ƏRŞad namazali



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə54/154
tarix01.02.2018
ölçüsü4,05 Mb.
#22960
1   ...   50   51   52   53   54   55   56   57   ...   154

Horadiz s

əni unutmadım... 

 

 



171 

 

K

əndimizin bir küçəsinin görünüşü 

 

İnanıram  ki,  doğma  torpaqlarımızdan  qovulan  adamlarımız  öz 



doğma  torpaqlarına,  elinə-obasına  qayıdıb, o  xarabalığa çevrilmiş 

k

əndlərini,  evlərini,  həyətyanı   bağlarını,   yollarını,   məscidlərini, 



m

əktəb və  kitabxanalarını,  idarə  və  mədəniyyət  saraylarını,  xəstə-

xanalarını,  bulaq  və  kəhrizlərini, abidələrini və  ziyarət  ocaqlarını 

yenid


ən abadlaşdırıb əvvəlki yaşayış ritminə qaytaracaq.  Amin!.. 

 

Əziz oxucular, indi sizlərə Horadiz kəndimizdə olan 



yer  adlarını  əlifba sırası ilə təqdim edirəm: 

 

ABDULKƏRİM     DƏRƏSİ 

Abdulk

ərim dərəsi  –  Hüngütlü kəndinin  şimalında,  Musabəyli 



k

əndi ilə  həmsərhəd  ərazidə  olan yerdir. Bu Hüngütlü kəndinin 

ağsaqqalı  Abdulkərim  kişinin  adı  ilə  bağlıdır.  Deyilənə  görə  çox 

ağıllı və kəndinin xeyir-şərində yaxından iştirak edən olub. 

Abdulk

ərim kişi XX-əsrin əvvəllərində yaşamış və Musabəyli ilə 




Ərşad Namazalı  

 

 



172 

Hüngütlü k

əndi arasındakı dəqiq sərhəddi təyin etdiyinə görə bu dərə 

“Abdulk


ərim dərəsi” adı ilə adlandırılmışdır. 

 

ABDÜLRƏHİM   DƏRƏSİ 

Abdülr

əhim dərəsi  –  Hüngütlü kəndi  ərazisində  olub, Həmin 



k

əndin şərq tərəfində yerləşən dərədir. 

Bu d

ərəyə  Abdülrəhim  adı  verilməsilə  əlaqədər belə  rəvayət 



edirl

ər ki, Dördçinar  kəndində  yaşamış  ən  varlı  şəxsi  olan  Hacı 

Şüleyman Xələfovun təsərrüfatında çalışan 3 nəfər iranlı nökər olub 

v

ə  bir müddət  işlədikdən sonra nökərlərdən Abdülrəhimin    Hacı 



Şüleymanın  qızına  gözü  düşüb.  O,  nökər həmkarlarına  öz  istəyini 

danışıb.  Belə  qərara gəliblər  ki,  bunu  Hacıya  elçi  kimi  təqdim 

etsinl

ər, düşünürlər ki, Hacı razı olsa onlar burada məskən salarlar. 



M

əsələni  Hacıya  açanda  o,  bunlara  deyib  ki,  nəyiniz var bir öküz 

arabasına  yığın  və  kəndi həmişəlik tərk  edin.  Hacının  adamları 

Abdülr


əhimi və  onun nökər  dostlarını  bu  dərədən  yola  salıblar. 

Ondan sonra bu d

ərəyə Abdülrəhimin getdiyi dərə adı ilə deyilib. O 

vaxtdan indiy

ə kimi bu yerə Abdülrəhim dərəsi adı kimi tanınıb. 

 

AB



IŞLI   BAĞI 

Abışlı  bağı  –  Horadiz kənd qəbiristanlığı  ilə  Təpə  kəhriz 

arasında və Dəli çayın sağ sahilində yerləşən enli yarpaqlı, calaq tut 

ağaclarıdır.  Bu  bağ  Abışlıların  (Sultanovların)  barama  qurdu 

yetişdirmək üçün xüsusi bağıdır. Bağda iri qara və şirin tutları vardı. 

Sonralar  bu  bağın  üst  tərəfində  Araz  çayından  yuxarı  kəndlərə 

boru

larla  su  vurmaq  üçün  iri  nasos  qurğuları  qurulmuşdu.  Eyni 



zamanda iki m

ərtəbəli 12 mənzilli ümumi yaşayış binası da tikilmişdi. 

