Başqa qrup alimlər A
2
qatının rəngsizləşmə
səbəbini mineralların parçalanması və onların
aparılmasında deyil, torpağın üst qatının vaxtaşırı
(mövsüm) qleyləşmə şəraitində görürlər.
Torpağın üst hissəsinin su ilə doyması zamanı
dəmir elementi, mütəhərrik dəmir iki oksid formasına keçir
və qat rəngsizləşir, bu qata havanın oksigeni daxil
olduqda isə, dəmir narın dəmir üç oksid konkresiyaları
şəklində məhluldan çökür. Lakin səthi qleyləşmə prosesi
ilə podzollarda qalın illüvial qatının əmələ gəlməsini izah
etmək olmaz. Hazırda müəyyən edilmişdir ki, səthi
mösümi qleyləşmə prosesi nəticəsində tayqa zonasının
yalnız torpaqları, səthi - qleyli – podzollu adlanan
torpaqları əmələ gətirir.
Bəzi tədqiqatçılar belə güman edirlər ki, podzol
qatında mineralların parçalanması nəticəsində azad
olmuş kimyəvi elementlər illüvial qata aparılmır, ordan
bitkilər tərəfindən akkumulyasiya olunur. Buna uyğun
olaraq V.V.Ponomaryeva tərəfindən işlənib hazırlanmış
baxışlara görə iynəyarpaq meşələrdə bütün ehtiyat qida
elementləri onların biokütləsində toplanmışdır. Meşə
döşənəcəyinin çürüməsi zamanı tədricən azad olan
kimyəvi elementlər yenidən bitki kökləri vasitəsilə
mənimsənilir.
Son zamanlara qədər tədqiqat üsullarının
mürəkkəbliyi və çox zəhmətli olması üzündən tayqa
landşaftlarında kimyəvi elementlərin bioloji miqrasiyasını
miqdarca qiymətləndirməyi həyata keçirmək çətin
olmuşdur.
25
R.P.Morozovanın Cənubi Karelyanın küknarlığında
bioloji dövrana dair aldığı yeni maraqlı məlumatları
nəzərə alaraq, podzolların əmələ gəldiyi biosenozlarda
əsas kimyəvi elementlərin balansını hesablamaq olar.
12.1-ci cədvəldə verilmiş rəqəmlər göstərir ki, döşənəkdə
olan kül elementlərinin əksər hissəsi bitkilərin tələbatını
tamamilə ödəyə bilər. Döşənəcəkdə olan silisium
aliminium və xüsusilə dəmir kimi elementlərin miqdarı,
bitkilərin canlı kütləsindəki həmin elementlərin
miqdarından xeyli yüksəkdir. Buna görə də, tayqa
meşələrinin bitkiləri lazım olan kül elementlərini A
0
qatında olan üzvi qalıqların tədricən dəyişilməsi hesabına
ala bilir. Bu mənbə hesabına da dəmirin bir hissəsi illüvial
qata akkumulyasiya oluna bilir.
Cədvəl 12.1.Cənubi Karelyanın küknar meşələrində kül
elementlərinin balansı, kq/h-la (R.P.Morozova görə)
Kimyəvi
elementlə
r
Fitokütlə
-də
miqdarı
Bitki
tərəfindən
Illik
mənimsəm
ə
Töküntülərl
ə
Illik
geriqayıtma
Döşənəkd
ə
miqdarı
Ca
150-260
20-45
15-40
90-60
K
50-170
7-24
6-20
10-35
Si
40-65
10-19
9-18
100-200
Mg
25-40
4-7
3-6
15-55
P
15-45
2-6
1-5
20-30
Mn
15-25
2,2-4,5
1,9-3,9
20-50
S
6-10
1,2-2,1
1,2-1,9
10-20
Al
7-10
1-2
0,7-1,8
20-85
Fe
3,5-8
0,5-1,2
0,4-1,1
15-95
Na
0,5-2,5
0,1-0,5
0,1-0,3
0,5-2
Cəmi
miqdarı
300-600
47-107
40-90
350-650
26
Podzolların profili boyu mikroelementlərin
paylanmasının öyrənilməsi onların üzvi maddələrlə sıx
əlaqədar olduğunu göstərir, A
0
qatında seyrək yayılmış
bir çox metalların miqdarı mineral qatlarda olduğundan bir
neçə dəfə çoxdur. Meşə döşənəciyində mütəhərrik
formalar altda yerləşən qatlardan on dəfələrlə çoxdur. Bir
çox metallar A
0
qatına nisbətən az da olsa illüvial qatda
da toplanır.
12.4. Mərkəzi və Şərqi Sibirin tayqa – meşə
landşaftlarında torpaqəmələgəlmə prosesi
Yeniseydən şərqə tərəf torpaqəmələgəlmə şəraiti
Şimali Amerika, Qərbi Sibir və Şərqi Avropa
düzənliklərinin şəraitlərindən xeyli fərqlənir. Mərkəzi və
Şərqi Sibir kəskin ifadə olunmuş ekstrokontinental iqlim,
bütöv çoxillik donuşluğun yayılması, bitki örtüyünün
xüsusiyyətləri ilə xarakterizə olunur.
Torpaqəmələgətirən süxurlar, uzaqdan gətirilən
qalın buzlaq yığıntıları deyil, bir qayda olaraq, əsasən
yerli süxurların qırıntılarından ibarət, çox da qalın
olmayan yumşaq çöküntülərdir. Torpaqəmələgəlmə
şəraitinin müxtəlifliyi Sibirin torpaq örtüyünün tərkibində
özünü göstərməyə bilməzdi.
Turş qonur tayqa torpaqları. Bu yüzilliyin
ortalarında rus torpaqşünasları müəyyən etmişdir ki,
Mərkəzi və Şərqi Sibirin tayqa zonasında tipik podzol
torpaqlar öz hakim mövqeyini itirir və onların yerini
Yeniseydən qərbə tərəf olmayan və ya məhdud yayılmış,
tamamilə xüsusi torpaqlar tutur. Şərqi Sibir torpaqları
27