Ə.Ş. Abdinov, R. F. Mehdiyev, T. X. HÜseynov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə38/40
tarix05.02.2018
ölçüsü0,99 Mb.
#25168
1   ...   32   33   34   35   36   37   38   39   40

 

150 

VI FƏSİL 

AZƏRBAYCANDA FİZİKİ ELEKTRONİKA 

 

§6.1. Elmi mühitin formalaşması 

 

Azərbaycan  Respublikasında  fizika  sahəsində  funda‐



mental  tədqiqatların  başlanması  hələ  1920‐ci  illərə  təsadüf 

etsə  də,  fiziki  elektronika  sahəsində  elmi  araşdırmalar 

yalnız 50‐ci illərin əvvəllərindən başlanmışdır və akademik 

H.B.Abdullayevlə  prof.  Q.I.Əfəndiyevin  adı  ilə  bağlıdır. 

Belə ki, 1948‐ci ildə «Elektron yarımkeçiricilərində anod polya‐

rizasiyasının  temperatur  asılılığının  tədqiqi

»  mövzusunda 

namizədlik, 1957‐ci ildə isə keçmiş SSRİ EA‐nın Leninqrad 

(hal‐hazırda  Sankt‐Peterburq)  Fizika‐Texnika  İnstitutunda 

böyük  praktiki  əhəmiyyət  kəsb  edən  selen  yarımkeçiricisi 

və  onun  əsasında  hazırlanmış  düzləndiricilərin  tədqiqinə 

dair  doktorluq  dissertasiyası  müdafiə  etmiş  H.B.Abdul‐

layev  burada  yarımkeçiricilərin  elektronikası  sahəsində  ilk 

tədqiqatlar  aparmağa  başlamışdır.  Həmin  dövrdə  yenicə 

yaranmış  Azərbaycan  EA‐nın  Fizika‐Riyaziyyat  İnstitutun‐

da  kiçik  elmi  işçi  vəzifəsindən,  H.B.Abdullayev,  sonralar 

yaranmış  müstəqil  fizika  institutunun  direktoru,  Azərbay‐

can EA həqiqi üzvü, prezidenti vəzifəsinə, SSRİ EA müxbir 

üzvlüyünə  qədər  səmərəli  və  şərəfli  bir  yol  keçmişdir. 

H.B.Abdullayevin  rəhbərliyi  ilə  qısa  müddət  ərzində 

Azərbaycanda  fiziki  elektronika  sahəsində  çox  böyük  işlər 

görülmüş  –  selen  və  selen  düzləndiriciləri  tədqiq  edilmiş, 

selenidlərin  xassələri  öyrənilmiş,  halkogenid  (A

3

B

6



,  A

1

B



6

A



1

C

3



B

6

)  və  qeyri‐halkogenid  yarımkeçirici  birləşmələrin, 



onların bərk məhlullarının və nazik təbəqələrinin, bu kristal  

 

151 



Həsən Məmmədbağır oğlu  

Abdullayev (1918‐1993) 

Dünya  şöhrətli  tədqiqatçı  alim,  elm  təş‐

kilatçısı,  pedaqoq  və  ictimai  xadim,  fizika‐

riyaziyyat  elmləri  doktoru  (1954),  professor 

(1957)  Azərbaycan  EA  həqiqi  üzvü  (1968), 

SSRİ  EA  müxbir  üzvü  (1970).  Azərbaycan 

Dövlət  Universitetində  SSRİ  məkanında  ilk 

«Yarımkeçiricilərin  fizikası»  kafedrasının 

yaradıcısı  (1956)  və  onun  müdiri  (1956‐

1958),  Azərbaycan  EA  Fizika  İnstitutunun 

direktoru  (1957‐1993),  Azərbaycan  EA 

Prezidenti  (1970‐1983).  Azərbaycanda  bərk 

cisim elektronikası və yarımkeçiricilər fizikası elmi məktəbinin təməlini 

qoymuş,  bu  məktəbin  Beynəlxalq  miqyasda  tanınan  səviyyəyə 

yüksəlməsinə  nail  olmuşdur.  20‐ə  qədər  monoqrafiyanın,  mindən  çox 

elmi  məqalənin  və  ixtiranın  müəllifi,  100‐dən  artıq  namizədlik  və 

doktorluq dissertasiyasının elmi rəhbəri olmuşdur. 

 

və  nazik  təbəqələr  əsasında  yaradılmış  müxtəlif  tip  p‐n 



keçidli homo‐ və heterostrukturlar tədqiq olunmuş, yüzdən 

çox funksional element və qurğular (düzləndirici diodların, 

günəş  fotoelementlərinin,  termoelektrik  qurğularının, 

tenzoqeydedicilərinin,  çeviricilərin,  lüminessensiya  işıq 

mənbələrinin,  yaddaş  elementlərinin,  mikrosoyuducuların) 

ixtira  edilmiş,  Azərbaycan  Dövlət  Universitetində  Yarım‐



keçiricilər fizikası

 kafedrası yaradılmış və Beynəlxalq nüfuza 

malik bir elmi məktəb formalaşmışdır. 

Sonrakı  illərdə  bu  istiqamətdə  işlər  davam  etdirilmiş 



Ozon

,  Kaspi,  Azov,  Iskra  kimi  elm‐istehsalat  birlikləri,  Foto‐



elektronika

 və Radiasiya Problemləri İnstitutları kimi elmi‐təd‐

qiqat  institutları  yaradılmış,  həmin  müəssisələrdə  hərbi  və 

xüsusi  təyinatlı  yarımkeçirici  cihazların  yaradılması,  tədqi‐




 

152 

qi və istehsalı ilə bağlı elmi‐tədqiqat işləri aparılmışdır. 

