzasından gəlmiş Molla Məhəmmədin böyük əməyi
olmuşdur. Çünki onun 2 qızı burda dərs alırdı. Məktəb indiki kənd
m
əscidinin sol yan tərəfində olub və
civird
ən divarları hörülmüş, üstü
is
ə qamışla döşənmiş çavıstanda yerləşirdi. Məktəbdə ilk dərslər dini
d
ərs olub, həmin dərsi Molla Möhsün Xudaverdi oğlu Axundzadə
deyib, qalan d
ərslər isə savad müəllimləri keçirmiş. Molla Möhsün
dini qanunları mükəmməl bildiyinə görə həmişə kənd camaatı
arasında böyük hörmətə sahib olub.
Bu m
əktəbdə oxumuş Seyid Şuşinskinin birbaşa maliyyə
yardımı ilə 1904-cü ildə natamam “Rus-tatar” məktəbi açılıb.