torpaq suları yuylmuş kationlara şiddətli təsir göstərərək
onları hidrogenlə əvəz edir.
Narın dispersli kütlədə əsas koaqulyator olan
udulmuş kalsium kənar edilir. Torpaq aqreqatları yumşalır,
zəifləyir, 0,001mm-dən kiçik dispers hissəciklər süzülən
sular vasitəsilə çıxarılıb aparıla bilir. Aşağı hərəkət etdikcə
və mineral kütlə ilə qarşılıqlı təsir nəticəsində, turşular
neytrallaşır, bu da pH-ın qiymətinin yüksəlməsinə səbəb
olur. Eyni zamanda, narındispersli hissəciklərin udulmuş
kationlarla zənginləşməsi və bu hissəciklərin çökməsi baş
verir.
Üst qatlardan yuyulan narındispersli hissəciklər
torpaq məsamələrinin və çatlarının daxili divarlarına nazik
pərdə şəklində çökürlər. Bu pərdələrin tərkibi
torpaqəmələgətirən gillicələrin tərkibinə oxşardır. Az
miqdarda üzvi maddələrin qarışığı da ola bilər. Gilli
minerallar yüksək dərəcədə bazal
4
yapışqanlığına malik
olduğu üçün, çökmə zamanı məsamələri və çatların
divarlarına paralel olaraq nümunələrdən narındispersli
hissəciklərin eyni istiqamətli yığıntıları əmələ gəlir. Bu,
quruluşu pozulmamış torpaqdan hazırlanmış şliflərdə,
mikroskop altında daha yaxşı görünür.
Torpaqda narındispersli kütlə balansının öyrənilməsi
zamanı müəyyən edilmişdir ki, profilin yuxarı qatından
yuyulmuş 0,001-dən kiçik hissəciklərin miqdarına
nisbətən, B qatında onların miqdarı çox (Qlazovskaya,
4 Bazis – yunanca özül, əsas deməkdir.
40
1972) və ya azdır (Qlazovskaya, 1974). Görünür ki, bu
çöküntülərin toplanma prosesi torpaqəmələgətirən
süxurların qranulometrik qanunauyğun dəyişilməsi ilə
əlaqədardır. Bir halda örtük gillicələrdə aşağıdan yuxarıya
doğru 0,001mm-dən kiçik ölçülü hissəciklərin miqdarının
artması, digər halda isə bunun əksi müşahidə edilir. Az və
ya çox dərəcədə bərabər paylanmaya dair misallar da
məlumdur.
Qeyd olunan məlumatlardan görünür ki, təsvir
olunan torpaqlara verilən çimli-podzol adı onların genetik
xüsusiyyətlərini dəqiq əks etdirmir. Onlar qarışıq
meşələrin dəyişən profilə malik turş lessivaj
5
torpaqlarıdır. Bununla bərabər, hələlik onların ənənəvi adı
saxlanılır. FAO-YUNESKO-nun dünyanın beynəlxalq
torpaq xəritəsinin legendasında
bu torpaqlar
podzoluvisoli (rus sözündən podzol, latıncadan luvi –
yuma və fransızcadan sol – torpaq), lessivaj olunmuş
neytral torpaqlar isə luvisoli adlandırılır.
Silisiumun, dəmirin, alüminiumun və başqa
elementlərin suda həll olan birləşmələrinin torpaq
sularında daim olması, müəyyən dərəcədə çoxlu
miqdarda cansız üzvi maddələr kütləsinin olması ilə
əlaqədardır.
Qarışıq meşələr zonasında kimyəvi elementlər
balansının öyrənilməsi göstərir ki, bütün biokütləyə
nisbətən meşə döşənəyinin kütləsi 5-7 dəfə azdır, lakin
kül elementləri o qədər az deyil. İl ərzində meşə bitkiləri
5 Lessivaj – fransızca yuyulma deməkdir.
41
tərəfindən mənimsənilən bu elementlərin miqdarı, xeyli
dərəcədə töküntülərin tərkibində geri qaytarılmaqla bərpa
olunur.
Meşə biosenozlarında kül elementlərinin əsas
mənbəyi meşə döşənəyidir. Cansız üzvi maddələr,
mikroorqanizmlər tərəfindən tədriclə parçalanaraq, bitkilər
üçün mənimsənilə bilən formada vacib elementlər
verməklə, bitkilərin boy və inkişafını tənzim edir.
Hesablamalar göstərir ki, silisiumun, dəmirin,
alüminiumun, manqanın miqdarı döşənəkdə o qədər
çoxdur ki, bitkiləri on illər müddətində təmin edə bilər.
Döşənəkdən kənar edilən bu elementlərin yalnız bir
hissəsi bitkilər tərəfindən mənimsənilir və buna görə su
miqrasiyasına cəlb edilir. Azot və kalium kimi elementlər
cansız üzvi maddələrdən azad olduqda demək olar ki,
bütünlüklə bitkilər tərəfindən udulur.
Beləliklə, təsvir olunan torpaqlar, birincisi, A
0
qatında
kimyəvi elementlərin möhkəm birləşməsi, ikincisi, yuxarı
qatlardan mineral kütlənin daha aktiv komponentlərinin
yüksək enerji ilə yuyulub onların aşağıda qalın qatda
toplanması ilə səciyyələnir. Nəticədə üst qatın tərkibində
bir çox kimyəvi elementlərin, xüsusilə mikroelementlərin
miqdarı azalır.
13.4. Qarışıq meşə zonasının hidromorf torpaqları.
Tayqa meşə landşaftlarının avtomorf torpaqlarından
yuyan su rejimi tipi sayəsində yuyulan kimyəvi
elementlərin xeyli hissəsi qrunt sularına daxil olur.
Kimyəvi elementlər qrunt suları ilə suayrıcılarından alçaq
42
yerlərə doğru miqrasiya edərək alçaq sahələrin
torpaqlarında proqressiv sürətdə toplanır.
Çay aralarında iynəyarpaqlı meşələrin və şiddətli
yuyan su rejiminin uzun müddət üstünlüyü qalır. Torpaq
qatının yuxarı hissəsinin yuyulması prosesi bilavasitə
meşə döşənəyinin qatı altında, qalın podzol qatının əmələ
gəlməsi torpaq qatının əmələ gəlməsinə səbəb olur.
Meşələrdə ot bitkiləri deyil mamırlar inkişaf etməsi
meşənin qırılmış və digər seyrək sahələrində
bataqlıqlaşma və bir sıra kimyəvi elementlərin
çatışmaması ilə bağlıdır. Belə ki, ot bitkilərinin özlərinin
inkişafı üçün burada əlverişli şərait tapa bilməməsinin
əsas səbəbi onun kül elementlərinə olduqca yüksək
tələbkar olmasıdır.
Torpaqəmələgəlmə
şəraiti
suayrıcıların
yamaclarında tamamilə dəyişir. Suayrıcıların sahələrində
yuyulan kimyəvi elementlərin bir hissəsi torpaq qrunt
qatının yuxarı hissəsinə daxil olaraq kül elementləri ilə
qidalanmayan tələbkar olan bitkilərin – enliyarpaqlı
meşələrin və kül elementləri ilə daha zəngin ot bitkilərinin
sürətli inkişafına səbəb olur. Kimyəvi elementlərin böyük
hissəsi relyefin alçaq hissələrinə daxil olaraq orada
bataqlıqlaşma və alt bataqlıq formasını əmələ gətirir.
Alçaq bataqlıqların bitki örtüyünün səciyyəvi xüsusiyyəti
tərkibində kül elementləri xeyli aşağı olan üst bataqlıq
bitki örtüyünə nisbətən kül elementləri ilə zəngin
olmasıdır. Üst bataqlıq torfunun tərkibində 1-5 % kül
vardır, alçaq bataqlıq torfunun tərkibində isə kül
elementlərinin miqdarı isə onlarla faizdir.
43
Dostları ilə paylaş: |