Bərk cisimlərin elektronikası və bərk cisim elektronikası 

sahəsində  Respublikanın  ali  təhsil  məktəblərində  də  böyük 

işlər  görülmüşdür.  Bakı  Dövlət  Universitetinin  kafedra  və 

elmi‐tədqiqat  laboratoriyalarında  qızmar  elektron  effektləri, 

qismən  nizamsız  kristallarda  elektron  prosesləri,  optik  və 

elektrik  yaddaş  elementləri,  lüminessent  işıq  mənbələri,  bi‐

stabil və astanalı çeviricilər, optik kontakta gətirməklə yara‐

dılmış  heterostrukturlar,  nazik  yarımkeçirici  təbəqələr,  qey‐

ri‐xətti optik və fotoelektrik effektlər, kvant elektronikası (iki 

və  üç  səviyyəli  sistemlərdə  lazer  şüalanmasının  tədqiqi) 

sahəsində  Beynəlxalq  miqyasda  tanınan  fundamental  işlər 

görülmüş,  müxtəlif  işıq  qəbulediciləri,  injeksiya  işıq  mən‐

bələri, çeviricilər ixtira edilmişdir. 

Azərbaycan  Respublikasında  fiziki  elektronika  –  alçaq 

temperaturlu  plazma  və  qaz  boşalması  elektronikası  istiqa‐

mətində  də  inkişaf  etmişdir.  Qeyd  etmək  lazımdır  ki,  bərk 

cisimlərin  elektronikası  və  bərk  cisim  elektronikası  sahə‐

sindəki elmi və praktiki nailiyyətlərlə müqayisədə plazma və 

qaz  boşalması  sahəsində  görülən  işlər  müəyyən  qədər  gü‐

zəştə getsə də lakin onun da ölkəmiz, xalqımız eləcə də Bey‐

nəlxalq  elm  ictimaiyyəti  qarşısında  xidmətləri  danılmazdır. 

Belə  ki,  1955‐ci  ildə  Moskva  Dövlət  Universitetinə  plazma 

fizikası sahəsində namizədlik dissertasiyası müdafiə edərək, 

Azərbaycan  Dövlət  Universitetində  elmi‐pedaqoji  işə  başla‐

mış  Qafar  İbrahim  oğlu  Əfəndiyev  fəaliyyətinin  ilk  günlə‐

rindən Azərbaycan Respublikasında elm və texnikanın, eləcə 

də  sənayenin  aparıcı  və  istiqamətverici  sahələrindən  biri 

olan fiziki elektronika üzrə biliklərin gənc nəslə tədrisinə, ali 

və yüksək ixtisaslı milli kadrların hazırlanmasına ciddi diqqət  

 

153 



Qafar İbrahim oğlu Əfəndiyev 

(1924‐1997) 

Görkəmli  alim,  pedaqoq,  elm  və  təhsil 

təşkilatçısı. Azərbaycan Dövlət Universitetini 

(1951)  və  Moskva  Dövlət  Universitetinin  as‐

piranturasını (1954) bitirmiş, ömrünün sonu‐

nadək  Azərbaycan  Dövlət  Universitetində 

elmi‐pedaqoji  fəaliyyət  göstərmişdir.  Azər‐

baycanda qaz boşalması və plazma elektroni‐

kası sahəsində ilk elmi tədqiqatları başlamış, 

bu istiqamətdə layiqli elmi məktəb formalaş‐

dırmışdır. Bakı Dövlət Universitetində Fiziki 

elektronika  kafedrasını  yaratmış  (1970)  və  uzun  müddət  onun  müdiri 

olmuşdur  (1970‐1992).  Fizika‐riyaziyyat  elmləri  doktoru  (1975), 

professor  (1977),  Elmi‐pedaqoji  fəaliyyəti  dövründə  15  namizədlik 

dissertasiyasına  rəhbərlik  etmiş,  1  monoqrafiyanın,  100‐dən  çox  elmi 

məqalənin müəllifi olmuşdur. 

 

yetirmiş, bu istiqamətdə bütün vasitələrdən istifadə etmiş və 



nəticədə,  həmin  sahədə  Respublikada  böyük  elmi  potensial 

yarada  bilmişdir.  O,  həmin  dövrdə  nəinki  keçmiş  Sovetlər 

İttifaqı  məkanında,  eləcə  də  bütün  dünyada  plazma  fizikası 

və fiziki elektronikanın digər sahələrində böyük nüfuza malik 

görkəmli  alimlərdən  prof.  V.L.Qranovskiy  (SSRI  EA, 

Energetika  İnstitutu),  A.V.Nedaspasov  (SSRİ  EA,  Yüksək 

Temperaturlar  Fizikası,  Atom  Enerjisi  İnstitutu),  E.I.Asınov‐

skiy  (SSRİ  EA,  Yüksək  Temperaturlar  Fizikası),  L.N.Dobret‐

sov  (SSRİ  EA,  Fizika‐Texnika  İnstitutu),  M.V.Qomoyunova 

(SSRİ  EA,  Fizika‐Texnika  İnstitutu),  M.A.Yelşayeviç  (Belaru‐

siya  EA,  Fizika  İnstitutu),  S.E.Friş  (Leninqrad  Dövlət  Uni‐

versiteti),  Y.M.Kaqan  (Leninqrad  Dövlət  Universiteti), 

L.A.Sena (SSRI EA, Sabit Cərəyan İnstitutu), S.M.Rıvkin (SSRİ 

EA,  Fizika‐Texnika  İnstitutu),  M.Davıdoviç  (Ukrayna  EA, 




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə