torpaqəmələgəlmə izafi rütubətlənmə və zəif aerasiya
şəraitində gedir. Bunun nəticəsində zəif parçalanmış üzvi
qalıqların toplanması müşahidə edilir. Çox zaman burada
subasar bataqlıqlar əmələ gəlir. Terrassboyu subasarların
qleyli bataqlıq torpaqlarında qrunt sularının səthə
qalxması nəticəsində bəzi kimyəvi elementlər toplanır.
Beləliklə, yaxında yerləşən suayrıcı sahələrindən bütün
nə yuyulursa, terrasyanı subasarlarından keçir və xeyli
dərəcədə dəmir, kalsium, manqan və fosfor
yenitörəmələri şəklində burada çökür.
13.5. Qarışıq meşələr zonasında torpaq
coğrafiyasının xüsusiyyətləri
Qarışıq meşələr zonası torpaq örtüyünə görə olduqca
müxtəlifdir. Bunların içərisində çimli-podzol lösləşmiş
torpaqlar daha çox yayılmışdır. İynəyarpaqlı meşələr
zonasına yaxınlaşdıqca torpaq profili üzrə narındispersli
hissəciklərin paylanması intensivliyi azalır. Enliyarpaqlı
meşələr zonasına doğru çimli-podzol torpaqlar boz-meşə
torpaqları ilə əvəz olunur. Onu da qeyd etmək lazımdır ki,
çimli-podzol torpaqlar müəyyən torpaqəmələgətirən
süxurlar–xüsusilə karbonatsız gillicəli süxurlar üzərində
əmələ gəlirlər.
48
Qumsal torpaqəmələgətirən süxurlar üzərində
illüvial-dəmirli podzol və illüvil qatı olmayan turş qumlu
torpaqlar inkişaf edir. Bu cür torpaqların böyük sahələri
flüvioqlyasial və qədim allüvial qumlarla örtülü geniş
ovalıqlarda yayılmışdır. Bu yerlərdən Belorusiya
Polesyesi, Meşerski, Vyatka–Kama, Vetluqa-Unja
ovalıqları və s. göstərmək olar.
Bir sıra rayonlarda torpaqəmələgətirən süxurların
tərkibi ilə müəyyən olunan torpaqlar inkişaf tapmışdır.
Bunlardan çimli karbonatlı torpaqları göstərmək olar ki,
bu torpaqlar da Estoniyada yayılmışdır (şəkil 13.3). Bu
torpaqların əmələ gəlməsi yerli karbonatlı süxurların təsiri
və torpaqəmələgətirən buzlaq çöküntülərində bu süxur
qırıntılarının çoxlu miqdarda olması ilə əlaqədardır. Bu
torpaqlar ordovik karbonat çöküntülərinin inkişaf etdiyi
sahələr üçün xüsusilə səciyyəvidir. Bu yaylanın özülünün
tərkibində çoxlu miqdarda yerli karbonatlı süxurların
daşları olan, səthindən nazik moren gillicələri ilə örtülmüş
karbonatlı süxurlar təşkil edirlər. Estoniyada belə gillicələr
rixk adlanır. Meşə alrtında yerli karbonatlı süxurların
qırıntılı materialları ilə zənginləşmiş belə nazik gillicələr
üzərindəki çimli karbonatlı torpaqların profili inkişaf edir.
Valday buzlaqlarının sərhədi daxilində yerləşən sahələr
üçün qumsal ovalıqların və lösşəkilli cillicələrlə örtülü
alçaq yastı yaylaların uyğunluğu səciyyəvidir. Valday
buzlaqların üzərində zonanın ən münbit – tündrəngli
torpaqları inkişaf etmişdir. Tünd rəngli torpaqlara malik,
çoxəsrli mədəni əkinçilik rayonları sayılan hündür yerlər
xalq tərəfindən opolilər adını almışdır.
