Uşaqlar üçün Keyfiyyət
tərəfindən uşağın mənşəyi və keçmişi barədə dolğun məlumat alır
Uşaqla sabit münasibətlər qurmaq və onları qoruyub saxlamaq üçün üçün qayğı təşkilatı
tərbiyəçini təlim edir və daima dəstəkləyir
2. Tərbiyəçi uşağa sabit münasibətlər qurmaq imkanı verir
Tərbiyəçı yaxın, dürüst, məxfi və sabit münasibətlərin qurulması üçün anlaşma və hörmətə
əsaslanan dəstəkverici mühit yaradır.
3. Tərbiyəçi hər bir uşağa fərdi yanaşır
Tərbiyəçi hər zaman uşağın mənşəyini, fərdi ehtiyaclarını, qabiliyyətini və qavrama səviyyəsini
nəzərə alır.
C) Həyəcan siqnalları
•
Tərbiyəçi-uşaq münasibətlərində qarşılıqlı anlaşma və hörmət çatışmır
•
Uşaq haqda məlumatların sızması halları baş verir
•
Uşaq tərbiyəçini özündən uzaqlaşdırır.
•
Tərbiyəçilər arasında axın (tərbiyəçilərin dəyişməsi) yüksəkdir.
37
Uşaqlar üçün Keyfiyyət
Standart 11 Uşaq onun həyatına birbaşa təsir göstərən
qərarların qəbul edilməsində fəal iştirak
etmək hüququna malikdir
Uşaq öz həyatı ilə bağlı məsələlərdə ekspert qismində qəbul olunur. Uşaq dinlənilir,
məlumatlandırılır, onun fikirləri nəzərə alınır, onun dözümlülüyü güclü potensial kimi
qəbul olunur. Uşağın öz hissləri və təcrübəsi ilə bölüşməsi dəstəklənir.
“Mənim bir çox tərbiyəçilər tərəfindən aldığım dəstək çox vacib idi (...) Çox vacibdir ki,
tərbiyəçi sənin vacib olduğunu, sənin həyatda nəsə qazana biləcəyini söyləyir. Düşünürəm ki,
tərbiyəçilər həyatda məni ən çox qiymətləndirən və dəstəkləyən insanlar olmuşlar (…) Onlar
hər zaman mənə dəstək olmuşlar (sosial elmlər istiqamətində uiversitet dərəcəsini seçməyimdə).
Onlar heç vaxt mənə qarşı çıxmamışlar.
(İspaniyalı qız, kod 28.02.01)
A) Öhdəliklər
Uşaq Müdafiə Xidməti
•
Uşağın onun həyatına birbaşa təsir göstərən bütün qərarların
qəbulunda iştirak etməsinə nəzarət edir.
Qayğı təşkilatı
•
Iştirakın qayğı göstərmə prosesinin ayrılmaz hissəsi olmasını
təmin edir.
Tərbiyəçi
•
Uşağa həyatına birbaşa təsir göstərən qərarlar qəbul etmək
imkanı verir
•
Uşağın iştirakını fəal surətdə dəstəkləyir.
B) Qaydalar
1. Qayğı təşkilatı uşağın iştirakını dəstəkəyir
Qayğı təşkilatı:
•
uşağın iştirakı üçün tələb olunan resursları təmin edir;
•
uşağın fəal iştirakını təmin edən müxtəlif alətləri yaradır və onları tətbiq edir;
•
işçiləri cəlb etməklə işitrakçı yanaşmanı dəstəkləyir;
•
uşağın iştirakını dəstəkləmək məqsədilə qayğı prosesinə cəlb olunmuş bütün
tərəflərin peşəkar
səviyyədə təlim olunduqlarını təmin edir
38
Uşaqlar üçün Keyfiyyət
2.Tərbiyəçi uşağın fəal iştirakını dəstəkləyir
Tərbiyəçi:
•
uşağı onun hüquqları və onun həyatına dair bütün məsələlər haqda məlumatlandırır
•
həyatına dair qərarların qəbul olunmasında uşağı dinləyir və onu dəstəkləyir
3. Tərbiyəçi uşağın qabiliyyətinə, onun tam potensialına inanır və onu dəstəkləyir
Tərbiyəçi:
•
uşağın potensialını müəyyən edir və uşağı öz gücündən istifadə etməsində,
onu inkişaf
etdirməsində dəstəkləyir
•
uşağın şəxsiyyətinə hörmət edir, onun fikirlərini nəzərə alır və müstəqi həyata can atmasını
dəstəkləyir
•
Uşağın ehtiyaclarına maraq göstərərək uşağın nə qədər vacib olduğunu nümayiş etdirir
C) Həyəcan siqnalları
•
Iştirak alətləri yaradılmamış və/və ya istifadə olunmamışdır
•
Uşaq onun həyatına aid qərarların qəbulunda iştirak etmir
•
Uşaq
hiss edir ki, onun potensialı qəbul olunmur və dəstəklənmir
•
Uşaq hiss edir ki, onu dinləmirlər və/və ya anlamırlar
•
Uşaq özünü bəzi məsələlər və öz hüquqları haqda kifayət qədər məlumatlı hiss etmir
39