Boz meşə torpaqlarının yayılması kontinental
şəraitilə məhdudlaşır. Rusiya ərazisindən Avropa
istiqamətində bu torpaqların sahəsi sürətlə azalır; Uzaq
Şərqdə isə bu torpaqlar yoxdur. Şimali Amerikada boz
meşə torpaqları kontinental ərazidən kənara çıxmır.
Boz meşə torpaqları çimli-podzol torpaqlara
nisbətən xeyli münbitdirlər.
Kənd təsərrüfat strukturasına görə bu torpaqların
11,8%-i əkin, 5,2%-i biçənək, 0,6% örüş və otlaq kimi
istifadə olunur.
Əsas etibarı ilə dənli bitkilər, çovdar, buğda (qənd
çuğunduru ,qarğıdalı, kartof) bağ-bostan bitkilərin
becərilməsi üçün əlverişlidir. Avropa hissəsində bu
torpaqlar bağçılıqda geniş istifadə edilir.
Bu torpaqların əsas çatışmamazlığı–onların
çoxəsrlik istifadəsi nəticəsində münbitliyinin xeyli
azalması və yüksək dərəcədə eroziyaya uğramasıdır.
Münbitliyin yüksəlməsi üçün gübrələrin–üzvi və mineral
gübrələrin tətbiq edilməsi vacibdir. Turş açıq-boz
torpaqları istifadə üçün əhəngləyirlər. Bu torpaqların fiziki
xassələrini yaxşılaşdırmaq üçün oraya peyin gübrəsi
vermək, sistematik tərzdə əhəngləmə, tədriclə əkin qatını
dərinləşdirmək, mikrobioloji fəaliyyəti gücləndirmək,
torpaqda rütubət ehtiyatı toplamaq, eroziyaya qarşı
mübarizə, növbəli əkin zolaqları salmaq və aqrotexniki
tədbirlərə ciddi riayət etmək lazımdır.
14.5. Qonur meşə torpaqları
60
Bu torpaqlar tipi də,boz meşə torpaqları kimi
enliyarpaqlı meşələr altında, lakin rütubətli və mülayim
okean iqlimi olan şəraitdə əmələ gəlir. Buna görə
Avrasiyanın mərkəzi vilayətlərində qonur meşə torpaqları
yoxdur, lakin onlar Qərbi Avropada geniş yayılmışdır. Bu
torpaqlar ilk dəfə 1905-ci ildə məşhur alman alimi
E.Ramanna tərəfindən öyrənilmiş və “burozem”
(braunerde) adlandırılmışdır.
Lakin torpaqşünasların 2-ci Beynəlxalq konqresində
(1930-cu il) həmin “burozem” terminini “бурые лесные
почвы”, yəni qonur meşə torpaqları termini ilə dəyişmək
üçün qərar qəbul edilmişdir. Keçmiş SSRİ-də qonur meşə
torpaqları Xabarovski ölkəsinin cənubunda, Amur
vilayətində, Belarusiya və Litvanın qərb rayonlarında,
Karpatlarda, Dağlıq Krımda, Qafqazda və Primorski
ölkəsinin isti və rütubətli rayonlarında inkişaf etmişdir.
Şəkil 14.2. Qonur meşə torpaqlarının coğrafiyayılma arealı
61
Şimali Amerikada enliyarpaqlı meşələrin qonur
torpaqları kontinentin atlantida sahilləri boyunda
yayılmışdır. Onlar şimalda çimli-podzol torpaqlarla və
cənubda qırmızı-qonur və qırmızı subtropik torpaqlar
arasında keçid vəziyyətini tuturlar.
14.6. Qonur meşə torpaqlarının genetik və morfoloji
xüsusiyyətləri
İllik atmosfer yağıntılarının xeyli olmasına (600-
650mm) baxmayaraq, bu torpaqların profili zəif yuyulur,
belə ki, yağıntıların böyük hissəsi yayda düşür və yuma
rejimi çox qısa müddət ərzində təsir göstərir. Fəal
temperatur cəmi 2000-3000°C-dir. Bununla yanaşı
yumşaq iqlim şəraiti və yüksək atmosfer rütubəti üzvi
maddələrin dəyişilmə proseslərini gücləndirir. Uzaq şərq
rayonlarında iqlim musson xarakterlidir. Qonur meşə
torpaqlarının səthinə daxil olan töküntülərin xeyli kütləsini
çoxlu miqdarda olan onurğasızlar yüksək enerji ilə
parçalayıb qarışdıraraq, mull formalı humus qatı əmələ
gətirir. Humuslaşmanın sonrakı prosesləri, dəmirlə
kompleks şəkildə birləşmiş fulvoturşuların humin turşuları
birləşmələrinin əmələ gəlməsinə səbəb olur.
Bu birləşmələr zəif polimerləşməyə çevrilir və
narındispersli gilli maddə ilə laxta və pərdə əmələ
gətirərək çökür. Nəticədə zəif qozvari struktura yaranır.
Əgər hər hansı bir səbəbdən qatılaşmış humus
maddəsinin dağılması baş verərsə, onda gilli hissəciklər,
ayrı-ayrı nümunələr şəklində, toplanma qatına (illüvial
62
qata) tərəf yavaş-yavaş hərəkətə başlayır. Lessivaj
olunmuş qonur torpaqlar belə meydana gəlir.
Qonur meşə torpaqlarının profili orta və zəif
differensiasiya olunması və o qədər də tünd olmayan
nazik humus qatı ilə səciyyələnir. Profilin quruluşu
aşağıdakı kimidir:
Humus qatı - qonur və boz-qonur rəngdədir, rəng
aşağı getdikcə açıqlaşır, strukturu topavaridir. Qalınlığı
20-25sm-dir.
Yuyulub toplama qatı üstdə aydın qəhvəyi-
qonurdur, gillidir, quruyan zaman topavari-qozvari struktur
əmələ gətirir. Alt hissədə struktur daha da iriləşir, qəhvəyi
rəng azalaraq ilk süxurun rənginə yaxınlaşır. Qatın
qalınlığı 50-60sm-dir.
Torpaqəmələgətirən süxur - açıq küləşi rəngdə
lösəbənzər gillicədir, bəzən karbonatlı yenitörəmələrə
malikdir.
Qafqazın qonur-meşə torpaqlarının ifadə
dərəcəsinə görə yaxşı defferensiasiyalıdır (cədvəl 14.1).
Qonur meşə torpaqlarında humusun miqdarı xeyli
yüksəkdir: 4-8% və daha artıqdır. Xəzəl qatı nisbətən
qalın olub yaxşı ifadə olunmuşdur. Bununla belə
fulvoturşuların miqdarı bu torpaqlarda humin turşularına
nisbətən bir qədər üstündür. Belə hal humus qatının aşağı
hissəsində xüsusilə nəzərə çarpır. Su çəkimi zəif turş və
neytral reaksiyaya malikdir, pH-ın ən aşağı qiyməti, boz
meşə torpaqlarında olduğu kimi, humus qatından keçid
qata keçdiyi yerdə müşahidə edilir. Çox güman ki, bu
profilin həmin sahəsində fulvoturşuların hərəkəti ilə
əlaqədardır.
63
Dostları ilə paylaş: |