Bu binada N

əcəfov  Fazil,  İsmayılov  Əliağa,  İsmayılov  Ramil, 

Rüst

əmov  Tofiq,  Sultanov  Qurban,  Mehdiyev  Qasım,  Mehdiyev 



Nazim, V

əliyev Müseyib, Orucov Qurban, Xələfov  İmran, Səfiyev 

F

ərman və  Yusifov  Akif  aılələri ilə  birlikdə  yaşayırdılar.  Həmin 



binada  Sultanov  Ağalar  Həmid  oğlunun  yeməkxanası  da  fəaliyyət 

göst


ərirdi. 

 

 




Horadiz s

əni unutmadım... 

 

 



173 

AĞIL     DƏRƏSİ 

Ağıl dərəsi – Horadiz qəbiristanlığının şimalında, Abışlı bağının 

q

ərbindəki və Kərbəla Babaş dərəsinin cənubunda yerləşən dərədir. 



B

əzi coğrafi adların tərkibində iştirak edən “ağıl” sözü, “gecələr 

qoyun saxlanan yer” m

ənasında adlandırılmışdır. 

Oronim 

ağıl  (qoyun,  quzu  yatağı)  və  dərə  (çuxur) sözlərindən 

düz


əlib, “qoyun-quzu yatağı olan dərə) anlamı bildirilir.     

“Ağıl dərə” coğrafi adı Dördçinar kəndi yaxınlığında da vardır. 

Ağıl dərənin ətəyində Abışlı bağın üstündə kolxoz həmişə qabaqlar 

bostan 


əkdirərdi. Bu bostanda gözətçilər:  -  Mahmudov  Ələkbər və 

İmanov Hümbət olardı. 

Qabaqlar  ağsaqqallar  və  yaşlılar  biri-birilə  mübahisədə  deyər-

dil


ər: “Səni Ağıl dərəsinə göndərmək lazımdır”. Yəni ki, axirətdə, o 

dünyada ağıllanarsan, daha doğrusu qəbirdə. 

Deyil

ənə  görə,  həmən bu dərədə  qabaqlar  qoyun  ağılları    var 



imiş  və  ona görə  də  Ağıl  dərəsi  adı  verilmişdir.  İkinci  mənası    isə 

q

əbirsanlığın yaxınlığında olduğuna “ ora gedən ağıllanar” demişlər. 



 

ALI   ÖKÜZ   DƏRƏSİ 

Alı  öküz  dərəsi  –  Teşnək  əkin sahəsinə  aid olub, Horadiz 

k

əndinin  şimali-qərbində, Dəli  çayın  sağ  tərəfində, kənddən 3 km 



aralı  bir  yerdir.  Alı  öküz  dərəsində  80 hektar əkilən dəmyə  torpağı 

var. Bu d

ərə cütçü Alı kişinin adı ilə bağlıdır. 

Onun  haqqında  yerli  ağsaqqallardan  eşitmişəm ki, qabaqlar  

cütçü 

Alı  kişi  öz  həmkəndliləri ilə  səhər tezdən öküzləri  qoşub 



h

əmən bu dərəyə gəlib torpağı xışla (kotanla) şumlayarmış. Günlərin 

bir gününd

ə Alı kişi tezdən durub görür ki, öküzün biri yoxdur. Ora 

öküz, bura öküz, amma öküzd

ən bir xəbər çıxmır. Alı kişinin  əkin 

yoldaşları məcbur olub, öz öküzlərilə onsuz Teşnəyə yer şumlamağa 

gedirl


ər.  Teşnəyə  çatanda görürlər  ki,  Alı  kişinin  öküzü  buradadır. 

Dem


ə öküz hər səhər bura gəldiyindən adətkarda olub və öküz açıq 

olduğundan  adəti üzrə  tək  başına  gəlibmiş.  Alı  kişinin  həmkarları 

x

əbər göndərirlər  ki,  Alı  sənin  öküzün  burdadır.  O,  da  tək qalan 



öküzü il

ə gəlir bu dərəyə və işə başlayır. Elə o gündən  də bu dərənin 

adı “Alı öküz dərəsi” adlandırılıb və indiyə qədər bu ad yaşayır. 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə