sırasında qonur tayqa, dəmirləşmiş donuşlu tayqa və s.
torpaqlar təsvir edilmişdir. Çoxillik tədqiqatlar əsasında
N.A.Nogina və K.A.Ufimtseva (1964) müəyyən etmişlər ki,
bütün bu torpaqların hamısı üçün ümumi əlamətlər
mövcuddur. Nəzərdən keçirilən torpaqlar üçün kobud
humusdan ibarət üst qat və açıq rəngli podzol qatı
olmayan profil səciyyəvidir.
Profilin qalınlığı böyük deyil, adətən 60-100 sm-
dən artıq olmur: o zəif differensiasiya olunmuşdur. Şərqi
Avropa və Qərbi Sibir düzənliklərində geniş yayılan
podzol torpaqlar, illüvial–humuslu podzol və səthi qleyli-
podzollu torpaqlar üçün xarakterik olan açıq rəngli
yuyulma qatının olmaması diqqəti cəlb edir.
Podzol torpaqlarda olduğu kimi, Şərqi Sibirin tayqa
torpaqları da demək olar ki, tamamilə səthə daxil olan
kiçik illik töküntü kütləsinin zəif bioloji dövranı şəraitində
əmələ gəlir. Bitki qalıqlarının zəif dəyişilməsi nəticəsində,
yuyulma rejimində səthdə torflaşmış tünd – qəhvəyi
döşənəcək əmələ gəlir. Kobud üzvi qalıqlardan ibarət
döşənəcəkdən asan həll olunan humus maddələri yuyulur
ki, bunların tərkibində fulvoturşular üstünlük təşkil edir. Bu
üzvi birləşmələrin yüksək mütəhərrikliyi üzündən, humus
təkcə profilin üst qatlarında (döşənəcək altında 8 – 10%)
deyil, onun bütün qalınlığı boyunca müşahidə edilir. 50sm
dərinlikdə humusun miqdarı 5%-ə yaxın, 1m dərinlikdə isə
2-3% olur. Fulvoturşularla birlikdə dəmirin kompleks
birləşmələri və qismən allüminium yuyulur.
Yuyulma prosesində humus maddələri tədricən
çökür və humus – dəmir üç oksidin birləşmələri şəklində
mineral dənələri və aqreqatların səthində nazik pərdə,
28
yaxud qeyri-düzgün çevrəli mikroskopik laxtalar əmələ
gətirir. Nəticədə bütün torpaq qonur, bəzən paslı – qonur
rəng alır. Mütəhərrik formalı dəmirin və qismən gilli
hissəciklərin yuyulması ilə ağımsov qat əmələ gələn
podzol torpaqlardan fərqli olaraq, qonur tayqa
torpaqlarından toplanan dəmir- humus birləşmələri ilə
birlikdə bütün profil boyu paylanır. Buna görə də bəzən
tədqiqatçılar qonur tayqa torpaqlarını dəmirləşmiş
torpaqlar adlandırırlar.
Humus maddələrinin və dəmirin metal – üzvi
birləşmələrinin çökməsi bilavasitə döşənəcəkdən sonra
başlayır, profil boyu aşağıya doğru rəngin parlaqlığı azalır.
Humusun və dəmirin belə yayılma səbəbi kifayət qədər
aydın deyildir. Belə güman edilir ki, daimi donuşluğun
ekranlı təsiri altında podzollaşma prosesi pozulur və
torpaqəmələgətirən məhsulların profildən kənara
aparılması çətinləşir. Bəzi xəritələrdə qonur tayqa
torpaqları dəmirləşmiş donmuş – tayqa torpaqları
adlanır. Belə görünür ki, bu torpaqların xüsusiyyətlərini
müasir torpaqəmələgəlmə şəraitinin bütün yekunu ilə izah
etmək lazımdır.
Fulvoturşuların çoxlu miqdarda əmələgəlməsi
nəticəsində qonur tayqa torpaqları şiddətli turş reaksiyaya
malikdir, su çəkimində pH-ın qiyməti adətən 4-5-ə
bərabərdir, həm də bunun ən az miqdarı töküntülər
altında humus qatında nəzərə çarpır. Belə ki, bu torpaqlar
adətən qumsal yaxud qumsal-iriqumlu tərkibə malik
yumşaq çöküntülər üzərində əmələ gəldiklərindən gilli
mineralların miqdarı adətən böyük deyil. Bununla
əlaqədar olaraq udma tutumu böyük deyil. Üst qatlarda
29
üzvi maddələrin miqdarı artdıqda udma tutumu da
yüksəlir.
Qeyd etmək lazımdır ki, turş qonur tayqa torpaqları
təkcə Mərkəzi və Şərqi Sibirdə deyil, həm də başqa
regionlarda da, xüsusilə Şimali Amerikada geniş
yayılmışdır. Orada bu torpaqlar böyük qruplar təşkil edir
və onların daxilində nəinki yarımtiplər, həm də tiplər
ayrılırlar.
Turş qonur tayqa torpaqlarının Şərqi Sibirin
hidromorf (bataqlı) torpaqlar ilə geokimyəvi əlaqəsi
lazımınca öyrənilməmişdir.
Soyuq humid şəraitdə vulkan gilləri üzərində baş
verən torpaqəmələgəlmə prosesləri xüsusi torpaqların
əmələ gəlməsinə gətirib çıxarır. Belə torpaqlar
Kamçatkada yayılmışdır. Onlar üst kobud humus qatına
malikdir ki, bu qatdan fulvoturşular yuyularaq turş mühitin
yaranmasına səbəb olur. Bu torpaqların xüsusiyyətləri–
onların narın dispers hissəsində amorf allofonoidlərin
üstünlük təşkil etməsidir.
Yakutiya–Vilyuy ovalığının torpaq örtüyü xeyli
orijinaldır. Burada torpaqəmələgətirən süxurlar
lösəbənzər gilicələrdən ibarətdir. Relyef əsasən en kəsiyi
1-3km olan termokarst çökəklikləri olan maili dalğavaridir.
Yakutiya– Vilyuy ovalıqlarının bitki örtüyü tayqa zonası
fonunda qara şam meşələri, mamırlı-otlu bataqlıqlar və
toz ağacı sahələri ilə qarışan taxıl və taxıllı–yovşanlı
bozqırların yayılması ilə fərqlənir. Çoxillik donuşluq 1m-yə
yaxın dərinlikdə yerləşir.
Burada donmuş açıq küləşi rəngli torpaqlar
yayılmışdır. Onlar 3-4% humusu, zəif qələvi reaksiyası,
30
udulmuş kationlar arasında natrium olan çim qatına
malikdirlər. Bu element torpaq aqreqatlarının dağılmasına
və narın dispersli hissəciklərin yuyulmasına şərait yaradır.
Bozqır bitkiləri altında tərkibində 6-10%-ə qədər humus
olan qaratorpağabənzər bozqır torpaqları yayılmışdır.
Udulmuş natriumun olması narın dispersli hissəciklərin
torpaq profilinin üst qatlarından toplanma qatlarına (illüvial
qata) aparılmasına səbəb olur.
Geokimyəvi əlaqələnmə prosesi nəticəsində
Yakutiyanın hidromorf torpaqlarında natrium toplanır.
Buna iqlimin ekstrakontinentallığı və donuşluq üzərində
duzların toplanması əlverişli şərait yaradır. Bir sıra
rayonlarda, xüsusilə Lena və Vilyuy çaylarında
subasarların üst terraslarında şoranlar nəzərə çarpır.
12.5. Tayqa-meşə zonası torpaqlarının bəzi
coğrafi xüsusiyyətləri
Nəhəng tayqa meşə qurşağı bir neçə iri torpaq
vilayətlərinə bölünür. Məsələn, təkcə keçmiş SSRİ
ərazisində torpaq – coğrafi rayonlaşma sxemi üzrə tayaq
- meşə qurşağını bioiqlim xüsusiyyətlərinə görə aşağıdakı
üç vilayətə ayırırlar:
1) Şərqi Avropa və Qərbi Sibir tayqasını
birləşdirən Mərkəzi tayaq - meşə vilayəti.
2) Yeniseydən şərq tərəf yerləşən Şərqi Sibir
donuşlu – tayqa vilayəti.
3) Kamçatka, Saxalin və Amurun aşağı rayonlarını
əhatə edən Uzaq – Şərq tayqa - çəmən – meşə vilayəti.
31
Dostları ilə paylaş: |