49
Qarışıq meşələrin tərkibində və torpaqların morfoloji
görünüşündə dəyişikliklərə səbəb Şərqi Avropa
ovalığından başlayaraq qərbə tərəf mülayim atlantika
iqliminin təsir etməsidir. Belə ki, A
2
qatı az və ya çox yaxşı
ifadə edilən lösləşmiş gillicəli turş torpaqlar uzaq
qərbə doğru yayılırlar. Bu torpaqları podzollaşmış qonur,
çimli-küləşi-podzol və s. adlandırmışlar. Hazırki vaxtda
onları podzollyuvisollar qrupuna daxil edirlər. Qarışıq
meşələr altında karbonat qrıntılarına malik
torpaqəmələgətirən süxurlar üzərində zəif differensiasiya
olunmuş turş qonur meşə torpaqları inkişaf etmişdir.
Karbonatla zənginləşmiş sahələrdə çimli karbonatlı
torpaqlar əmələ gəlmişdir. Pis drenaj olunan gillicəli
torpaqlarda onların alabəzək rənginə səbəb olan
qleyləşmə prosesi inkişaf edir ki, Qərbi Avropa
torpaqşünasları onları durğun (hərəkətsiz, ölü) rütubətli
torpaqlar adlandırırlar.
Qumlu çöküntü massivləri, xüsusilə Mərkəzi
Avropanın şimal yarısında yayılmış massivlər, illüvial–
dəmirli podzol və ya qumsal turş qonur torpaq örtüyünə
malikdir. Qumlu podzollar zolağı Baltik dənizi sahili boyu
uzanır. Qumlu ovalıqların bataqlıqlaşmış sahələrində
torflu bataqlı torpaqlar yayılmışdır. Şimal dənizinin sahili
boyu dənizkənarı şoranlı çəmənlər və polderlər rast gəlir
ki, bunlar niderlandların dəniz dibini qurutduqları tipik
sahələri xatırladır.
Şimali Amerikada qarışıq meşələr zonasının
atlantika sahili hissəsində turş qonur torpaqlar tipi inkişaf
etmişdir. Daha kontinental rayonlar üçün açıq rəngli A
2
qatı olan boz qonur torpaqlar səciyyəvidir.
50
13.6. Qarışıq meşə torpaqlarının əkinçilikdə
istifadəsi
Kənd təsərrüfatında istifadəsinə görə qarışıq
meşələrin gillicə torpaqları daha əlverişlidir. Lakin, bu
torpaqların turş reaksiyası, güclü yuyulması, bəzi yerlərdə
bataqlaşması, onların əkinçilikdə istifadəsini çətinləşdirir.
Son buzlaqların yayıldığı sahələrdə daşların çoxluğu
torpağın becərilməsinə mane olur. Şərqi Avropa
hissəsində, qarışıq meşələr zonasının cənub rayonlarında
torpaqların əkinçilikdə istifadə dərəcəsi 30-45%-dir,
şimala doğru isə bu xeyli aşağıdır. Yüksək turşuluğu
neytrallaşdırmaq üçün torpaqlar əhənglənir. Yüksək
dozada verilən üzvi və mineral gübrələr kənd təsərrüfat
bitkilərindən yüksək məhsul götürülməsinə imkan yaradır.
Bu zonanın torpaqlarının qurudulması və meliorasiyası
üzrə böyük işlər aparılır. Qaratorpaq olmayan zonada
əkinçilik sahələrinin genişləndirilməsi və məhsuldarlığın
yüksəldilməsi – kənd təsərrüfatında mühüm vəzifələrdən
biridir.
IV FƏSİL
ENLİYARPAQLI MEŞƏLƏRİN TORPAQLARI
Subboreal qurşaq daxilində, tayqa və tayqaaltı
meşələrə nisbətən daha isti şəraitlərdə, zəngin ot bitkiləri
örtüyünə malik enliyarpaqlı meşələr yayılmışdır. Belə
landşaftlarda əmələ gələn torpaqlar sırasında iki qrup
51
Dostları ilə paylaş: |